Ətraflı axtarış
Baxanların
20357
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
Aşura günü oruc tutmaqla əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən hədis nəql olunmuşdurmu? Bu gündə oruc tutmaq müstəhəbdirmi?
Sual
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Qısa cavab

Şiənin mötəbər rəvayət mənbələrdə bu məzmunda elə bir hədis yoxdur ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in Aşura günü oruc tutmağın müstəhəb olmasını bəyan etmiş olsun. Lakin o həzrətin sirə və davranışı ilə əlaqədar hədislərdə belə nəzərə çarpır ki, o həzrət bu gün oruc tutmuşdur. İmam Riza (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədis kimi:

صَامَ رَسُولُ اللَّهِ (ص) یَوْمَ عَاشُورَاء

“Peyğəmbər Aşura günü oruc tutdu.”

Bu kimi rəvayətlərə istinadən Peyğəmbərin Aşura günündə oruc tutmağı müstəhəb hesab etməsini demək olmaz. Çünki belə rəvayətlər sənədinin zəif olmasından əlavə, Peyğəmbərin işinə dəlalət edir və onda həmin gündə oruc tutmağın müstəhəbliyinə dair aşkar bəyan yoxdur.

Amma sünnü və şiələrin hədis mənbələrində nəql olunan bəzi rəvayətlərdən belə çıxır ki, Həzrət Musa (əleyhis-salam)-ın dövründən Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in besətinə qədər, habelə, besətdən Ramazan ayının orucunun vacib edilməsinə qədər Aşura günü təzimə layiq görülən günlərdən – Allah günlərindən idi. Lakin Aşura hadisəsindən və Aşura günü oruc tutub o günün əzizlənməsi ilə əlaqədar rəvayətlərdən Bəni-Ümməyinin sui-istifadə etməsindən sonra bu zəmində çoxlu rəvayətlər də varid olmuşdur. Onların bəziləri bu günün orucunun müstəhəb, bəziləri məkruh, bəziləri də haram olmasına dəlalət edir.

Belə olan halda bu rəvayətlərin arasında ittifaq yaratmaqdan (ortaq məxrəcə gəlməkdən) başqa bir yol qalmır. Rəvayətlərə müraciət etdikdə aydın olur ki, Aşura gününün orucu haramlıqla məkruhluq arasındadır və onda heç bir müstəhəblik ehtimalı verilmir. Yəni əgər bu gündə oruc tutmaq özünə xüsusi ünvan alarsa, bidət və haramdır, əgər (İmam Hüseynin qətlə yetirilməsinə görə) təbərrük (xeyir-bərəkət) ünvanı ilə olsa, küfr və dindən xaric olmaqdır. Əgər “mütləq fəzilət” ünvanı ilə oruc tutulsa, zahirdə Bəni-Üməyyənin əməllərinə oxşatma olduğuna görə məkruhdur, yəni savabı azalır.

Ətreaflı cavab

Sual iki hissədən ibarətdir ki, hər birini ayrıca araşdırmalıyıq:

1. Aşura günündə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in oruc tutmağına dəlalət edən hədisin varlığı

Şiələrin mötəbər rəvayət mənbələrində elə bir hədis varid olmamışdır ki, onda həzrət Muhəmməd (səlləllahu əleyhi və alih) “Aşura günündə oruc tutmaq müstəhəbdir” deyə buyurmuş olsun. Lakin o həzrətin davranışı (sirəsi) ilə əlaqədar hədislərdə görürük ki, bu gündə oruc tutub. İmam Riza (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədis kimi:

صَامَ رَسُولُ اللَّهِ (ص) یَوْمَ عَاشُورَاء

“Peyğəmbər Aşura günü oruc tutdu.”[1]

Bəzi mənbələrdə qeyd olunur ki, Əli (əleyhis-salam) buyurmuşdur: “Məhərrəmin doqquzuncu və onuncu gününü oruc tutun, çünki, bu, bir illik günahların kəffarəsidir.”[2]

Amma heç vaxt demək olmaz ki, şiələrin mötəbər mənbələrində Peyğəmbərin Aşura günü oruc tutmağı müstəhəb bildiyi rəvayət vardır. Çünki bu rəvayətlərin bəziləri sənəd cəhətindən zəifdir. Bundan əlavə, Peyğəmbərin sadəcə işlərinə dəlalət edir və biz bu barədə o həzrətdən elə bir kəlam nəql olunduğunu görmədik ki, o həzrətin özü bu barədə aşkar bəyana malik olmuş olsun. Halbuki, bu barədə Peyğəmbərə istinad edilən əhli-sünnət rəvayətləri həddindən artıq çoxdur.[3]

2. Aşura günün orucunun hökmü

Sünnü və şiələrin hədis kitablarında nəql olunan rəvayətlərdən[4] məlum olur ki, Aşura Həzrət Musanın dövründən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besətinə qədər və eləcə də besətdən Ramazan ayının orucunun vacib olduğu vaxta qədər həmişə təzimə layıq görülən ilahi günlərdən biri olmuşdur.

Amma Aşura qiyamından sonra Bəni-Üməyyə bu gündə oruc tutmaq və bu günü əzizləməklə əlaqədar rəvayətlərdən sui-istifadə edərək dinin əsasının və şiə məktəbinin ziddinə təbliğ etməyə başladılar. Onlar deyirdilər ki, Hüseynin özünün, əhli-beytinin və köməkçilərinin bu gündə öldürülməsi (nəuzu billah!) çox gözəl və müstəhəb iş olduğundan, çox xeyir-bərəkətli bir gündür, buna görə də bu gün oruc tutmaq lazımdır! Bu məqsədlə çoxlu saxta rəvayətlər də quraşdırmışlar.[5] Onlar bu hədislərlə Aşura qiyamının hikmət və fəlsəfəsini təhrif etməkdən əlavə, bu günü bayram keçirir, onun şükürünü yerinə yetirmək üçün oruc tuturlar![6]

Beşinci hicri əsrinin şiə alimlərindən olan mərhum Kəraciki “Ət-təəccüb” adlı risaləsində bu məsələyə işarə edərək yazı: “Bəzi insanlar Əhl-beytə məhəbbət bəslədiyini iddia etməklə eyni zamanda, bu günü “həzrət Adəm (əleyhis-salam)-ın tövbəsinin qəbul olunması” bəhanəsi ilə bayram keçirir, şadlıqla məşğul olurlar, halbuki övladının qətlə yetirilməsi ilə əlaqədar həzrət Peyğəmbərin qəm-qüssəsində şərik olmurlar.”[7]

Tam mənada azğınçı olan bu məsələ[8] zahirdə müsəlman olan bəzi qruplardan arasında nüfuz etmişdir. İmam Hüseyn (əleyhis-salam)-ın “Aşura ziyarəti”ndə də ona işarə edilir: “Bu həmin gündür ki, Bəni-Üməyyə onu təbərrük edirlər.”

Bu tarixdən etibarən Aşura gününün orucu iki ünvanla yerinə yetirilir:

1. “Əyyamullah” (Allah günlərindən) olduğuna görə ya vacib, ya müstəhəbdir;

2. Məlun Yezid imam Hüseyn (əleyhis-salam)-ı fiziki cəhətdən aradan götürdüyünə görə (bu qələbəyə şükür etmək üçün) oruc tutmaq. Məhz bu tarixdən etibarən məsum imamlar İslam ümmətinə aydınlıq gətirməklə, Aşura günündə orucu qadağan etməklə bu azğınçı fikirlə mübarizə aparırdılar. Məsələn, Zürarə imam Sadiq və imam Baqir (əleyhiməs-salam)-ın belə buyurduqlarını nəql edir: “Aşura günü oruc tutma!”[9]

Bu barədə mövcud olan rəvayətlərin zahiri müxtəlifdir. Bəzi rəvayətlər onun müstəhəb olmasına dəlalət edir və deyilir ki, “Tasua və Aşura gününün orucu bir illik günahın kəffarəsidir.” “Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu gündə oruc tutmuşdur.” Bəzi rəvayətlər də – bu gündə oruc tutmağı Ali-Ziyad və Ali-Mərcanənin sünnəti olduğunu deyən rəvayətlər kimi – bu gündə oruc tutmağın məkruh, hətta haram da olmasına dəlalət edir.[10]

Bu rəvayətlərin arasında aşağıdakı yollardan biri ilə ittifaq yaratmaq məcburiyyətindəyik:

1. Bu gündə oruc iki ünvanla tutula bilər: Biri şadlıq və sevinc ünvanı ilə olan təbərrük orucu, digəri isə Allah dərgahına yaxınlaşmaq məqsədi ilə tutulan oruc. Bu gündə oruc tutmağı nəhy (qadağan) edən rəvayətlər birinci qismə dəlalət edir, bu günün orucunun müstəhəb olmasını göstərən rəvayətlər isə ikinci qisimdəndir.

2. Ehtimal verilir ki, bu gündə orucun caiz olmasına dəlalət edən rəvayətlər nəsx edilib qüvvədən salınmışdır. Bu ehtimal bəzi rəvayətlər tərəfindən dəstəklənir və orda deyilir ki, “Aşura gününün orucu əvvəlcə vacib olmuş, sonra isə tərk edilmişdir.” Misal üçün, hicrətin birinci ilində Aşura günü oruc tutmaq vacib olmuş, amma ikinci ilində Ramazan ayının gəldiyi vaxt nəsx olub qüvvədən salınmışdır.[11]

3. Bu gündə orucun caiz olmasına dəlalət edən rəvayətlər İmam (əleyhis-salam)-ın təqiyyə şəraitində olması ilə izah edilir.

4. Mərhum Əbul-fəzl Tehraninin “Şifaus-südur” kitabında verdiyi ehtimal: “Bu gündə oruc tutmağın caiz olduğunu göstərən rəvayətlər natamam imsaka (niyyət etmədən yeyib-içməkdən çəkinməyə), oruc tutmağı nəhy edən rəvayətlər isə (tam) oruc imsakına (oruc niyyəti ilə yeyib-içməkdən çəkinməyə) yozulmalıdır. Nəticədə məsələnin hökmü belə olur: Aşura gününün orucu küfr, haram və məkuhluq arasında cərəyan edir. Əhli-beyt məzhəbi və Ali-Məhəmmədin fiqhində onun müstəhəb olmasına heç bir ehtimal verilmir.”[12]

Bu ibarələrin izahında deyilmişdir ki, əgər bu gündə oruc tutmaq xüsusi ünvanla olsa, bidət və haramdır; əgər təbərrük ünvanı ilə olsa, küfr və dindən xaric olmaqdır; əgər “mütləq fəzilət” ünvanı ilə tutulsa, zahirdə Bəni-Üməyyəyə oxşadıldığına görə, qəti olaraq məkruhdur və az savaba malikdir.[13]

Buna görə də müasir fəqihlər (Allah onlardan razı olsun!) Aşura günündə oruc tutmağın məkruh olduğuna dair fətva vermişlər. Bəziləri buyurmuşlar ki, müstəhəbdir ki, Aşura günü insan oruc tutmaq niyyəti etmədən axşam çağına qədər yeyib-içməkdən çəkinsin.[14]



[1] “Əl-istibsar”, 2-ci cild, səh. 134; “Təhzibul-əhkam”, 4-cü cild, səh. 300, “Camiul-əhadis” CD proqramı

[2] “Əl-istibsar”, 2-ci cild, səh. 134

عَلِیُّ بْنُ الْحَسَنِ بْنِ فَضَّالٍ عَنْ هَارُونَ بْنِ مُسْلِمٍ عَنْ مَسْعَدَةَ بْنِ صَدَقَةَ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع عَنْ أَبِیهِ أَنَّ عَلِیّاً ع قَالَ: "صُومُوا الْعَاشُورَاءَ التَّاسِعَ وَ الْعَاشِرَ فَإِنَّهُ یُکَفِّرُ ذُنُوبَ سَنَةٍ

[3] “Misbahul-munir”, səh. 104; “Sünəni Darəmi”, 2-ci cild, səh. 22; “Sünəni ibni Macə”, 1-ci cild, səh. 552; “Səhihi Buxari”, 3-cü cild, səh. 57; “Nəylul-ovtar”, 4-cü cild, səh. 326; “Səhihi Müslim”, 3-cü cild, səh. 150

[4] Məsələn, “Səhihi Buxari”də təqribən on rəvayət, “Səhihi Müslim”də 30 rəvayət nəql olunmuşdur.

[5] Bax: "Biharul-ənvar", 61-ci cild, səh. 291

[6] “Şifais-südur”, Tehrani, səh. 259; “Vafi”, 7-ci hissə, səh. 14, Şeyx Səduqun “Əmali” və “İləluş-şəraye” kitablarından nəqlən.

[7] Kəraciki, “Ət-təəccüb”, səh. 45, “Kənzul-fəvaid”lə birlikdə çap olunan nüsxə

[8] Aşura günündə oruc tutmağın müstəhəbliyi

[9] “Ət-təhzib”, 4-cü cild, səh. 300; “Əl-istibsar”, 2-ci cild, səh. 134; “Kafi”, 4-cü cild, səh. 145; “Camiu əhadisiş-şiə”, 9-cu cild, səh. 477

[10] Şeyx Tusi, “Təhzibul-əhkam”, 4-cü cild, səh. 301

[11] “Kafi”, 4-cü cild, səh. 146

[12] “Şifaus-südur”, səh. 382

[13] Həsən Səqəfi Tehrani, “Aşura ziyarətinin şərhi”, səh. 420, “Had” nəşriyyatı, birinci çap, bahar, 1385-ci hicri il

[14] “Tovzihul-məsail” (imam Xomeyninin risaləsinin haşiyəsi), 1-ci cild, səh. 968

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün bəzi məclislərdə imam Hüseyn (əleyhis-salam)-ın məzlumluğu təsvir olunur?
    7338 Dahilərin sirəsi 2012/04/19
    Qeyd olunmalıdır ki, imam Hüseyn (əleyhis-salam)-ın şəhadətindən əvvəl və sonra varid olan müsibətlər öz-özlüyündə o həzrətdən məzlum bir çöhrənin təqdim olunmasına səbəb olur. İmam Hüseyn (əleyhis-salam) barəsində işlənən “məzlum” kəlməsinin təhlilindən belə nəticə alırıq ki, o həzrət üçün təsvir olunan məzlumiyyət “zəif və zülmü qəbul edən bir ...
  • Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
    12291 Təfsir 2012/02/15
    Lüğət kitabları, rəvayətlər təfsirçilərin kəlamlsrında "səməd" kəlməsi üçün, çoxlu mənalar qeyd olubdur. Ona görə də bu qısa məqalədə bir neçə nümunə hər üç dəstədən (lüğət, rəvayət və təfsir) açıqlayır.A). Rağib müfrədatda deyir: Səməd ağa və böyük ...
  • Əgər bir kəsə həcc vacib olarsa və getmək zamanı olduqda xəstədir. Bu həcci ümrəyə çevirmək və bir neçə nəfərlə getmək olarmı?
    5537 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hər bir aqil və həddi bulluğa çatmış şəxsə həccin vacib olması üçün müstəti[1] olmalıdır. Bu şərt ödənildikdə həcconun üçün vacib olur. Yəni, həccin başlanğıc şərtləri ödənilməlidir ki, həcc vacib olsun. [2] Məsələn: Əgər həccə getmək üçün növbəyə yazılma imkanı vardırsa, ilk ...
  • Hər bir insanın ekizinin (həmyaşıdının) olması düzgündürmü?
    6838 Hədis elmləri 2012/01/08
    İnsanların ekizinin olması barədə bir neçə rəvayət vardır.Rəvayətlərdə gəlibdir ki, Allah- Taala İblisə buyurdu: Oxşarını sənə vermədən heç bir adama övlad vermərəm. Hər bir adamın Şeytani oxşarı vardır.[1]Başqa bir rəvayətdə gəlibdir ki, Peyğəmbər (s) ...
  • Rizq (ruzi) barəsində nə kimi rəvayətlər vardır? Halal ruzini hansı yollarla əldə etmək olar? Ruzinin artması üçün hansı dualar vardır?
    18578 Əməli əxlaq 2012/04/09
    Ruzini maddi nümunələrdə həsr edən adi camaatın təsəvvürünün əksinə olaraq, rəvayətlərdə ruzi kəlməsi geniş mənalara malikdir və Allahın verdiyi bütün nemətlərə şamildir – istər maddi nemətlər olsun, istərsə də mənəvi. Bununla belə, maddi ruzilər barəsində də bir çox rəvayətlər vardır ki, ətraflı cavabda onların bir neçəsi qeyd ...
  • İmam camaat namazın rükətlərinin sayında səhv edərlən, məmumların vəzifəsi nədir?
    6827 Nizamlar hüquq və əhkam 2011/05/05
    Əgər imam camaat namazın rükətlərinin sayında şəkk etsə, ya namazı səhv qılsa və məmun namazın rükətlərinin sayında yəqini olsa, bunu imam camaata anlada və onu rükətlərin sayı və vəzifəsindən xəbərdar edə bilər.[1] Amma bu xəbərdarlıq elə formada olmalıdır ki, namazın batil olmasına səbəb olmamalıdır. Məsələn, əllə işarə, Allahu ...
  • Имам Заманла (әҹ) әлагә вә рабитә јаратмаг олармы?
    7530 Nizamlar hüquq və əhkam 2010/11/22
    Үмумијјәтлә, бир-бирини танымајан ики нәфәр арасында әлагә вә рабитә өз-өзлүјүндә мүмкүн дејилдир. Әксинә, ики тәрәфдән һәр биринин гаршы тәрәфә елми вә билији олдуғундан сонра бир-биринә әлагә вә мәһәббәт јарандыгдан сонра бу бағлылығын гурулмасы мүмкүндүр. Јәни, ики тәрәфин бир-биринә гаршы олан мәһәббәт вә еһтирамы ...
  • Əli (ə) hansı xütbədə, özündən qabaq üç xəlifənin xilafətə (xəlifəliyə) yetişməsi keyfiyyətini izah edir?
    9809 Hədis elmləri 2012/01/09
    Əli (ə) Nəhcül- bəlağənin üçüncü xütbəsində özündən qabaq üç xəlifənin xilafətə yetişməsi keyfiyyəti barədə söz açır və o həzrətin (ə) (xütbənin sonunda) buyurduqlarından istifadə etməklə bu xütbə, "şiqşiqiyyə" adı ilə tanınıbdır.Şiqşiqiyyə xütbəsi, xilafət barəsində imam Əlinin (ə) şikayətlərinə, onun (xilafətin) əldən getməsi qarşılğında İmamın (ə) səbrinə və sonda camaatın ...
  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    6394 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • Qadınların məscidlərdə iştirak etməsi barəsində İslamın nəzəri nədir?
    7703 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/18
    Birinci rəvayətdə məqsəd budur ki, məscid namaz qılmaq və sair ibadətlər üçün ən yaxşı yer olsa da, qadınlar üçün ən yaxşı məscid onların evidir. Çünki belə olan halda naməhrəmlərlə qaynayıb-qarışmazlar. Bu rəvayət qadınların məscidlərdə iştirakını haram hesab etmir. İkinci rəvayətdə buyurulur ki, onlar məsciddə iştirak etmək istədikləri zaman mane olmayın. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164487 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119919 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113999 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111208 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94274 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54940 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54761 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45958 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...