Please Wait
7587
İnsanlara həyat bəxş edən islam məktəbi və Allahın son şəriəti, kamil və tamam bir dindir. Bunun üçün də islamda ictimai qanun və hökümlər bir şəxs üçün təyin olunmuş hökm kimi məsuliyyət daşıyır. İslam nəzərində ictimai həyat və cəmiyyətdə hər bir insanın bir- biriylə olan rabitəsi və hər bir vətəndaşın vəzifəsi insanların və cəmiyyətin qarşısında qorunmasıdır ki, o cəmiyyətdə yaşayır. O qanun- qaydalara hər bir müsəlmanın vəzifəsidir ki, rəayət etsin.
İslam cəmiyyətində hər bir vətəndaşın öhdəsinə düşən vəzifələrdən bir neçəsi də ibarətdir:
1. Camaatın haqlarını tapdalamamaq və vətəndaşların hüquqlarını qorumaq. Bu qanunun nümunələrini islamın qonşular və küçələrdən keçən piyadaların haqlarının tapdalanmamasına olan təkidlərindən başa düşürük.
2. İnsanlara kömək və onlara qarşı məsuliyyət hissi keçirmək o zaman ki, təbiət və yaxud başqa yollarla insanlar o bəlalara düçar olurlar.
İslam təlimlərinə görə islam cəmiyyətində və... çətinliklərin həllində öz səyini göstərməli təbiətdə olan bəlalarla əxlaq və tərbiyə baxımından olan bəlalar arasında fərq qoymamalıdır.
3. Cəmiyyətdə əxlaqa riayət etmək bunun kimi; gülər üzlü və gözəl əxlaqa sahib olmaq, təvazökar və aram, insanlarla cəmiyyətdə ağır başlı və mülayim olmaq.
Bir neçə başlanğıca diqqət etmək bu sualın cavablandırmaqda bizim üçün yol açacaq:
1. İnsan ictimai yaşamağı sevən bir varlıqdır, dəqiq desək "təbiətində mədəniyyətdir"[1] tarixin göstərdiyinə görə dəinsan qədim zamanlardan ictimai şəkildə yaşamışdır.
2. İnsanlara həyat bağışlayan islam məktəbi və Allahın son şəriəti olaraq kamil və tamam bir dindir. İnsan həyatının bir çox cəhətləri olduğu üçün, o cür ki, onların biri də ictimai yaşayış tərzidir, qanun və əxlaqa tövsiyə edir. Başqa sözlə desək, o cür ki, bir insanın Alahla rabitə yaratması üçün bir çox qanun və hökümlər vardır. İnsanların da bir- biriylə rabitə yaratması üçün çoxlu qanun və hökümlər qoymuşdur ki, hər bir müsəlman ictimai rəftarlarında onlara riayət etsin.
3. İslamın kamil olmasından məqsəd budur ki, islamda olan qanunlarla mümkündür fəlsəfə, din və islam qanunlarına[2] yol tapmaq və bir çox qanunlar[3] yazılsın.
4. Bunun üçün də bizim nəzərimiz budur ki, keçmiş zamanlarda xüsusilə də islamın əvvəllərində insanların şəhərlərdə yaşaması bu günkü kimi inkişaf etməmişdi və bu gün cəmiyətdə olan çətinliklər, misal üçün yollardakı profkalar, havanın çirklənməsi, çayların bağlanması və....yox idi.
Bu gün cəmiyyətdə yaşayan müsəlman vətəndaşlar üçün onları nümunə göstərmək olmaz, amma o kiçik şəhərlərdə az bir cəmiyyətin qədim və keçmiş adətləriylə yaşamasına baxmayaraq islam onlar üçün bir qanun yazmışdır ki, bütün dünyada istifadə olunur. Bu günkü şəhər və inkişaf etmiş cəmiyyətlər o qanunlardan istifadə etməsi lazımdır, yəni o qanunlara rəayət etməklə müsəlman bir vətəndaşlığa nail olmaq mümkündür.
Aşağıda qeyd olunanlar, müsəlman vətəndaşların lazım olan bir neçə xüsusiyyətləridir:
1. Camaatın haqqını payimal etməyib onların hüquqlarına ehtiram göstərmək:
İslam dininin nəzərində, ictimai həyatın həqiqəti insanların ictimai hüquqlara ehtiram qoymasıdır ki, aşağıda nümunə üçün onlara işarə edəcəyik:
İslam Peyğəmbəri (s) qonşunun haqqlarına riayət etmək mövzusunda buyurur: "Hər bir şəxs qonşusunu əziyyət etsə, Allah behiştin ərşini ona haram edər"[4] və yaxud "hər bir şəxs qonşunun haqqını tapdalasa, bizdən deyil".[5]
Bu günlərdə şəhərlərə gələn su mənbələrinin qarşısı alınır. Bu o cür məsələlərdən biridir ki, islam dini 1400 il bundan əvvəl buna diqqət yetirmiş və bu işi bəyənilməz bir iş saymışdır; öz davamçılarını da bu işdən çəkindirmişdir.
Peyğəmbər əkrəm (s) buyurur: "Yollarda oturmaqdan çəkinin".[6] Və ya "müsəlmanların yollarında olan hər hansı bir maneə ki, onlara əziyyət edir aradan qaldırın".[7]
İmam Əli (ə) buyurur: "Yollarda olan keçidlərdə oturmaqdan pəhriz edin".[8]
İmam Sadiq (ə) buyurur: "Hər bir şey ki, müsəlmanların yolunda olub və onlara ziyan vursa, o əşyanın sahibi ona zamindir".[9]
İmam Xumeyni (rh) bu cür rəvayətlərdən bəhrələnərək Təhrirul vəsilə kitabında yazır: Əgər bir şəxs dar bir küçədə dura və başqaları üçün yol olmaya, və bir şəxsin heç bir qəsdi olmadan oradan keçərkən ona dəysə və o şəxs ölsə və yaxud bu cür bir yolda otursa və bir şəxs bunun üzərindən sürüşüb ölsə, o şəxs ki, yolda oturmuşdur, o şəxsin qan bahasını verməlidir.[10]
Buna əsasən hər bir müsəlman vətəndaş dinin göstərdikləri daxilində, başqalarının haqlarının tapdalanmasına yol vermir və onların hüquqlarını qoruyur.
2. Məsuliyyət hissi:
İslam cəmiyyətində daha çox lazımlı olan ismətlərdən biri də cəmiyyətdə məsuliyyət hissi daşımaqdır. Bu məsuliyyət hissi əvvəl ailənin daxilindən başlayaraq, qonşuya, şəhər və... çatır. İslam göstərişlərinə əsasən islam cəmiyyətində hər bir vətəndaş, cəmiyətdə baş verən hər bir hadisəyə nisbət, istər siyasi, mədəniyət, istinad bundan yuxarı təbiətdə baş verən hadisələr zamanı öz öhdəsində vəzifə hissi keçirməlidir. Öz imkanı daxilində bu cür çətinliklərin həllində səyini göstərməlidir.
Aşağıda qısa olaraq bu məsuliyyətlərin bir neçəsinə işarə edirik:
A). Başqalarına həmdəm olub kömək göstərmək. Qurani kərim başqalarına kömək etməyi hər bir müsəlmanın vəzifəsi bilir və buyurur: Əgər öz borclarını ödəməkdə sizdən kömək istəsələr lazımdır ki, onlara kömək edəsiniz".[11] Və "möminlər bir- birinin qardaşlarıdır".[12]
İslam cəmiyyətində müsəlmanlar bir- birinin aqibəti, gələcəyi və çətinlikləri qarşısında məsuliyyət daşıyır, əgər bir şəxs bu məsuliyyətdən boyun qaçırtsa, rəvayətlərdən bizə çatan dəlillərə əsasən müsəlmanlıqdan xaric olmuşdur:
"O şəxs ki, sübh edə və müsəlmanların işinə kömək etməyə, müsəlman deyil".[13]
İmam Əli (ə) İslam cəmiyyətində hər bir vətəndaşı istər alim istər sərvətli və... olsun cəmiyətdə olan insanların qarşısında məsuliyyət daşıdığını bildirir:
Və həzrət buyurur: "Allah Taala savadsızların, savad öyrənməsi üçün təklif qoymamışdır əvvəl savadlıların öhdəsinə təklif qoyur ki, onlara elm öyrətsinlər".[14] "Allah Taala fəqirlərin ruzisini sərvətli şəxslərin ixtiyarına qoyur... və Allah Taala onlardan tələb edəcək".[15]
Bu arada buna da işarə edək ki, qonşulara kömək etmək də böyük əhəmiyyət daşıyır.
İmam Əmirəl möminin (ə) buyurur: Peyğəmbər (s) qonşu haqda o qədər sifariş etdi ki, hesab etdim qonşu qonşudan irs aparır".[16]
İmam Səccad (ə) hüquq risaləsi adlı kitabında yazır: Qonşuya zülm edilən zaman, ona kömək etmək və onunla insafla davranmaq lazımdır.[17]
B). Əmr be məruf və nəhy əz münkər (xeyir işlərə dəvət və çirkin işlərdən çəkindirmək).[18]
Müsəlman vətəndaş islam cəmiyyətini irəliyə hərəkət edən kimi bilməlidir. Bu da təbiidir ki, çətinliklərə diqqət etməli və cəmiyyətdə olan hər bir nöqsanı nəzərdən qaçırmamalıdır. Bütün bunlara sadə lövhlüklə yanaşmır və bunu da bilir ki, onun bir hissəsində deşik yaradılarsa, yalnız o deşik açana zərər dəymir və hər bir şəxs ona giriftar olacaq, sonda gəminin qəzaya uğramasına səbəb olacaqdır.
Bu iş islamda əmr be məruf və nəhy əz münkərdə olan xüsusiyyətlərə malikdir.
İslamda başqa vacib olan hökümlərin yanında misal üçün; namaz, zəkat və ... əmr be məruf və nəhy əz münkər də vardır. Əlbəttə bu bir növ cihad hesab olur. kəmala çatmaq üçün amillərdən biri və cəmiyyətin mənəviyyatını yüksəldib xoşagəlməz işləri aradan qaldırır.
Allah Taala Qurani kərimdə buyurur: "İmanlı kişi və qadınlar bir- birinin vəlisidir, əmr be məruf və nəhy əz münkər edirlər.[19]
Başqa bir ayədə gəlmişdir: Siz ümmətin ən yaxşısı idiniz ki, insanların xeyirxahlığı üçün yaradılmışsınız, əmr be məruf və nəhy əz münkər edirsiniz".[20]
İmam Əli (ə) bu haqda bir müsəlmanın hər tərəfli ülgü olmasında buyurur: "Əmr be məruf və nəhy əz münkər" Allahın iki (sifət və xislət)- lərindəndir".[21]
Həzrət başqa bir yerdə əmr be məruf və nəhy əz münkəri bütün ibadətlərdən, bundan üstün Allah yolunda cihad etməkdir daha yüksək olduğunu bildirir.
"Bu mövzuda ayrı dəstədirlər ki, dil, əl və qəlbləriylə əmr be məruf və nəhy əz münkəri gizlədirlər. bunlar hərəkətli ölüdürlər ki, həyatdan heç bir şey bəhrələnməzlər; çünki bütün savab əməllər (Allah yolunda cihad etsə də) əmr be məruf və nəhy əz münkərlə müqayisədə heç bir şey deyil"...[22]
3. Cəmiyətdə islam əxlaqına riayət etmək:
Camaatla yaxşı rəftar və gözəl əxlaqa yiyələnmək, insanın həyatı üçün ən üstün əməllərdən sayılır. İnsanın istər cəmiyyətdə və yaxud başqa insanlar toplumunda ədalət və bərabərliyi qorumaq cəmiyyətdə öz təsirini göstərir.
Burada, islam cəmiyyətində olan əxlaq nümunələrinə işarə olunur:
A. Gözəl əxlaq, üzü açıq və xoşrəftarlıq.
Qurani kərim Peyğəmbər (s)- ə xitab edir:
"Və sən böyük və əzəmətli əxlaqa sahibsən".[23] Və İlahi rəhmətinin bərəkətindən onların (camaatın) qarşısında mülayim və mehriban olmusan; əgər qəzəbli və ürəyi bərk olsaydın sənin ətrafından dağılardılar....[24]
Bəs Quran gözəl əxlaqı, Peyğəmbərin insanları özünə cəzb etməsinin amili və onun müvəffəqiyyətini bilir.
Bu mövzuda din rəhbərlərindən (müsəlmanlardan) çoxlu rəvayətlər bizə çatmışdır ki, onlardan bir neçəsinə işarə etməklə kifayətlənirik:
Peyğəmbər (s) buyurdu: "Gözəl və bəyənilmiş əxlaq dinin yarısıdır".[25]
İmam Sadiq (ə) Peyğəmbərdən rəvayət edir ki, o həzrət buyurmuşdur: "İman həmin gözəl əxlaqdır..."[26]
İmam Əli (ə) insanlarla gülərüz və xoş rəftar olmaq haqqında buyurur: İnsanları imanda kamil olanı o şəxsdir ki, onların ən gözəl əxlaqlısı olsun".[27]
İmam Sadiq (ə) buyurur: İnsanlara yaxşılıq edib, gözəl əxlaqa sahib olmaq şəhərlərin (cəmiyyətin) abadlığına səbəb olar".[28]
Bəlkə bu cür də demək olar ki, cəmiyyətdə insanlarla və hər bir vətəndaşla doğru gözəl rəftarla davranmaq, xüsusiylədə böyük şəxsiyyətləri gülər üzlə qarşılamaq, o cür ki, cəmiyyətdə münasibətlərin yaxşılaşmasına və cəmiyyətdə olan çətinliklərin həll olmasına səbəb olur; bununla belə hal- hazırda texnikanın inkişaf etdiyi bir zamanda insanların ruh və psixoloji çətinliklərinin qarşısı alınır.
İslam dinində gözəl əxlaqa sifariş olmasının sirri də bundan ibarətdir.
B. Təvazökarlıq.
Təvazö yəni insanlar qarşısında ədəbə riayət edib özünü başqalarından üstün saymamaq və təkəbbür olmaqdan çəkinməkdir. Təvazö insanın daxilində olan bir sifətlərindəndir ki, onu hərəkətlərindən aşkar və məlum olur.
Şübhəsiz insanların hər bir vətəndaş qarşısında mülayim olmaq, dünyada insanların məhəbbətini, axirətdə isə Allahın razılığını qazanmışdır. Bu mövzu mühüm məsələlərdən biridir ki, Allah övliyaları insanları həmişə ona dəvət etmişdir. İmam Əli (ə) buyurur: "Təvazö və mülayimlik məqama çatdıqda, qüdrətə çatdıqda bağışlanmaq kimidir".[29] "Nemətin azalması zamanı onu çoxaldar".[30]
"Təvazö kimi heç bir şey insan üçün məqam və fəzilət gətirməz, bəs təvazökar olun Allah sizə rəhm eləsin".[31] Qurani kərimdə təvazö Allahın saleh bəndələrinin nişanələrindən qərar verilmişdir: Rəhman (Allah) bəndələri onlardır ki, yer üzündə təkəbbürcəsinə yol getməzlər..."[32]
C. Sevimli və gözəl davranış.
Gözəl davranış yəni insanlarla mülayim və sakit rəftar etmək.
Çünki insanlar ictimai həyat sürdükləri üçün, həmişə başqa insanlarla rabitəsi vardır və onun hüquqları başqa insanların hüquqlarıyla bağlıdır. Bəs insanlarla mülayim olmaq o məsələlərdəndir ki, islam dini ona diqqət yetirmişdir.
İmam Sadiq (ə) Peyğəmbərdən (s) rəvayət edir ki, o həzrət buyurmuşdur:
O cür ki, Allah məni vacib işlərin (əmrlərin) icrasına əmr etmişdir, insanlarla mülayim rəftar etməyə də əmr etmişdir".[33] Yenə buyurur:
"İnsanlarla mülayim davranmaq imanın yarısıdır və onlara məhəbbət həyatın yarısıdır".[34]
İslam dini insanlarla mülayim rəftar etməyi sifariş edərkən düşmənləri də nəzərdən qaçırmamışdır.
Qurani kərimdə Allah Taala həzrəti Musa və Haruna tapşırır: "Hər vaxt Fironun yanına getdiniz onunla yumşaq və mülayim söhbət edin, bəlkə Firon qorxsun və yaxud hidayət olsun".[35]
İmam Əli (ə) öz söhbətlərində mömin insanların xüsusiyyətlərini vəsf edərək buyurur: "Mömin...xoşəxlaq və etdiyi söhbətləri qəbul edəndir, o halda ki, cismi daşdan möhkəm və quldan da (Allah qarşısında) təvazökardır".[36]
D. Helm və səbr.
Helm ibarətdir; həyatın çətinlikləri qarşısında möhkəm və payidar olmaqdan. İctimai həyat, müxtəlif insanlarla yaşamaq deməkdir. Müxtəlif ruhiyələrlə üzləşmək, fərqli nəzəriyyə və dəyişik fikir və xasiyyətlərlə qarşılaşmaqdır. Bunun üçün də, qiyamətdə yaşamağın ilk şəraiti helmli və səbirli olmaqdır.
Bu ilahi Peyğəmbərlərin, müşriklərin və müxaliflərin etdiyi əzab- əziyyətin qarşısındakı sifətlərindən biridir.
İmam Əli (ə) helm və səbri Allahın sifətlərindən olduğunu açıqlayaraq buyurur: Həmd olsun o Allaha ki, ...helmi o qədər böyükdür ki, insanların xətalarını bağışlayır".[37]
O həzrət başqa bir yerdə buyurur: "Hər kəs mətanətli və səbirli olsa, işlərinin həllində yolundan çıxmaz və insanlar arasında hörmətlə həyat sürər."[38] Helm və səbirli şəxsin ilk ldə etdiyi şey odur ki, insanlar nadan qarşısında ondan himayət edərlər".[39]
İslam cəmiyyətindəki insan, cəmiyyətdə olan aramsızlıqların qarşısında səbirli olur və imam Əli (ə) bu sözlərindən ilhamalır. "Təqvalı insanlar, narahat və aramsız günlərini səbrlə keçirər".[40]
Bu açıqlananlar islam cəmiyətində olan insanların sifətlərindən bir neçə nümunə idi.
Son nöqtə budur ki, cəmiyyətdə qanunun qurulması, insanların həyatını siğortalamaq, vətəndaşın hüquqlarını qorumaq və o birliyin nabud omasının qarşısını almaqdır. Cəmiyyətdə əxlaq qanunlarının bərpası üçün qiyamət və insanların başı uca olması və onların izzətlərinin qorunmasına görə əxlaq mövzusunda olan məsələlərə diqqət yetirmək lazımdır.
Hər bir vətəndaşı ayrı- ayrılıqda davamlı maarifləndirmək və əxlaq fəzilətlərini bir mədəniyyət olaraq tanıtdırmaq lazımdır. Bu xüsusiyyətləri öyrətmək və adət etməklə, cəmiyyətdə təmiz ruhiyyə və sağlam fikrin inkişafında şirkət etsinlər.
Bütün insanların, mədəniyyətin qurulmasında və islam əxlaqının cəmiyyətdə yer tutmasında iştirak etmək, İslamın istədiyi insan kimi bir cəmiyyətdə yaşamaq tərzini insanlara göstərəcəkdir.
[1] - Əlavə məlumat üçün bax: Tərcümə Əl- mizan, cild 2, səh 177.
[2] - Bu mənalarla tanışlıq üçün bax: Məktəb və nizame iqtisadiye islam. Hadəvi Tehrani, Məhdi, səh 19- 51.
[3] - Diqqət etmək lazımdır ki, bütün dünyaya şamil olan, və fəlsəfəyə yol açan islam dini fiqh nəzərindən irəli sürülür bu da fiqhin işidir. Amma qanun, elm və alimlərin cəmiyyətdə böyük rolu vardır. Hadisələrin həqiqətini açıqlamaq və onun həlli üçün yol göstərmək və bu hadisələr baş verməmişdən əvvəl qarşısını almaq cəmiyyətdə olan alimlərin vəzifəsidir. Hadisənin baş verdiyi zaman onu kontrol edib, qarşısınl almaq, o cür ki, gözlənilirdi cəmiyyətdə inkişaf etmiş elmin öhdəsinə buraxılır. Əlbəttə bu mərhələlərdə payidar qanunların ayə və rəvayətlərdən ələ gəlməsi və cəmiyət arasında qüvvəyə minməsi fəqihin vəzifəsidir. O cür ki, islam qanunu bütün dünyaya şamil olmuşdur hər zaman və hər bir yerdə ona nəzarət etməkdə fəqihin vəzifəsidir. Məktəb və nizam iqtisade islam, Hadəvi Tehrani, Məhdi, səh 44.
[4] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 72,
«من آذی جاره حرم الله علیه ریح الجنة»
[5] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 71, səh 150.
«... من ضیع حق جاره فلیس منا»
[6] - " ایاکم و الجلوس علی الطرقات" Nəraqi, Məhəmməd Məhdi, Camee əl- səadət, cild 2, səh 238.
[7] - " اعزل الاذی عن طریق المسلمین" Hindi, Əlaud- din Əli, Kənzul əmöl, cild 15, səh 781.
[8] - Məadixah, Əbdül Məcid, Xurşide biğurub (tərcümeye Nəhcül- bəlağə) səh 380, namə 69,
«... و ایاک و مقاعد الاسواق...»
[9] - Hürr Amuli, Məhəmməd ibn Həsən, Vəsailuş- şiə, cild 19, səh 181.
[10] - Xumeyni, Seyyid Ruhullah, Təhrirul vəsilə, cild 2, səh 562.
[11] - Ənfal surəsi, ayə 72.
[12] - Hücurat surəsi, ayə 10,
«انما المؤمنون اخوة...»
[13] - Kuleyni, Usuli kafi, cild 2, səh 131.
«من اصبح و لایهتم بامور المسلمین، فلیس بمسلم»
[14] - Məadixah, Əbdülməcid, Xurşide biğurub (tərcümeye Nəhcül- bəlağə), səh 522, kəlmə 487.
«ما اخذ الله علی اهل الجهل ان یتعلموا حتی اخذ علی اهل العلم ان یعلموا»
[15] - Məadixah, Əbdülməcid, Xurşide biğurub, (tərcümeye Nəhcül- bəlağə), səh 479, kəlmə 329.
«ان الله سبحانه فرض فی اموال الاغنیاء اقوات الفقراء...»
[16] - Əl- kafi, cild 7, səh 51; Biharul- ənvar, cild 42, səh 248.
[17] - Əl- kafi, cild 71, səh 7,
«... و نصرته اذا کان مظلوماً... و تعاشره معاشرة کریمة»
[18] - İnsanları xeyirmi iş görməyə məcbur etmək (əmr be məruf) və onları çirkin işlərdən çəkindirək (nəhy əz münkər).
[19] - Tövbə surəsi, ayə 71.
«المؤمنون و المؤمنات بعضهم اولیاء بعض، یأمرون بالمعروف و ینهون عن المنکر...»
[20] - Tövbə surəsi, ayə 110.
«کنتم خیر امة اخرجت للناس تأمرون بالمعروف و تنهمون عن المنکر...»
[21] - Məadixah, bdülməcid, Xurşide bi ğurub, (tərcümeye Nəhcül- bəlağə), səh 177- 178.
«... و ان الامر بالمعروف والنهی عن المنکر لخلقان من خلق الله سبحانه...»
[22] - Məadixah, Əbdülməcid, Xurşide bi ğürub, (tərcümeye Nəhcül- bəlağə), səh 494.
[23] - Qələm surəsi, ayə 4
[24] - Ali- imran surəsi, ayə 159.
«فبما رحمة من الله لنت لهم و لو کنت فظاً غلیظ القلب لانفضوا من حولک...»
[25] - Məclisi Məhəmməd Baqir, Biharul- ənvar, cild 68, səh 385.
«الخلق الحسن نصف الدین»
[26] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 68, səh 392.
«الایمان حسن الخلق...»
[27] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 68, səh 392.
«الایمان حسن الخلق...»
[28] - Hürr Amuli, Məhəmməd ibn Həsən, Vəsailüş- şiə, cild 5, səh 504.
«البر و حسن الخلق یعمرن الدیار...»
[29] - Ğürərül hikəm (fehreste mövzuyi), səh 405.
«التواضع مع الرفعة، کالعفو مع القدرة»
[30] - Məadixah, Əbdül məcid, Xurşide bi ğürub, (tərcümeye nəhcül- bəlağə) səh 448, kəlmə 215.
«و بالتواضع تعم النعمة»
[31] - Nəraci, Məhəmməd Məhdi, Came əl- səadət, cild 1, səh 363.
[32] - Furqan surəsi, ayə 63.
«و عباد الرحمن الذین یمشون علی الارض هوناً...»
[33] - Hürr Amuli, Məhəmməd ibn Həsən, Vəsailüş- şiə, cild 7, səh 540.
«امرنی ربی بمداراة الناس، کما امرنی باداء الفرائض»
[34] - Hürr Amuli, Məhəmməd ibn Həsən, Vəsailüş- şiə, cild 7, səh 540.
[35] - Taha surəsi, ayə 44. " فقولا له قولاً لینا لعله یتذکر او یخشی" Ayədə bu nöqtədən dərs götürmək lazımdır ki, o da mülayim və xoşrəftar olmaqdır və bu islam əxlaqından müxaliflər də ibrət götürürlər və bununla hidayət olurlar.
[36] - Məadixah, Əbdülməcid, Xurşide bi ğürub, (tərcümeye nəhcül- bəlağə) səh 481, kəlmə 338.
[37] - Məadixah, Əbdülməcid, Xurşide bi ğürub, (tərcümeye nəhcül- bəlağə) səh 275, xütbə 233.
«الحمدلله ... الذی عظم حلمه فعفا...»
[38] - Məadixah, Əbdülməcid, Xurşide bi ğürub, (tərcümeye nəhcül- bəlağə) səh 395, kəlmə 30.
[39] - Məadixah, Əbdülməcid, Xurşide bi ğürub, (tərcümeye nəhcül- bəlağə) səh 444, kəlmə 197.
[40] - Məadixah, Əbdülməcid, Xurşide bi ğürub, (tərcümeye nəhcül- bəlağə) səh 221, xütbə 184.
«و اما النهار، فحلماء علماء...»