Please Wait
16150
Allah- Taala hər bir işin baş tutması üçün müəyyən səbəblər təyin etmişdir. Buna görə də hər bir işin nəticəsinin özünə aid amili vardır. Gözəl ailə və həyat yoldaşı tapmaq üçün ümdə səbəb də insanın arayıb və onun barəsində etdiyi sorağlardır. Əlbəttə bu yolda səhvə yol verməmək üçün gərək Allaha təvəkkül etmək və ondan kömək diləmək lazımdır. Əgər belə olmasa mümkündür öz seçiminizdə cidi səhvlərə yol verərik.
Məsumlarımızdan bu xeyir iş üçün bizə gəlib çatan duaların hamısının ümdə şərti insanın öz çalışması ilə bərabər olmasıdır. Bu barədə möminlərin əmiri olan İmam Əlidən (ə) belə bir göstəriş bizə çatmışdır. O da bundan ibarətdir: "Sizlərdən hər biriniz ailə qurmaq istəyərsə, gərək iki rəkət namaz qılsın, hər rəkətdə fatihə surəsindən sonra yasin surəsini oxusun. Namaz bitdikdən sonra Allaha həmd səna edərək belə dua etsin":
İlahi sonsuz olmayan, şükr edən və mehriban bir xanımı mənə əta et. Elə insan olsun ki, ona yaxşılıq etdikdə şükr etsin. Əgər pislik etsəm məni bağışlasın, səni yada salmaqda ənə kömək etsin. Əgər səni yaddan çıxarsam, məni qəflətdən oyastın, onu tərk edən zaman (səfərə gedən vaxt) mənim malımı və namusumu qorusun, ona tərəf qayıdan zaman (səfərdən dönərkən) məni xoşhal etsin, ona bir şey tapşırsam minnətsiz yerinə yetirsin, əgər ona qəzəblənsəm məni razı salsın. Ey mənim kəramətli sahibim! Brlə bir qadını mənə əta et! Mənim səndən istədiklərim mənə çatmaz, məgər sən mənə minnət qoyub mənə əta edəsən".
Allah- Taala dünyada hər bir şeyi İlahi hikmətə əsaslanandıraraq onların baş tutması üçün müəyyən amillər təyin etmişdir. Bütün alınan nəticələrin sonda bir amili olduğu qaçılmazdır.
Ailə qurmaq məsələsi Allah tərəfindən ən mühüm sayılan məsələlərdən biridir. Bu səbəbdən də Qurani kərimdə[1] və məsumların (ə) kəlamlarında gözəl həyat yoldaşının xüsusiyyətləri qeyd olunmuşdur. Bundan əlavə insan özü də gərək bu yolda çalışsın və Allaha təvəkkül edərək hər cəhətdən özünə münasib həyat yoldaşı tapsın. Gözəl həyat yoldaşı tapmağın bir neçə yolunu qeyd edirik.
Birincisi: Ən mühüm meyar onun təqvalı olmasıdır. Yəni xoşbəxtçiliyin ilk amili təqvadır.
İkincisi: Qadının təqvası və sair barəsində konkret olaraq axtarışaarmaq lazımdır. Bu axtarışın da mümkündür müxtəlif yolları olsun. Biz burada axtarışın münasib yollarını qeyd edirik. İlkin surətdə onun özü ilə söhbət etmək, ailəsinin keçməsi ilə maraqlanmaq, onun dostları barəsində axtarış aparmaq. Bütün axtarışlar onun qonşularının, iş yoldaşlarının və qohumlarının vasitəsi ilə olmalıdır. Əlbəttə bu yolda müvəffəq olmaq üçün Allaha dua etmək və ondan kömək diləmək lazımdır. Əgər belə olmazsa mümkündür insan öz istəyinə yetişməsin. Bu səbəbdən də ilkin surətdə Allaha təvəkkül edərək düzgün yollarla gələcək həyat yoldaşını seçmək lazımdır. Əgər belə olarsa təbii ki, İlahi mərhəmətlə düzgün nəticə ala biləcək. Allahdan kömək istəmək elə bu mənanı daşıyır. İslam dini heç vaxt razı deyil ki, hər bir yolda olan və xüsusən ailə qurmaq istəyən şəxs heç bir səy göstərmədən yalnız dua oxumaqla öz istəklərinə nail olsun. Yəni dua oxumaqla kifayətlənsin və oturub istədiyi həyat yoldaşını gözləsin. Belə dua heç vaxt qəbul olmayacaqdır. Əksinə bu duanın qəbulu və həqiqətə çevrilməsi bizim düzgün çalışmalarımızdan asılıdır. Biz gərək hər bir işin həyata keçməsi üçün onun lazım olan şəraitini Allaha təvəkkül etməklə tapaq və dua edək. Bu halda duanın qəbul olması həqiqətə uyğun gələ bilər.
İmamlarımızdan bu barədə bizə yetişən duaların hamısının ümdə şərti budur ki, insan dua oxumaqla yanaşı gərək öz səyini əsirgəməsin. Bu barədə sifariş olunan dualardan biri də İmam Əlinin (ə) duasıdır. İmam buyurmuşdur:
«اللَّهُمَّ ارْزُقْنِی زَوْجَةً وَدُوداً وَلُوداً شَکُوراً غَیُوراً إِنْ أَحْسَنْتُ شَکَرَتْ وَ إِنْ أَسَأْتُ غَفَرَتْ وَ إِنْ ذَکَرْتُ اللَّهَ تَعَالَى أَعَانَتْ وَ إِنْ نَسِیتُ ذَکَّرَتْ وَ إِنْ خَرَجْتُ مِنْ عِنْدِهَا حَفِظَتْ وَ إِنْ دَخَلْتُ عَلَیْهَا سُرَّتْ وَ إِنْ أَمَرْتُهَا أَطَاعَتْنِی وَ إِنْ أَقْسَمْتُ عَلَیْهَا أَبَرَّتْ قَسَمِی وَ إِنْ غَضِبْتُ عَلَیْهَا أَرْضَتْنِی یَا ذَا الْجَلَالِ وَ الْإِکْرَامِ هَبْ لِی ذَلِکَ فَإِنَّمَا أَسْأَلُکَه و لا آخِذ اِلاّ ما مَنَنْتَ و اَعْطَیْتَ»
"Hər kəs ailə qurmaq istəsə bu əməli yerinə yetirsin. İki rəkət namaz qılsın, hər iki rəkətdə fatihə surəsindən sonra mübarək yasin surəsini oxusun. Namaz bitdikdən sonra Allaha həmd səna edərək buyursun: "İlahi sonsuz olmayan və sənin nemətlərinə şükr edən bir qadını mənə əta et.[2] O, elə insan olsun ki, ona yaxşılıq etdikdə şükr etsin və ona pislik edəndə məni bağışlasın. Səni yada salmaqda mənə yardımçı olsun. Əgər qafil olsam məni qəflətdən oyatsın. Mən səfərə gedən zaman mənim ismətimi qoruyub saxlasın. Mən səfərdən qayıdan zaman məni xoşhal etsin. Ona bir şey tapşıranda sözsüz yerinə yetirsin. Ona qəzəblənənərsəm məni razı salsın. Ey mənim cəlal və kəramət sahibi olan Allahım! Belə bir həyat yoldaşımı mənə əta et! Mənim bu istədiklərim yalnız sənin mənə əta etməyinlə həyata keçə bilər. Yalnız sən mənə belə bir həyat yoldaşını əta edə bilərsən".
[1] - Nur surəsi, ayə 26, tərhim surəsi, ayə 5.
[2] - Cəfəriyyat, səh 110 (Cameul əhadis proqramından istifadə olunmuşdur) biharul- ənvar, cild 100, səh 269.
«اللَّهُمَّ ارْزُقْنِی زَوْجَةً صَالِحَةً وَدُوداً وَلُوداً شَکُوراً قَنُوعاً غَیُوراً إِنْ أَحْسَنْتُ شَکَرَتْ وَ إِنْ أَسَأْتُ غَفَرَتْ وَ إِنْ ذَکَرْتُ اللَّهَ تَعَالَى أَعَانَتْ وَ إِنْ نَسِیتُ ذَکَّرَتْ وَ إِنْ خَرَجْتُ مِنْ عِنْدِهَا حَفِظَتْ وَ إِنْ دَخَلْتُ عَلَیْهَا سُرَّتْ وَ إِنْ أَمَرْتُهَا أَطَاعَتْنِی وَ إِنْ أَقْسَمْتُ عَلَیْهَا أَبَرَّتْ قَسَمِی وَ إِنْ غَضِبْتُ عَلَیْهَا أَرْضَتْنِی یَا ذَاالْجَلَالِ وَ الْإِکْرَامِ هَبْ لِی ذَلِکَ فَإِنَّمَا أَسْأَلُکَ وَ لَا أَجِدُ إِلَّا مَا قَسَمْتَ لِی.»