Sualın cavabını açıqlamaq üçün bir neçə nöqtəyə işarə edirik:
- Tarixdə bu cür əhanətlər:
Peyğəmbərə (ə) və İslam Peyğəmbərinə (s) əhanət olunması təzə bir məsələ deyil, bəlkə çox keçmiş zamanlarda bu hadisənin olduğunu tarix bizlərə xəbər verir, o cür ki, Qurani kərim bir çox yerlərdə buna işarə edir:
- İstehza və məsğərə kimi əhanət:
"Vay bu cür bəndələrə; onlara hər Peyğəmbər göndərilərsə yalnız ona irad tutdular."[1]
- Töhmət və narəva sözlər kimi əhanət:
Beləliklə o şəxslər ki, onlardan əvvəl yaşayırdılar, hər bir Peyğəmbər onlara göndərildisə dedilər: Sehirbaz və ya məcnundur.[2]
- Peyğəmbərlərə (ə) və həzrət Məhəmməd (s)- ə cadugər, yalançı, düşüncəsiz və bəşərin şagirdi kimiləri nisbət verirdilər.[3]
Əlbətdə Allahın rəsulu həzrət Məhəmməd (ə) və digər Peyğəmbərlərə (ə) əhanət olunması qeyd olunan mövzularda yox, bəlkə başqa mövzularda da əhanət olunmuşdur, misal üçün: Nə üçün Allah bizimlə danışmır? Nə üçün moizə bizim vasitəmizlə həyata keçmir? Nə üçün mələk bizlərə nazil olmur? Nə üçün vəhy bizim rəhbərlərə nazil olmur? Nə üçün Allah mələkləri bizim üçün aşkar etmir? Nə üçün Peyğəmbər (s) başqa insanlar kimi iş və gəlir üçün bazara gedir? Və ...[4]
- Bu cür əhanətlərin fikri və ruhi amillər:
Quran kərim, həzrət Məhəmmədə (s) və Peyğəmbərlərə (ə) əhanətin edilməsini kafirlərə, zalimlərə, Allahı inkar edənlərə və nadanlara[5] nisbət verir, əlbətdə bunu bu gündə müşahidə edirik; yəni əgər qərb cəmiyyətində Peyğəmbərə (s) qarşı olan əhanəti müşahidə edirik.
Bu iş o nəşriyyatlar tərəfindən həyata keçir ki, Sehyonistlər (yəhudilər) tərəfindən maliyələşirlər.
Bu cür əhanətlərin nədən yarandığını, həzrət Məhəmmədin (s), və başqa Peyğəmbərlərin və beləliklə kafirlərin, zalımların və onların rəhbərlərinin həyatına nəzər salmaqla əldə olur.
- Peyğəmbərlər, insanları Allaha, haqqı tanımağa, haqqı axtarıb, ondan pərəstiş etməyə dəvət etdikləri zaman,[6] zalım və kafir hakimlər insanları özlərinə doğru dəvət edirdilər.[7]
- Peyğəmbərlər həmişə ədalətin nəşr olunmasında səy edirdilər,[8] amma zalım və kafir hakimlər isə özlərinə icazə verirdilər ki, insanların haqqını və hüquqlarını əllərindən alsınlar.[9]
- Peyğəmbərlər insaniyyət və dini dəyərlərin nümunəsi və həmişə onların yaşanmasını istəyirdilər,[10] amma zalım və kafir hakimlər isə cəmiyyətdə zülm və fəsadın çoxalmasını nəşr etmişlər.[11]
- Peyğəmbərlər həmişə xeyirxah, həmişə insanların kənarında olub, dərdlərinə şərik olub onlara xidmət edirdilər,[12] amma zalim və kafir hakimlər, insanların geri qalmasını və həmişə özünə xidmət etməyə çalışırlar.[13]
- Peyğəmbərlər (ə) mülayim insanlar olmuş və insanları tək Allahlığa dəvət etmişdirlər, baxmayaraq ki, zalım hakimlər onlarla müxaliflət etmişdir,[14] amma zalım və kafir hakimlər insanlar arasında ixtilaf yaratmış, müxaliflərini isə müxtəlif təbliğat, əhanət, ittiham, təhdid, onları öldürmək və dinləri öz xeyirlərinə təhrif etməklə öz mənafelərini və məqsədlərini irəli sürürlər.[15]
- Qeyd olunmuş mətləblərə diqqət etdikdə demək olar:
Bu gün zalım və kafir hakimlərin hədəfləri aşağıdakılardan ibarətdir:
- İslamla mübarizə, İslam və Peyğəmbərə qarşı olan məhəbbətin qarşısını almaq və səy edirlər ki, başqa millətlər islama qovuşmasın ki, bu yolla onların öz mənafeləri təhlükəyə düşməsin.
Məlum olur ki, baxmayaraq bütün Peyğəmbərlərə iman gətirmək həmin İslamda Peyğəmbər əkrəmə (s) iman gətirməkdir. Amma həzrət rəsulun Peyğəmbərlərin sonuncusu olması xüsusiyyəti ondan ibarətdir ki, kamil və bütün dinləri əhatə edən dinə sahibdir, bir din ki, əsrlər boyu olan toz- torpaq ona qonmamışdır. Heç bir əl ona yol tapmamış və təhrif olmamışdır, baxmayaraq ki, özü cavandır, bundan əlavə keçmiş bütün Peyğəmbər və dinlərə də həyat bağışlayır.
Məlum olur ki, əgər İslam və insaniyyət aləmində hər tərəfli Allah rəsulunun dininə iman və əməl olunsaydı, zülm və əsarət üçün yer qalmazdı.
Bunun üçün də bu günkü zalımlar çalışırlar ki, nuru söndürsünlər, amma tarix göstərir ki, bütün bunlarla belə isanların ən sevimlisi Peyğəmbər (s) əkrəmdir.
"De haqq gəldisə, batil heç bir iş görə bilməz və heç bir işə yaramaz."[16]
"Haqq gəldi, batil gedər, həqiqətən batil aradan getməlidir.[17]
- Məntəqədə insanların və millətlərin fikirlərinin dəyişməsi istər siyasi istərsədə hərbi baxımdan bu bölgələrdə, xüsisiylədə Fələstin camaatının qarşısında çarəsiz qalması və yaxud Lobnanda hizbullahın müqaviməti və düşmənin ləyaqətsiz, gizli siyasətlərini bütün dünyaya gizlətməsi və... bunlar insanların fikrini yayındırıb, öz çirkin sayəsində rahatlıqla davam etmək istəyirlər.
- Dünyada bu fikri insanlarda oyadmaq ki, hər tərəfli İran islam pespublikasıyla qarşı- qarşıya dursunlar.
[1] - Yasin surəsi, ayə 30 " يا حَسْرَةً عَلَى الْعِبادِ ما يَأْتيهِمْ مِنْ رَسُولٍ إِلاَّ كانُوا بِهِ يَسْتَهْزِؤُن"" və yaxud bax: Zuxruf surəsi, ayə 7, Hicr surəsi, ayə 11, Ənbiya surəsi, ayə 36, Furqan surəsi, ayə 41.
[2] - Zariyat surəsi, ayə 52- 53 " كَذلِكَ ما أَتَى الَّذينَ مِنْ قَبْلِهِمْ مِنْ رَسُولٍ إِلاَّ قالُوا ساحِرٌ أَوْ مَجْنُون " və yaxud bax: Qəsəs surəsi, ayə 25, Möminun surəsi, ayə 25, Əraf surəsi, ayə 6- 27, Şüəra surəsi, ayə 39, Zariyat, surəsi, ayə 66, Hicr surəsi, ayə 51, Qələm surəsi, ayə 14, Duxan surəsi, ayə 36, Saffat surəsi, ayə 36, Ənbiya surəsi, ayə 30, Tur surəsi, ayə 48- və 49, İsra surəsi, ayə 47, Haqqə surəsi ayə 40- və 41, Yasin surəsi, ayə 69, və bir çox ayələr.
[3] - Ali imran surəsi, ayə 183, Furqan surəsi, ayə 8.
[4] - Furqan surəsi, ayə 8- 21- 32, Ali imran surəsi, ayə 183, Nisa surəsi, ayə 153, Ənam surəsi, ayə 8- 124, Zuxruf surəsi, ayə 31- 118, Hicr surəsi, ayə 7, Hud surəsi, ayə 12, Rəd surəsi, ayə 21, Ənkəbut surəsi, ayə 50, Şüəra surəsi, ayə 4, Yunus surəsi, ayə 15, Furqan surəsi, ayə 32, Duxan surəsi, ayə 14, İsra surəsi, ayə 90- 93.
[5] - Furqan surəsi, ayə 21- 33, Ənbiya surəsi, ayə 36, Mütəffifin surəsi, ayə 29, Ənam surəsi, ayə 23, İsra surəsi, ayə 47, Loğman surəsi, ayə 23.
[6] - Ali- imran surəsi, ayə 79- 80, Maidə surəsi ayə 116- 117.
[7] - Qəsəs surəsi, ayə 38, Möminun surəsi, ayə 46- 47.
[8] - Hədid surəsi, ayə 25.
[9] - Zuxruf surəsi, ayə 51.
[10] - Əhzab surəsi, ayə 21, Hucurat surəsi, ayə 93, Zumər surəsi, ayə 9, Nisa surəsi, ayə 95, Hədid surəsi ayə 10, mümtəhənə surəsi, ayə 40.
[11] - Nəml surəsi, ayə 36, Bəqərə surəsi ayə 205- 206 və 49, İbrahim surəsi, ayə 6.
[12] - Tövbə surəsi, ayə 128, Cümə surəsi, ayə 2, Hud surəsi, ayə 88, Kəhf surəsi, ayə 6, Əraf surəsi, ayə 62- 68- 79.
[13] - Zuxruf surəsi, ayə 51- 54, Nəhl surəsi, ayə 34.
[14] - ,uəra surəsi, ayə 215, Ali- imran surəsi, ayə 103- 159, Nəhl surəsi, ayə 125, Nisa surəsi, ayə 141, Bəqərə surəsi ayə 190.
[15] - Qəsəs surəsi ayə 4, Taha surəsi, ayə 63- 64 və 70- 71, Əraf surəsi, ayə 120- 124, Şuəra surəsi, ayə 46- 49.
[16] - Səba surəsi, ayə 49. " قُلْ جاءَ الْحَقُّ وَ ما يُبْدِئُ الْباطِلُ وَ ما يُعيد "
[17] - İsra surəsi, ayə 81, " وَ قُلْ جاءَ الْحَقُّ وَ زَهَقَ الْباطِلُ إِنَّ الْباطِلَ كانَ زَهُوقاً"