Ətraflı axtarış
Baxanların
8072
İnternetə qoyma tarixi: 2011/02/14
Sualın xülasəsi
İmamın məsum olması niyə zəruridir və imamın məsum olması necə məlum olur?
Sual
İmamın məsum olması niyə zəruridir və imamın məsum olması necə məlum olur?
Qısa cavab

Şiə əhli- sünnənin əksinə olaraq, bu dikirdədir ki, imam bütün işlərdə (vəhy məsələsindən başqa) Peyğəmbərlə eyni və ona uyğun olmalıdır. Buna əsasən, Peyğəmbərlə eyni və uyğun olmalıdır. Buna əsasən, Peyğəmbər kimi səhv və günahdan məsum olmalıdır. Necə ki, islam Peyğəmbəri (s) və digər ilahi Peyğəmbərlər belə olublar.

Amma əhli- sünnə, Peyğəmbərin canişinliyini ictimai bir rütbə və dərəcə bilirlər (ilahi mənsəb yox) ki, camaat tərəfindən xəlifəyə verilir. Xəlifə seçki yolu ilə bu dərəcəyə yetişir. Ona görə də, onların fikrincə ismət məqamı xəlifə üçün zəruri deyil.

Şiənin əqli və nəqli dəlilləri:

  1. Sağlam ağıl hökm edir, Peyğəmbərlərin şəriət və Peyğəmbərliyini qoruyan və açıqlayan imama, camaat yüz faiz etimad etməli və dini və onun hökmlərini qoruya bilməsi üçün, bütün səhv və günahlardan məsum olmalıdır. Çünki Peyğəmbər və imamlar göndərməkdən məqsəd təlim və tərbiyədir. Bu da Allah tərəfindən onlara verilən elmə ehtiyaclıdır. Bu ilahi elmdə heç bir azalma və çoxalma olmadan camaata çatdırılmalı və təhrifdən amanda qalmalıdır.

Bundan əlavə, imam təyin etməyin vacibliyinin fəlsəfəsi, imam məsum olmasını tələb edir.

  1. Ayə və səhih və mötəbər rəvayətlərdən olan nəqli dəlillər var ki, imamın isməti onlardan istifadə olunur. Təthir, imamət və ayələri, həmçinin səqəleyn və mənzilət hədisləri onlardandır.

Bundan əlavə, şiə bu əqidədədir ki, Peyğəmbər (s)- in canişinliyi olan imamət, nübüvvət kimi Allah tərəfindən təyin onunan bir məqamdır (nəinki semkilər) və bu məqam sahibi Allah tərəfindən təyin olunur. Başqa sözlə, məsum o şəxslərdir ki, gizlində və aşkarda günah və xəta etmir. Məlumdur ki, Allahdan qeyrisi, bir nəfərin məsum olmasını deməyi öhdəsinə ala bilməz. deməli isməti müəyyənləşdirmək, yalnız Allah tərəfindən və Peyğəmbərin buyurması ilə mümkündür.

Ətreaflı cavab
  1. İmam lüğət kitablarında rəhbər mənasında gəlibdir. O şəxsə imam deyilir ki, öndə gedə və digərləri ona tabe ola.

Rağib müfrədatda deyir: İmam o kəsdir ki, onun ardınca gedirlər. [1]

  1. Elmi termində, kəlam elmində imamət barəsində müxtəlif təriflər açıqlanıbdır.

Şiə nəzərindən imamətin tərifi belədir: Ümumi dini rəhbərlik ki, camaatın hamısını dini və dünyəvi faydaları qoruyub- saxlamaqda camaatı həvəsləndirmək və onları həmin faydalara əsasən onlara zərər olan şeylərdən çəkindirməyi ğhdəsinə almaqdır. [2]

Amma əhli- sünnənin nəzərindən imamət belə tərif olunubdur: İmamət ümumi rəhbərlikdir, camaatın dini və dünyəvi işlərində, Peyğəmbərin canişini olaraq. [3]

  1. İsmətin məna və məfhumu: İsmət lüğətdə saxlamaq və mane olmaq mənasındadır. Kəlam elmində isə, nəfsin adətindən ibarətdir ki, ilahi əmrlərin əksinə getməməyi tələb edir. Bu nəfsi adət insanı xəta və səhvdən qoruyur.

İsmət vacibi vəsifə ilə qarşı çıxmamağı tələb edən nəfsi adətdir. Fərq etmir bilərəkdən olsun ya səhvən ki, onun əksini yerinə yetirməyə qadir olduğu halda. [4]

Şiə bu etiqaddadır ki, imamət Peyğəmbərliyin davamıdır. Bu fərqlə ki, Peyğəmbər (s) şəriətin bünövrəsini qoyan və ona vəhy nazil olurdu. Amma imam şəriəti açıqlayan və onu qoruyandır. Buna əsasən, mam Peyğəmbərə vəhy nazil olması məsələsindən başqa, bütün işlərdə onunla eynidir. [5] Peyğəmbər üçün zəruri sayılan bütün şərtlər, islamın üsul və fürusu və maarifinə olan elm və ...... gizlində və aşkarda olan səhv və günahdan məsum olmaq kimi, həmin şərtləri imam üçün də zəruri bilir. İsmət sifətini bilmək üçün hiss və Allahın bəyanı yolundan başqa bir yol olmadığı üçün, imaməti də Peyğəmbərlik kimi nəsb olma yolu ilə bilir və deyir: Bu məqam sahibi Allah tərəfindən təyin olunur. Amma şiənin əksinə olaraq əhli- sünnə, bu dini və ictimai məqam və məsuliyyəti, xəlifə olan şəxsə camaat tərəfindən verilmiş ictimai hədiyyə bilirlər. Xəlifə süçki yolu ilə bu məqama yetişir. Bu məna iki dəstə (şiə və sünni) tərəfindən verilmiş tərifə diqqət etməklə ələ gəlir.

İndi iki dəstənin bəzi dəlillərinə diqqət edin:

A). İmam (ə)- üçün ismətin zəruri olmasının əqli sübutları:

1. İmam şəriəti qoruyan, Peyğəmbərlərin yolunu açıqlayan və insanların tərbiyəçisi olduğuna görə, camaatın yüz faiz etimad etdiyi şəxs olmalıdır. Əgər məsumolmasa bu etimad aradan gedər.

2. Əgər imam günah etsə, onun hörmət və sevimliliyi qəlblərdən gedər və daha heç kəs onun əmrlərinə itaət etməz. nəticədə imamın nəsb olması faydası aradan gedər. [6]

3. Əgər imam məsum olmayıb və günah etsə, əmr be məruf- və nəhy əz münkər cəhətindən onu məkruh edib və cəzalandırmaq vacib olar. Halbu ki, imamla belə rəftar həm imamın nəsb olunma hədəfini aradan aparır, həm də itaət ayəsinə (nisa, 59) ziddir. Çünki həmin ayə, imama itaət və onun məqamına hörmət etməyi mütləq şəkildə qeyd etmişdir. [7]

4. İmam Peyğəmbər (s) kimi şəriəti qoruyandır. Ona görə də məsum olmalıdır. Çünki qorumaqdan məqsəd elmi və əməli cəhətdən qorumaqlıqdır. Məlumdur ki, elm və əməldə şəriəti qorumaq, yalnız məsum olduqda mümkündür. Çünki qeyri məsum ən azı səhv edir. Əgər şəriətin bəzi hissəsini qorumaqla kifayətlənsək, onda qalan hissəsini şəriət qoyanın nəzərindən etibarsız saymaq lazımdır. Halbu ki, zərurət onun əksinə hökm edir. Çünki Peyğəmbər (s) bütün hökmləri təlim etmək üçün gəlibdir.

5. Qeyd olunduğu kimi, imamın nəsbinin olmasının fəlsəfəsi, camaatın hidayətidir, səhvdən qorunmaq yolunda ki, elmi və əməli yolunu azmağa səbəb olur.

Əgər imamın özü də səhvə düçar olub və ondan amanda qamasa, imamın nəsbinin vacibliyinin fəlsəfəsinə əsasən, özünün hidayət tapması üçün, onun üçün də, imama ehtiyaclı olmaq zəruri olacaq ki, onun səhvlərini ona məlum etsin və düz yola hidayət etsin. Deməli o biri imam məsum olmalıdır.

əgər o da məsum olmasa, digər bir imamın olması lazımdır və .... beləliklə imama ehtiyaclı olmaq sonsuz davam edəcək. Bu da təsəlsüldür ki, ağılın hökmü ilə qeyri- mümkün və batildir. Deməli məsum imam olmalıdır ki, isməti olsun və onda xəta olmadan digərlərinin hidayətinə qadir olsun. [8]

B). Nəqli sübutlar:

Quranda Peyğəmbərlər və imamların isməti barəsində ayələr var ki, onların bəzisinə işarə edirik:

1-     İmamət ayəsi: (Ya rəsulum) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman, o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (belə olduqda Allah ona:) Səni insanlara imam(dini rəhbər, başçı) təyin edəcəyəm, dedi: (İbrahim isə:) Nəslimdən necə?- deyə soruşdu. (Allah onun cavabında:) "(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar". Buyurdu." [9] Bu ayə açıqca buyurur ki, imamət məqamı olan ilahi əhd zalımlara yetişməz. bu bir tərəfdən, digər bir tərəfdən isə, hər bir günah, böyük və balavalığından asılı olmayaraq, zülmdür və Allah ondan razı deyil. Çünki Allah buyurur: "Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə zalımdırlar." [10]

Bu ayəyə əsasən, günah kiçik və böyük olmasından asılı olmayaraq, zülm sayılır. Çünki Allahın əmrindən çıxmaqdır. Buna əsasən burada iki şey qətidir:

a). Hər bir günah (kiçik ya böyük) ilahi əmrlərin əksinə olduğuna görə, zülm sayılır.

b). Allahın əhdi zalımlara nail olmaz.

Nəticə budur ki, imamət ilahi məqam və əhddir. [11]

Qurani- kərim ilahi vəzifələri o şəxslərə məxsus edib ki, zülm etməsinlər. Digər tərəfdən bilirik ki, hər bir günah ən azı özünə zülmdür. Hər bir günahkar Quranda zalım adlanır. Deməli ilahi vəzifə sahibi olan imamlar, bütün zülm və günahlardan pak və uzaqdırlar. [12]

2-     Təthir ayəsi: "Ey Əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər." [13]

Bu ayənin Əhli- beyt (ə)ın ismətinə dəlalət etməsidir ki, Allahın iradəsinin əhli- beyti bütün kinliklərdən pak etməsinə yönəlməsi, onların günahdan məsum olmaları ilə bərabər və onu lazım tutur. Çünki, ayədə ricsdən məqsəd, hər cür fikiri, ruhi və rəftari çirkinlikdir ki, günah onun mənalarından biridir. Bu iradə xüsusi şəxslərə aid olub, nəinki ümmətin hamısına, ona görə də təbiidir ki, təthir ayəsi, hamıya aid olan paklanma iradəsindən fərqli olacaq. Müsəlmanların hamısına aid olan paklanma iradəsi, təşrii iradədir. [14] Çox vaxt insanların itaətsizliyi nəticəsində baş verməməsi mümkündür. Amma bu iradə, təkvini iradədir ki, iradənin hədəfindən (günahdan pak olma) ayrı olmayacaq. [15]

3-     İtaət ayəsi: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin." [16]

Bu ayə də o ayələrdəndir ki, imamlar (ə)- ın ismətinə dəlalət edir. Çünki, ayə, eyğəmbər və əmr sahiblərinin itaətini mütləq formada bəyan edib və heç bir şeylə şərtləndirməmişdir. Peyğəmbər və əmr sahiblərinə mütləq itaət etmək ozaman doğrudur ki, Allahın itaəti yolunda olsun və onlara itaət etmək Allahın itaətinin əksinə olmasın. Əks halda Allaha mütləq itaət etmək və xəta və səhv edən şəxslərə itaət etmək, ziddiyyətə səbəb olacaq. [17]

  1. Səqəleyn hədisi: Bu hədis mütəvatir tərəfindən rəvayət olubdur. Peyğəmbər (s) buyurur:

« انی تارک فیکم الثقلین! کتاب الله و عترتی (اهل بیتی) انهما لن یفترقا حتی یردا علی الحوض »

"Mən elə bir halda sizi tərk edirəm ki, sizin aranızda iki bahalı gövhər qoymuşam. Allahın kitabı və Əhli- beytim. Bunlar kövsər hövzunda mənə yetişənə kimi heç vaxt bir- birindən ayrılmayacaqlar.

Bu hədisin hökmünə əsasən, Peyğəmbər (s) öz Əhli- beytini Quranla bərabər qərar verib və təkid edir ki, heç vaxt bir- birlərindən ayrılmayacaqlar, bu onların ismətinə aydın bir sübutdur. Çünki, ən kiçik günah etmək, hətta səhvən də olsa, Qurandan əməli ayrılmaq deməkdir. Buna əsasən, Quran hər növ xəta və səhvdən uzaq olduğu kimi, imamlar da, bütün fikri və əməli xətadanpakdırlar.

İmam Peyğəmbər (s)- in xəlifə və canişini olaraq günah və xətadan məsum olması aydın olandan sonra, məlumdur ki, Peyğəmbərin canişini olan şəxs də ismət sifətini bilmək üçün, nəss və Allahın bəyan etməsindən başqa bir yol qalmır. Çünki yalnız o, insanların sirlərini və nəfslərində gizlətdiklərini bilir.

İndi o rəvayətlərə diqqət edirik ki, şəxsi müəyyən etməyə (o imam ki, məsum olmalıdır.) İşarə ediblər:

Bu açıqlama Peyğəmbər (s) tərəfindən, İmam Əli (ə) ın imamlığı barəsində müxtəlif yerlərdə elan olubdur ki, şiə və sünnilər qəbul edirlər və hər iki dəstənin mənbə kitablarında vardır. Onların ən aydın olanlarından biri, qədiri- xum hadisəsidir. Peyğəmbər (s) Allahın əmri ilə imam Əli (ə)- ı öz canişini kimi tanıtdırdı və buyurdu: "Hər kəsin ki, mən mövlasıyam, Əki də onun mövlasıdır." [18]

Yaxud Peyğəmbər (s) öz səhabələrinə xitab edərək buyurdu: "Hökumət və möminlərə rəhbərlikdə ona (Əli) təslim olun." [19]

Həmçinin başqa bir yerdə, Peyğəmbər (s) Əli (ə)- ın əlini tutmuş və işarə edirdi. Ona buyurdu: "Bu (Əli) mənim xəlifə və canişinimdir sizin aranızda məndən sonra. Ona qulaq asın və ona itaət edin." [20]

İmam Əli (ə)- dan sonra olan imamlar barəsində də Peyğəmbər (s) və qabaqkı imamlarin yolu ilə, özlərindən sonrakı məsumu tanıtdırırlar. Məsələn İmam Hüseyn (ə) barəsində Peyğəmbərdən nəql olubdur: "Bu mənim oğlumdur. İmamdır. İmam oğludur. İmam qardaşıdır. Doqquz imamın atasıdır ki, onların doqquzuncusu, qaimdirş höccətdir. Höccətin oğludur. Höccətin qardaşıdır. Doqquz höccətin atasıdır." [21]

Qısa olması üçün, həmin bir rəvayətlə kifayətlənirik.

Bu barədə daha çox məlumat əldə etmək üçün sizi bu kitablarla tanış edirik:

Ən- nəcat fil- qiyamə, İbn Meysəm Bəhrami;

Muntəxəbul- əsər, Safi Gülpayqani;

Əl- qədir, Əllamə Əmini.

Və aşağıdakı göstəricilər:

  1. Quran nəzərindən Peyğəmbərlərin isməti, sual 8596 (sayt: 8565) .

  2. Adi insanların isməti, sual 8499. (sayt: 8483)

  3. Əhli- beyti neçə nəfərlə məhdudlaşdırmağın səbəbi. Sual 243. (sayt: 1850).



[1]   - Rağib İsfəhani, Quran kəlmələrinin mənaları, imam kəlməsi.

[2]   - " الامامة رئاسة عامة دینیة مشتملة علی ترغیب عموم الناس فی حفظ مصالحهم الدینیة و الدنیا ویه و زجرهم عمایضرهم بحسبها " Xacə nəsir Tusi, Qəvaidul- əqaid, səh 108

[3]   - " الامامة رئاسة عامة فی امور الدین و الدنیا خلافة عن النبی " Quşçi, Əlaəddin, Şərhi- təcrid, 472

[4]   " ان العصمة ملکة تقتضی عدم مخالفة التکالیف اللزومیه عمداً و خطاءً مع القدرة علی الخلاف " Müzəffər, Məhəmmədrza, Dəlailus- sidq, cild 2, səh 4.

[5]   - İslam Peyğəmbəri (s) Əli (ə)- yə buyurdu:

" انت منی بمنزلة هارون من موسی الا انه لانبی بعدی " Sənin mənə olan nibətin, Harunun Musaya olan nisbətidir, bu fərqlə ki, məndən sonra heç bir Peyğəmbər yoxdur." Sireyi ibn Hişam, cild 2, səh 52.

[6]   - Müzəffər, Məhəmməd- rza, Dəlailus- sidq, cild 2, səh 8- 10.

[7]   - Müzəffər, Məhəmməd- Rza, Dəlailus- sidq, cild 2, səh 8- 10.

[8]   - Muxtari Mazandarani, Məhəmməd Hüseyn, İmamət və rəhbərlik, səh 59.

[9]   - " و اذا بتلی ابراهیم ربه... قال لاینال عهدی الظالمین " Bəqərə surəsi, ayə 124.

[10]   - " "... تلک حدود الله فلاتعتدوها و من یتعد حدود الله فاولئک هم الظالمون " Bəqərə surəsi, ayə 229.

[11]   - Deməli camaatın seçimi ilə heç birəlaqəsi yoxdur. Əksinə Allah tərəfindən bu məqama ləyaqəti olanlara verilir. Əlbəttə imamət məqamının əməldə baş verməsi, camaatın seçimi və beyətilədir.

[12]   - Peyğəmbərlərin və imamların ismətinin mənası bu deyil ki, məsələn Cəbrail onların əlindən tutsun. (Əlbəttə Cəbrail əgər Şümürün də əlini tutsa, heç vaxt günah etməz). Əksinə ismət imandan yaranır. Əgər insanın Allaha imanı olsa və qəlbin gözü ilə Allahı günəş kimi görsə, günah etməsi mümkün deyil. Məsumlar (ə) pak təbiətdən yaranandan sonra, nuraniyyət əldə etmək nəticəsində, həmişə özlərini Allahın məhzərində (ki hər şeyi bilir və bütün işlərdən xəbərdardır) müşahidə edirlər. (İmam Xumeyni, Nübüvvət imam Xumeyninin nəzərindən (tibyan), səh 124.

[13]   - " ... انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا " Əhzab surəsi, ayə 33.

[14]   - Əhzab surəsi, ayə 33, Maidə surəsi, ayə 6, Dəstəmaz ayəsinin davamında buyurur:

" ... و لکن یرید لیطهرکم ... " Allah sizin üçün problem yaratmaq istəmir, əksinə sizi pak etmək və nemətini sizə tamamlamaq istəyir.

[15]   - Subhani, Cəfər, Mənsuri əqaidi imamiyyə, səh 169- 169. Qeyd etmək lazımdır ki, Allahın Əhli- beytin ismətinə təkvini iradə etməsi, onların ixtiyarının alınmasına səbəb deyil. Necə ki, Peyğəmbərlərdə də ismətin olması, onların ixtiyarının alınmasına səbəb deyil.

[16]   " یا ایها الذین آمنوا اطیعوا الله واطیعوا الرسول و اولی الامر منکم... " Nisa surəsi, ayə 59.

[17]   - Misbah Yəzdi, Məhəmməd Təqi Amuzeşe əqaid, səh 203.

[18]   - " من کنت مولاه، فهذا علی مولاه " Əllamə mini, Əl- qədir, cild 1, səh 207, İbn Meysəm Bəhrani, Ən- nəcatu fil- qiyamə fi təhqiqi Əmril- imamə, səh 81

[19]   - " سلموا علیه بإمرة المؤمنین " Əllamə Əmini, Əl- qədir, cild 1, səh 207, İbn Meysəm Bəhrani, Ən- nəcatu fil- qiyamə fi təhqiqi əmril- imamə, səh 81.

[20]   - " هذا خلیفتی من بعدی فاسمعوا له و اطیعوا " Əllamə Əmini, Əl- qədir, cild 1, səh 207, İbn Meysəm Bəhrani, Ən- nəcatu fil- qiyamə fi təhqiqi əmril- imamə, səh 81.

[21]   - " ابنی هذا امام ابن امام اخوا امام ابوائمه تسعة، تاسعهم قائمهم، حجة ابن حجة اخو حجة ابو حجج تسع " İbn Meysəm Bəhrani, Ən- nəcatu fil- qiyamə fi təhqiqi əmril- imamə, səh 167.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...