Please Wait
12170
Bu barədə alimlərin nəzəri fərqlidir:
Bəziləri Nəcm surəsinin 3 və 4- cü ayələrinin[i] mütləq gəlməsinə istinad edərək bu fikirdədirlər ki, Peyğəmbərin bütün söz, rəftar və əməlləri vəhydən qaynaqlanır.
Bəziləri də bu fikirdədirlər ki, Nəcm surəsinin 4- cü ayəsi Qurani- kərim və Peyğəmbər (s)- ə nazil olan ayələr barəsindədir. Baxmayaraq ki, Peyğəmbərin sünnəsi höccətdir və onun söz, rəftar və sükutu hava və həvəs üzündən deyil.
Bizim fikrimizcə bu məsələ barəsində qəti şəkildə deyilə biləsi şey budur ki, Peyğəmbər (s)- in rəftar əməlləri heç vaxt vəhyin icazəsi olmadan olmayıb, nacə ki, onun sözləri də belədir və Peyğəmbərin (s) adı və gündəlik danışıqları da, həva və həvəs üzündən olmayıbdır. Həqiqətdə bu məsələlərdə də o həzrətin günah etməsi qeyri mümkündür.
Şübhəsiz ilahi Peyğəmbərlərin Allahla xüsusi rabitələri olubdur. Onlar bu əlaqə vasitəsi ilə ilahi təlim, qanun və hökümləri alıb və camaata çatdırırdılar.
Bu əlaqənin həqiqət və mahiyyəti çox mürəkkəbdir. Bəşər onu dərk edə bilməz. Əlbətdə bu, insanın bu mövzuya mütləq cəhli mənasında deyil. Başqa sözlə, "vəhy" məsələsi o mövzulardan deyil ki, insan onun həqiqət və mahiyətini dəhr edə bilmədiyinə görə, onu tərk etməlidir. Əksinə öz ağıl və düşüncəsinin tutumu miqdarda, vəhy və ilahi kəlam barəsində araşdırma edə bilər.
Vəhy lüğətdə: Vəhy elm və ondan qeyrisini çatdırmaq üçün olan bir qaydadır. Vəhyin xüsusiyyətləri bunlardan ibarətdir: Yazıya sürətli işarə, bəzən rəmzlə xəbərdarlıq, bəzən tərkibsiz formada, bəzi üzvlərə işarə və bəzən gizli kəlam və ilhamla.
Buna əsasən, gizli, sürətli və rəmzli olmaq vəhyin əsasını təşkil edir.[1]
Vəhyin həqiqəti: Vəhy çox vaxt elm və idrak növündəndir, hərəkət və əməl növündən deyil. Baxmayaraq ki,əməl zamanı fikir düşüncədən kömək alır. Elm və idrak mahiyyəti olmayan vücudun xüsusi bir formasıdır.
Başqa sözlə, vəhy varlıqdan götürülmüş bir məfhumdur. Ona görə də, mahiyyəti yoxdur. Onu cins cə fəsl və hədd və rəsm yolu ilə tərif etmək olmaz. Deməli vəhy mahiyyətin məşhur məqulatları tərkibində qərar tapa bilməz. vəhy məfhumun (varlığın mənası kimi) müxtəlif və fərqli dərəcələri olan mənalara malikdir.[2]
Ona görə də, vəhy üçün verilən təriflər həqiqi təriflər deyil, əksinə şəhrül- ismi tərifdir. Bundan əlavə, vəhy adi əlaqə deyil ki, onu anlamaq hamı üçün mümkün olsun.
Vəhyin tərifi
Əllamə Təba- təbai vəhyin tərifində buyurur: Vəhy Peyğəmbərin daxilində xüsusi bir dərk və şüurdur ki, onu anlamaq ilahi köməklə şamil olan insanlardan qeyrisi üçün mümkün deyil.[3]
O başqa yerdə yazır: Vəhy daxili idraklar qəbilindən olan qeyri adi olan bir iş və zahiri hissiyyatdan gizli olan rəmzli şüurdan ibarətdir.[4]
Qeyd olunan sualın cavabında deməliyik ki:
İslam alimləri ayə və rəvayətlərdən istifadə etməklə, müxtəlif və fərqli fikirlər irəli sürüblər: Əbdür- rəzzaq Lahici bu barədə deyir: Bir nəfər əgər belə düşünürsə ki, Peyğəmbər (s) bir iş barəsində, öz rəyinə əməl edib və vəhyi gözləməyib həqəqətən Peyğəmbərlik və Peyğəmbərin həqiqətinə cahil olub. Belə bir şəxsin ağıl cəhətdən dindən çıxması daha uyğundur, məxsusən ki, Quranın açıq hökümünün əksinədir. " و ما ینطق عن الهوی"[5] " ان هو الا وحی یوحی"[6] Bunu bəzi işlərdə xüsusiləşdirmək ağılsızlıqdır. Çünki dinə aid bütün şeylər, ilahi və rəbbani vəhyin icazəsinə ehtiyaclı olmaqda bərabərdirlər. Əgər Peyğəmbər (s) öz rəyinə əməl edə bilməzsə, başqaları bunu necə edə bilərlər.[7]
Təfsiri- nümunə də belə deyir: Quranın bu cümləsi " ان هو الا وحی یوحی " təkcə Quran ayələri barəsində deyil. Əksinə qabaqkı ayələrin quruluş forması Peyğəmbərin sünnəsinə də şamil olur ki, təkcə o həzrətin sözləri deyil, hətta rəftar və əməlləri də ilahi vəhyə uyğundur. Çünki Nəcm surəsinin 3- və 4- cü ayələrində açıqca bəyan olubdur: O həva- həvəs üzündən danışır. Nə deyirsə vəhydir.[8]
Əllamə Təba- təbai " و ما ینطق عن الهوی" ayəsinin təfsirində deyir: "Ma yəntiqu" mütləq gəlibdir. Mütləq gəlməklik, Peyğəmbərin bütün sözlərində həvayi- nəfsin olmamasını tələb edir. Amma bu ayələrdə "sahibukum"[9] müşriklərə xitab olubdur [10]ki, o həzrət siz müşrikləri ona tərəf çağırdığı və Qurandan sizin üçün oxuduğu bütün şeylər və sözləri nəfsin istəklərindən qaynaqlanmır. Əksinəbu barədə dediklərinin hamısı, Allah- Taalanın ona etdiyi vəhydir.[11]
Yəni bu ayə o həzrətin hidayət, dünya görüşü məsələlərində nəinki dünyaya məxsus xırdalıqlar barəsində dini sözlərinin[12] hamısının vəhy olmasını isbat edir.[13]
Əlbəttə bu ehtimal qəbul olunur ki, o həzrətin adi sözləri və fərdi və ailə işlərindəki əmr və nəhyləri, məsələn Peyğəmbər həyat yoldaşına o su qabını mənə ver. Deməsinin nəfsin istəkləri üzündən olması[14] kimi sözlərdə də, Peyğəmbər (s) məsum və səhvsizdir.[15] Ona görə də o həzrətin söz və əməlinin [16] belə məsələrdə caiz və ilahi razılıqla müxalif olmamasını istifadə edirik. Çünki, əgər bu əmələrin problemi olsaydı, Peyğəmbər yerinə yetirməzdi.
Daha çox axtarış və mütaliə üçün müraciət edin:
Usuli fiqhdə düşünmək, Usul elminin xaric dərsləri silsiləvi, birinci kitab, beşinci dəftər sünnənin sadir olmasının əsasları.
İsmətin dərəcə və əhatəsi, səh 34- 67, ustad Mehdi Hadəvi Tehrani.
[1] - Rağib İsfəhani, Quran kəlməsinin mənaları, vəhy kəlməsi.
[2] - Bu barədə daha çox məlumat əldə etmək üçün, bu kitablara müraciət edin: Quranda vəhy və nübüvvət, Cavadi Anuli, Qurandan nəticə almaqda ictihadın kəlami əsasları, Hadəvi Tehrani, səhifə 77- 78.
[3] - Təba- təbai, Məhəmməd Hüseyn, əl- mizan (farsaca tərcüməsi, cild 2, səhifə 159.
[4] - Təbatəbai- Məhəmməd Hüseyn, Əl- mizan (farsca tərcüməsi) cild 2, səhifə 160. Həmçinin daha çox məlumat əldə etmək üçün müraciət edin, Ustad Hadəvi Tehrani, İctihadın kəlami əsasları, səh 76- 77, Xosrov Pənah, Əbdül- Hüseyn, Dinin əhatə dairəsi, səh 117- 130 və Göstərici: Vəhy və onun keyfiyyəti, sual 88.
[5] - Nəcm surəsi, ayə 3.
[6] - Nəcm surəsi, ayə 4.
[7] - Fəyyaz Lahici, Əbdür- Rəzzaq, Məqsədin gövhəri, səhifə 461.
[8] - Təfsiri nümunə, cild 22, səhifə 481
[9] - Nəcm surəsi, ayə 2.
[10] - O Müşriklər ki, Peyğəmbərin dəvətini və onlara oxuduğu Quran, Allaha yalan və iftira bilirdilər.
[11] - Təba- təbai, Məhəmməd Hüseyn, Əl- mizan (farsca tərcümə), cild 19, səhifə 42. Hüseyni Tehrani, Seyid Məhəmməd Hüseyn, parlayan məhəbbət, səhifə 212- 213
[12] - Bir dini ünsür, hansı ki, insanın həqiqi xoşbəxtliyində rolu var.
[13] - Cavadi Amuli, Abdulla, Quranın mövzui təfsiri., Quranda Peyğəmbərin əhvlatları cild 8, səhifə 32.
[14] - Diqqət edin ki, bizim dediklərimiz bu sözlərdən yuxarıdır. Bəziləri deyilblər ki, şübhəsiz Peyğəmbər (s)- in vücudunun eyğəmbərlik və vəhyin ona nazil olmasından əlavə, onun özü öz zəmanəsinin nüfuzlu və təcrübəli şəxslərindən olubdur. Buna əsasən iki cür danışıq ola bilər: 1. Vəhyə aid olan sözlər. Quran ayələri və hədis- qüdsi kimi. 2. Ağıla uyğun həkimanı sözlər ki, o həzrətin əqlani şəxsiyyətindən qaynaqlanıbdır.
[15] - Baxmayaraq ki, onun dini olmasını isbat edib və onların arasında bağlılığın olmasına qail olmaq olmaz. Yəni məsum heç vaxt qəflə, xəta, unutqanlıq və günah etməz. Fərq etmir ki, onun dediyi söz və hərəkəti dini işə aid olsun, ya da dediyi və etdiyi qeyri dini şey olsun. Buna əsasən əgər məsum dini şey sayılmayan bir şeyi açıqlasa (məsələn elmi bir məsələ barəsində danışa) onun sözü həqiqətə uyğun olmalıdır. Necə ki, əgər şərii və dini bir məsələni açıqlasaydı, onu sözündə heç bir xəta olmazdı. Usuli fiqh elmində düşüncələr, birinci kitab, beşinci dəftər, sünnəsinin sadir olma əsasları, ismətin dərəcə və əhatəsi , səhifə 35.
[16] - "Və ma yəntiqu ənil- həva" ayəsindən istifadə olunur ki, Peyğəmbər (s)- in rəftar və hərəkətləri də onun sözlərindən əlavə, heç vaxt vəhyin icazəsi olmadan, olmayıbdır. Əgər fərz edək ki, belə bir ümumi mənanı ayədən də ələ gətirə bilməsək, digər ayələrdən ənam surəsinin 50- ci ayəsi və digər ayələrdən, belə bir şeyi əldə edə bilərik. Cavadi Amuli, Abdulla. Quranın mövzui təfsiri, Quranda Peyğəmbər (s)- in əhvalatları, cild 8, səhifə 33