Ətraflı axtarış
Baxanların
9437
İnternetə qoyma tarixi: 2011/04/13
Sualın xülasəsi
Nə üçün məsum imamlardan az bir miqdarda kitablar bizim əlimizə çatmışdır?
Sual
Nə üçün məsum imamlardan az bir miqdarda kitablar əlimizə çatmışdır, o halda ki, misal üçün İmam Sadiq (ə)- ın 4 mindən çox şagirdi olmuşdur və böyük alimlərdən hesab olunurdu?
Qısa cavab

Mümkündür illət bu olsun ki, məsum imamlar (ə) özləri, dəqiq olaraq və ətraflı şəkildə kitab təlif etməmişdirlər. bunun üçün də daha çox lazımlı olan, məqsədə çatmaq üçün ən çox şagird hazırlamağa çalışırdılar.

Əlbəttə bu cür də demək olmaz ki, imamların heç bir təlifi olmamışdır, bəlkə rəvayət mənbələrində onlarla fərqli kitablar, təlif, imla və açıqlama kimi təliflər məsum imamların əshabları tərəfindən toplanmışdır. Baxmayaraq ki, tamamıyla bütün bunların sənədlərini qəbul etmək olmur; çünki bir çox hadisələr nəticəsində misal üçün zalım hakimlərin onlara və sahiblərinə mane olması və yaxud təbii fəlakətlər sel, zəlzələ və yaxud tayfalar və qəbilələr arasında olan problemlər kimi hadisələr, bu cür kitabların məhv olunmasında daha çox rol oynayır, bu hadisələrdə kitabların çox bir hissəsi məhv olunmuşdur və bizim əlimizə çatmamışdır.

Ətreaflı cavab

Təşəkkür edirik ki, öz dini suallarınızı bizimlə paylaşırsinız.

Sualınız haqqında bir neçə nöqtəyə diqqət yetirmək lazımdır:

1.             Mühüm olan illətlərdən biri budur ki, məsum imamlar özləri, dəqiq olaraq və ətraflı şəkildə təlif etmişlər, amma daha lazımlı olan işləri həyata keçirmək, tələbə yetişdirmək və şiə məktəbini cihad yoluyla[1] qorumaq kimi məsələlərdə öz fəaliyyətlərini həyata keçirmişdirlər.

Bu məsələnin açıqlaması bundan ibarətdir ki:

A.            İmamət, Peyğəmbərliyin davamçısı deməkdir, imamın olmasının fəlsəfəsi də Peyğəmbərliyin olmasıdır. Quran və rəvayətdə Peyğəmbərlərin gəlməsinin əsl hədəfi, insanların hidayəti və onlara mənəvi həyat bağışlaması kimi açıqlanmışdır.

Qurani- kərim buyurur: "Ey o şəxslər ki, iman gətirmisiniz, Allah və onun rəsulu sizi o şeylərə dəvət edirlər ki, sizə həyat bağışlayır, onların dəvətlərini qəbul edin."[2]

Başqa bir yerdə buyurur: "Allah o kəsdir ki, kitabsız (oxumağı və yazmağı bilməyən) insanlara, öz aralarından olan bir Peyğəmbər göndərdi ki, onun ayələrini onlar üçün oxusun və onları paklaşdırsın, onlara kitab və hikmət öyrətsin."[3]

Əmirəl möminin imam Əli (ə) buyurur: "Allah Peyğəmbərləri göndərdi ki, insanların gövhər ağlını kamilləşdirsin."[4]

B.            Bir sıra insanları İlahi hökümlərin istinbatı (əldə etməsi) üçün və fiqh kitablarının təlifinə əl vurmaq və... kimi işlər üçün hazırlamaq və bundan əlavə Peyğəmbərlərin göndərilməsinin əsl hədəfi və imamətin dünyada olmasının fəlsəfəsini bildirir. Bəs bunlar İlahi maarifinin yayılmasında və intişarında daha yaxşı yol açır.[5]

Əlbəttə ki, bunların çox bərəkəti də vardır. İmam Xumeyni (rəh) təqlid və ictihad risaləsində bu sualın cavabında (nə üçün məsum imamlar xüsusiylədə İmam Sadiq (ə) siyasi şəraitdə olduğu bir zamanda və bəni Üməyyə hökumətinin bəni Abbas hakimiyyətinə devrildiyi bir vaxtda, dərs təlim və tərbiyə üçün daha yaxşı bir fürsət idi. Şiələrin bütün şəri hökümlərinə cavab vermək üçün bir risalə yazmamışdır ki: Bu gün bizim ictihad etməyimizə ehtiyac duyulmazdı və hökümləri əldə etmək üçün rəvayətlərə müraciət etmək ki, ən çox sual- cavab şəklindədir, çox yerlərdə də onların arasında anlaşılmazlıq vardır- lazım olmazdı, buyurur: Əgər İmamlar (ə) bir şəriət hökümləri risaləsi yazsaydılar, ictihada ehtiyac duyulmaz və heç bir kəs elm və ictihad yolunda səfərbər olmaz və şiə məktəbi yaranmazdı. Əlbəttə bu günlərdə dini mədrəsələrin olması dəyərincə qarşılanır və çoxlu səmərələr vermişdir. Məsum İmamların da istəyi bu mədrəsələrin yaranması idi qeybə t dövründə din qorunub, saxlansın.

Bu dini mədrəsələrin təşkil olunması nəticəsində böyük alimlər yetişdirildi ki, bir tərəfdən dini maarifləndirmədə hədis, rical, təfsir, tarix, etiqad, hikmət, irfan, əxlaq, fiqh və usul kimi elmlər məsum imamlardan öyrənilib hifz olunaraq saxlanılmışdır. Başqa bir tərəfdən isə, bir çox müstəlif məktəblərin və məzhəblərin maarifləşdirilməsi qarşısında durub, şiə cəmiyyətini öz mədəniyyətindən uzaq düşməsinin qarşısını almışdırlar.[6]

C.            Bütün təhsil sistemlərində, əsl əyani şəkildə tədris olunmasıdır baxmayaraq ki, indiki dövürdə qiyabi oxumaq gözlənilməz şəkildə üstünlük təşkil etmişdir, amma heç bir zaman əyani təhsilin yerini tuta bilməz.

D.             Məsum imamların (ə) vasitəsiylə kitab təlifləri, ətraflı olaraq və yaxud ictimai və siyasi şəraitə diqqət yetirdikdə, xoşa gəlməz nəticələrlə qarşılanırdı. İmamların (ə) zamanında müxalif şəxslər və hakim olan siyasətlər bunun qarşısını alırdı. Bütün rəsmi qüvvələr bu kitabların məhv olması üçün və yaxud onun təhrif olması üçün əllərindən gələni əsirgəmirdilər. Əlbəttə ki, bunun daha da qorxulu bir halda nəticə alması məlumdur.

Amma məsum İmamlar (ə) məktəbin cavidan və əbədi qalması üçün öz səhabələrinə göstəriş verirdilər ki, kitab təlif etsinlər və bu yolla şiə məktəbinin qorunub saxlanılmasında müvəffəq oldular; çünki birincisi: Müxaliflər və siyasi hakimlərin məsum imamlara nisbət olan həssasiyyətləri onların əshablarına qarşı olan həddə deyildi. İkincisi: Əgər səhabənin yazdığı kitablarda təhrif olsaydı, az bir təsriri olardı.[7]

Məsum İmamların (ə) təlim verdikləri yolla, başa düşmək olardı ki, səhabənin dediyi rəvayətlərdə, mümkündür ki, onu başa düşməmişdirlər və yaxud düzgün rəvayət etməmişdirlər. bunun üçün də şiə mənbələrinin çox bir hissəsini məsumların hədisləri təşkil edir ki, şifahi olaraq səhabə üçün demişdirlər. Onlar da bu hədisləri yazmışdırlar.

2.             Bu dediklərimiz, o demək deyildir ki, məsum İmamların heç bir təlifi olmamışdır, bəlkə rəvayət mənbələrində onlarla kitab və təlif məsum imamlardan (ə) qeyd olunmuşdur.[8] Bunlar neçə növdür:

A: Bunlardan bəziləri əvvəlki imamın vasitəsiylə yazılmış və sonrakı imama miras olaraq çatmışdır, beləliklə bir imamdan o biri imama çatmışdır ki, on ikinci imam həzrət Məhdiyə (ə) çatmışdır.

B: Bunlardan bəziləri imam tərəfindən imla etmiş və şagirdlər vasitəsiylə yazılmışdır.

C: Bəziləri imamların xəttiylə, məxsus şəxslərin hidayəti üçün və yaxud bir dəstənin istəyi və ya ümumi olaraq yazılmışdır.

D: Məsum İmamlara (ə) nisbət verilən bəzi kitablar və onlara nisbət verilən rəvayətlər başqaları tərəfindən yazılmış və bir və yaxud bir neçə cilddə toplanmışdır.

İndi isə bir neçə kitab ki, işarə etdiyimiz mərhələlərdən biri olaraq imamlara nisbət verilmişdir, onlardan bir neçəsinə işarə edirik:

1-               "Əl- camiə" Bir kitabdır ki, halal- haram mövzusunda yazılmışdır ki, Peyğəmbər (s) imla etmiş və həzrət Əli (ə)- ın xəttiylə yazılmışdır,

2-                "Əl- cifr" onda qeyd olunanlar kainatda baş verən hadisələrdir və imam Əli (ə) onu keçi və qoyun dərisinə yazmışdır. Ona görə ki, keçi dərisinə (yəni cifr) yazılımışdır, onu "cifr"[9] adlandırmışdırlar.[10]

3-               "Kitab- Əli (ə)" bu kitab haqqında yazırlar: Bu kitab Peyğəmbərin (s) imlası və imam Əli (ə)- ın xəttiylə yazılmışdır. Bu kitab halal və haram məsələlərinə şamildir. Bu əvvəlki imamdan sonrakı imama miras olaraq çatmış və bütün imamlar onu görmüşdür. Bəziləri deyir: Bu həmin Əl- camiə kitabıdır.[11]

4-               "Mushəfe- Fatimə" (ə) bəziləri yazırlar ki, bu kitab, Peyğəmbərin (s) imlası və İmam Əli (ə)- ın xəttiylə yazılmışdır.[12]

Bəziləri deyir: Peyğəmbərin (s) vəfatından sonra, Allah- Taala bir mələk göndərdi ki, həzrət Zəhranın (s) qəm- qüssəsini azaltsın. O bu böyük şəxsiyyətlə söhbət etdi, və bu söhbətlərdən bu kitab hasil olmuşdur ki, həzrət Zəhranın (s) imlası və İmam Əli (ə)- ın xəttiylə yazılmışdır.[13]

5. Əl- adab kitabı.

6. Əl- fəraiz kitabı.

7. Cəm- əl- Quran və yaxud Cəm- əl Quran əla tərtibun- nuzul.

8. Kitabu- Əli fihi sittinə min ənvai ulumul- Quran; İmam Əli (ə)

9. Kitabu fi zəkatul- cənəm, İmam Əli (ə)

10. Kitabu fi Əbvabil- fiqh, İmam Əli (ə).

11. Kitabu axər fil- fiqh, İmam Əli (ə)

12. Əhdnameye Maliki Əştər, İmam Əli (ə).

13. Məhəmməd ibni Hənəfiyyəyə vəsiyyəti. İmam Əli (ə).

14. İmam Əlinin (ə) qəzavətləri (o həzrətin qəzavətləri toplanmışdır).

15. Musnəd İmam Əli (ə) bu kitabı Nisayi, imam Əli (ə)- ın rəvayətlərindən toplamışdır.

16. Nəhcül- bəlağə, Seyyid Rəzi onu imam Əli (ə)- ın sözlərindən toplamışdır.

17. Cənnətul- əsma. İmam Əli (ə).

18. Ğürərül- hikəm və Dürərul- kəlam. Əbdül- vahid Adudi həzrətin kəlamlarından toplamışdır.

19. Əlinin (ə) müəmmaları kitabı.

20. Əl- əsalul- İmam Əli ibni Əbu Talib.[14]

21. Əl- Səhifətul- kamilə fil- ədiyyə; dördüncü İmamdan.

22. Əl- Səhifətu əl- saniyətul- Səccadiyyə; Şeyx Hürr Amuli tərəfindən toplanmışdır.

23. Əl- Səhifətu Əl- salisətul- Səccadiyyə; Mirza Abdullah İsfəhani, Əfəndi ləqəbiylə tanınmış, Riyazul üləma kitabının müəllifi tərəfindən toplanmışdır.

24. Əl- səhifətu əl- rabitəul- Səccadiyyə; Mirza Hüseyn Nuri tərəfindən toplanmışdır.

25. Əl- səhifətu əl- xamisətul- Səccadiyyə; Seyyid Möhsin Əmini, Əyanuş- şiə kitabının sahibi tərəfindən toplanmışdır.

26. Hüquq risaləsi; İmam Səccad (ə)[15]

27. Əl- təfsir kitabı; İmam Baqir (ə)

28. İmam Baqir (ə)- ın Sədul- xeyrə yazdığı risalə.

29. Əl- hidayə kitabı; İmam Baqir (ə)[16]

30. Cəfəri Əbyəz, İmam Sadiq (ə) buyurur: "Mənim yanımda Cəfəri- əbyəz vardır ki, onun mətləbləri: Davudun Zəburu, Musanın Tövratı, İsanın ,İncili, İbrahimin Suhufu, halal və haram və mushəfi Fatimədən ibarətdir. Mushəfi Fatimə Quran deyil, amma insanların ehtiyacı olan hər bir höküm onda vardır."[17] Başqa bir rəvayətdə gəlmişdir ki, Fatimənin (s) müshəfində kainatın xəbərləri yazılmışdır, nəinki halal və haram, o cür ki, Müshəfi Fatimə kitabında açıqlandı.

30. Altıncı İmamın Nəccaşiyə (Əhvasın valisi) yazdığı risalə ki, Abdullah ibni Nəccaşinin risaləsi kimi tanınmışdır.

31. Tövhidi Müfəzzəl; İmam Sadiq (ə) Allahı tanımaq mövzusunda, imla etmiş və müfəzzəl ibni Ömər onu inşa etmişdir.

32. Əl- həliləcə kitabı; İmam Sadiq (ə)

33. Misbahuş- şəriət və məfatihul- həqiqət kitabı: İmam Sadiq (ə)- a nisbət verilmişdir.

34. Nəsrul- durər, İmam Sadiq (ə)- a nisbət verilmişdir.

35. Hişam ibni həkəmə vəsiyyət və ağılın xüsusiyyətləri; yeddinci imam (ə)- dan.[18]

36. İləlul- əhamul- şəriət; İmam Rza (ə)- ın Məhəmməd ibni Sinanın məsələlərinə cavabı.[19]

37. Əl- iləlu fəzl ibni Şazan; İmam Rza (ə)- dan eşitmiş və yazmışdır.

38. Zəhəbiyyə risaləsi; səkkizinci İmamdan tibb mövzusunda yazılmışdır.

39. Fiqhur- Rza (ə).

40. Səhifətul- Rza və yaxud Müsnədul Rza; səkkizinci İmam.[20]

41. Uyunil- əxbar; Şeyx Səduq səkkizinci İmamın rəvayətlərindən toplanmışdır.[21]

42. Cəbr və təfviz risaləsi; İmam Hadi (ə).

43. Əcvəbə; Yəhya ibni Əksəmin suallarına cavablar; İmam Hadi (ə).

44. Qitətun min əhkamul- din, İmam Hadi (ə).

45. Təfsir; İmam Həsən Əsgəri (ə)- a nisbət verilmişdir.

46. Məvaizi Qisar; İmam həsən Əsgəri (ə).

47. Mənqəbət risaləsi; İmam həsən Əsgəri (ə).

48. Məkatibatul- Rical; İmam həsən Əsgəri (ə) [22]

3. Bu nöqtəyə də işarə etmək lazımdır ki, dəqiq olaraq bu təliflərin sənədlərini qəbul etmək olmaz, çünki bizim zamanla məsumların dövrünü nəzərə alaraq və bundan əlavə bu xəbərlərin bizə çatmasının məhdudiyyət daxilində olması ki, dövrün siyasi hakimləri rəvayət və digər şəriət hökümlərinin yazılmasına mane olurdular,[23] və yaxud İmamlara və onların əshablarına həsr olunmuş o problemlər ki, onlar üçün yaradırdılar, evlərini yandırıb uçurtmaq kimi və yaxud təbii fəlakətlər zəlzələ kimi[24] və yaxud qəbilələr və tayfalar arasında olan mübahisələr[25] kimi məsələlər bu cür çoxlu kitabların məhv olmasına səbəb olmuşdur ki, bizim əlimizə çatmamışdır.

 



[1] - Məlumdur ki, tarixdə bu cür yolu davam etmək xüsusiylə də imamların cəmiyyətdə olmadığı bir dövrdə, şiə məktəbi və dinin payidar olmasına səbəb olur.

[2] - Ənfal surəsi, ayə 2.

[3] - Cümə surəsi, ayə 2.

[4] - Nəhcül- bəlağə, xütbə 1.

[5] - Bu şəxslər diri maarif və söz sahibi kimi əməl edirdilər və müxalif cəmiyyətlər arasında öz söz və əməlləriylə maarifin inkişaf və təbliği üçün ən yaxşı ünsur hesab olunurdular.

[6] - Bax: Hadəvi Tehrani, Məhdi, Tarixe elme usul, səh 74- 76.

[7] - Məlum olduğu kimi təhrif olunmuş mətnlərini məsum İmamlara nisbət verilməsi ki, İmam özü onu yazmışdır, və o mətnlər ki İmamların şagirdlərindən biri yazmışdır, bərabər deyil.

[8] - Bax: Sual- cavab CD- nə: İslam təbliğatı dəftərxanasının suallara cavabı bölümü; xahiş edirik bizim İmamlarımızın kitablarının adını deyin, hansı kitab, hansı imam (ə) ındır? Açıqlayın.

[9] - Cifr bir elmdir ki, onun vasitəsiylə dünyada baş verən hadisələr onunla əldə olunur. Bu elm Əmirəl- möminin Əli (ə) və digər İmamların (ə) ixtiyarında olmuşdur, Qərb alimləri onun Əhli- beytə nisbət verildiyini bildirirlər. Əllamə Dehxoda deyir: "Kəşşafe istilahatil- funun kitabında gəlmişdir: Camiə və Cifr elmi iki mövzudadır ki, Əmirəl möminin (ə) onu əlifba çərçivəsində və iki kitabda yazmışdır: Dünyadakı hadisələri onun sonunadək gətirmişdir. Şübhəsiz ki, məsum İmamlar (ə) o həzrətdən sonra bu elmdən məlumatları olmuş və gələcəkdə baş verən hadisələri bunlardan əldə etmişdirlər. İmam Rza (ə) Məmunun cavabında vəliyi əhdliyi qəbul etməsi üçün buyurur: Mən sənin bu təklifini ki, səndən sonra sənin xəlifən və canişin olmağı qəbul edirəm, amma bu iş həyata keçməyəcəkdir; yəni mən ondan əvvəl dünyadan köçəcəyəm. Seyyid bu qabaqgörməkliyin sənədini Cifr və Came elminə nisbət verir. (Dehxoda lüğətnaməsi, cild 5, səh 6852. İmam Sadiq (ə) buyurur:

«   ان عندنا الجفر الاحمر و الابیض و مصحف فاطمه(س) و عندنا الجامعه فیها جمیع ما تحتاج الناس الیه...»

(Biharul- ənvar, cild 26, səh 18, İrşad Şeyx Mofid, səh 257, Təbərsi, Ehtiyac, cild 2, səh 132.)

Amma bu elmin nə qədər doğru olması haqqında təbiidir ki, onun əsl mənbəyi məsum İmamların ixtiyarında olduğu üçün şübhələrdən və səhvlərdən amandadır. Amma bu məhdudiyyətdən kənar olub tədris olunarsa- hesab edək ki, mümkün olarsa- başqa elmlər kimi onun üçün də şübhələr yaranacaqdır.

Bu elmin mənbələrini bir növ rəvayətlərlə (insan öz nəfsinə çətinlik vermək) bilmək olar. Əlbəttə bunun sorağına getməyi sizlərə tövsiyə etmirik. Amma aşağıdakı mənbələrdə bu mətləbləri əldə edə bilərsiniz:

1. Nəfaisul- funun, Şəmsəddin Amuli.

2. Sərmayeye suxənvəran, cild 1, Müqəddəm.

3. Qolzare Əkbəri, Nəhavəndi.

4. Ənva və əşkale şenaxt, Ali İshaq.

[10] - Həsən ibni Fərrux Bəsairud- dərəcat, səh 157- 159; Seyyid Murtəza Əsgəri, Məalimul mədrəsəteyn, cild 2, səh 223.

[11] - Məhəmməd ibni Xalid Bərqi, Əl- məhasin, səh 193.

[12] - Həsən Fərrux, həmin, səh 157- 158.

[13] - Həmin, səh 153, Kafi Kuleyni, cild 1, səh 24.

[14] - Seyyid Möhsin Əmin, Əyanu əl- şiə, cild 2, səh 332- 33.

[15] - Həmin, səh 457- 476.

[16] - Həmin, səh 476- 518.

[17] - Kafi, cild 1, səh 240.

[18] - Seyyid Möhsin Əmin, həmin, səh 517- 521.

[19] - Həmin, səh 539.

[20] - Həmin, səh 566- 568 və Həsən Fərrux, həmin, səh 157- 158.

[21] - Seyyid Möhsin Əmin, həmin, səh 584; Həsən Fərrux, həmin, səh 153;

afi, Kuleyni, cild 1, səh 24.

[22] - Həmin, səh 588.

[23] - Bax: Hadəvi Tehrani, Məhdi, Təəmulat dər elme usule fiqh, kitabe əvvəl dəftəre şeşşom, səh 94- 101.

[24] - İbni əbu Ümeyrin kitablarının məhv olduğu kimi; Came əl- rəvayəti Ərdəbili, cild 2, səh 51.

[25] - Şeyx Tusinin kitabxanasının yandırıldığı kimi; Müqəddimeye ricale Şeyx Tusi, səh 17.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...