Please Wait
6449
Həzrət İsanın (ə) evllənməməsi haqqında dini mənbələrdə bəzi məsələlərə işarə olunmuşdur ki, ilk növbədə təsəvvür olunur həzrət evliliklə müxalifətçilik etmişdir, amma Quran və rəvayətdə evlənməyə bu qədər təkid olunmasına nəzər saldıqda və o cümlədən həzrət İsanın (ə) həyatına diqqət yetirdikdə nəticə alırıq ki, o həzrət evliliyin əksinə çıxmamışdır: Bəlkə o həzrətin evlənməməsinin illəti ictimai və şəxsi şərait olmuşdur ki, o dövürdə yaşayırdı.
Keçmiş zamanlardan bəşər arasında olan gözəl əməllərdən biri də "evlilik"dir. Mümkündür heç bir adət və ənənə bu qədər bəşərin diqqətini özünə cəlb etməmişdir; çünki nəinki yalnız əsl və əsas cəhətindən insan fitrətiylə uyğun deyil bəlkə insanını təbii və düzgün inkişafı və əsl ehtiyaclarını təmin edilməsinə səbəb olur. Qurani- kərim bir çox yerlərdə ailə qurmağın əhəmiyyətinə işarə etmiş və onun faydalarını elan etmişdir. Bu düşüncə ki, evlilik və ailə qurmaq insanın əxlaq və mənəviyyatının inkişaf etməsinə mane olur, İlahi insanların əməlləriylə fərqli və qəbul edilməzdir. Quran bu barədə buyurur:
«وَ لَقَدْ ارْسَلْنا رُسُلًا مِنْ قَبْلِكَ وَ جَعَلْنا لَهُمْ ازْواجاً وَ ذُرِّیةً ...»[1]
Əlbəttə biz səndən əvvəl (də) Peyğəmbərlər göndərdik və onlar üçün ailə və övladlar qərar verdik.[2]
Əlbəttə bu nöqtəyə diqqət yetirmək lazımdır, o hökmlər ki, Allah insanlar üçün qərar vermişdir iki hissədən ibarətdir, bu hökmlərdən bir hissəsi dəyişilməz və bütün insanların vəzifəsi budur ki, ona əməl etsinlər və heç bir kəs istisna olunmuşdur; Misa üçün vacib ibadətləri yerinə yetirmək və haram işlərdən çəkinmək kimi. Amma ikinci bir hissəsi isə Allah Taala ona sifariş etmişdir, bəzi müstəhəb[3] və bəyənilmiş işlər kimi ki, ictimai və şəxsi mövqelərə bağlılığı vardır ki, dəyişə bilər.
Bu hissədə hər bir şəxs özünün və ya ictimai məsləhətlərə əsasən onunla qarşı- qarşıya gəliblər.
Misal üçün baxmayaraq ki, ailə qurmaq bəyənilmiş bir işdir və rəvayətlərdə ona təkid olunmuşdur, amma bu iş müxtəlif insanlar və müxtəlif ruhiyədə olan insanlar üçün əhəmiyyət cəhətindən bir dərəcədə deyil. Əgər bir kəs ailə qurmayıb harama düşərsə və əgər ailə qurmasa həyatında bəzi vəzifələrdən geri qalacaqdır. Bu cür bir şəxs üçün ailə qurmaq yaxşı və bəlkə vacibdir və bu ehtimal daha da üstündür. O rəvayət ki, ailə qurmağa təkid edir. Bu cür şəxslərə aiddir. Amma o şəxs üçün ki, evlilik digər mühüm vəzifələrini o cümlədən təhsil, din təbliği və... bəzi çətinliklərlə qarşı- qarşıya qoymursa, ondan üz çevirə bilər.
Burada həzrət İsanın (ə) evlənməməsi barəsində, olan məsələrə işarə edirik:
A: Rəhbərin dünyaya bağlılığından uzaq olması
Həzrət İsanın (ə) evlənməməsinin illəti rəvayət mənbələrində vardır, o cümlədən:
- İmam Sadiq (ə) buyurur: Həzrət İsadan (ə) sual oldu, nə üçün evlənmirsən? Dedi: Evlilik mənim nə işimə kömək edir? Dedilər: Övlad sahibi olarsan, dedi övlad mənim hansı dərdimə dəyir, əgər yaşasa mənim üçün çətinliklər yaradacaq və əgər dünyadan getsə qəmgin və narahat olmama səbəb olacaqdır![4]
- Həzrət İsa (ə) öz əshabına deyir: Mənim ruzim bitkilər su içməyim isə çeşmələr və çaylardır ki, əllərimlə su içirəm, işığım ayın nuru yerə sərdiyim torpaq, balışım isə daşlardır. Libasım heyvanların yunundandır, ovladım yoxdur olsun, aləm yoxdur fikir çəkəm, evim yoxdur xaraba qalsın, var- dövlətim yoxdur məhv olsun, bəs mən Adəm övladlarının ən möhtac olmayan (ehtiyacsız) övladıyam.[5]
Deyilənlərə əsasən, bu rəvayət ailə qurmamağı təyid etmir; çünki Rəd surəsinin 38- ci ayəsinə əsasən Allah Taala Peyğəmbərlərin yolunu ailə qurmaq əsasında qərar vermişdir. Bunun üçün də o həzrətin sözünü dinləyici və o şərait ki, onda qərar tutmuşdur ona əsasən açıqlansın.
O həzrətin dinləyiciləri o şəxslər idi ki, həddindən artıq dünya ləzzətlərinə düçar olmuş və ondan əl çəkmək onlar üçün çox çətin idi. O həzrətin sözləri də onlara aid idi ki, bəşər bu cür qüdrətə də malikdir, nəin ki, həzrət ailə qurub övlad sahibi olmağı bəyənmir və qəbul etmirdi.
Maraqlıdır Qurani- kərimdə ailə qurmağa tamamıyla təkid edir, həyat yoldaşı, övlad və sərvəti fitnə və fəsadın mənbəyi bilir.
O cür ki, buyurur: "Ey Möminlər! Ailə və övladlarınız arasında, sizə qarşı düşmənlər tapılar bəs tamamıyla agah olun və....qadın və sərvətləriniz sizin üçün yalnız bir imtahandır və daha böyük savabı Allah tərəfindən əldə etmək lazımdır".[6] Ki, həqiqətən bu ayələr ailə qurub övlad sahibi olmağın əksinə deyil və o cümlədən var- dövlət əldə etməyi qadağan etmir; bəlkə onlara ürək bağlamağı qadağan edir.
B: Qısa ömür və davamlı olaraq təbliğ üçün səfər etmək:
Həzrət İsanın (ə) məsih adıyla adlanmasının illəti bu cəhətdən idi ki, çoxlu səfər edirdi, səfər yəni yer üzündə ibadət üçün səfər edib və camaatdan kənarda olmaq mənasındadır;[7] bunun üçün də deyirlər, o həzrət həmişə səfər edir və gecələri səhərə kimi namaz qılır ibadət edirdi.[8] O rəvayətdə ki, Təbərsi həzrət Əhi (ə)- dan yəhudi bir şəxsin cavabında nəql edir. Həzrət İsanın səfər etməsini təyid edir.[9] Bunun üçün də həzrət İsanın (ə) ailə qurmamasına başqa bir dəlil bundan ibarətdir ki, o həzrətin ömrünün qısa olması və davamlı olaraq müxtəlif yerlərə təbliğ üçün səfər etmişdir və bunun üçün də ailə qurmaq üçün fürsət əldə etməmişdir. Baxmayaraq ki, ailə qurmaq bəyənilmiş bir işdir amma özü- özlüyündə vacib deyildir.
Əgər mühüm bir iş insanı başqa bir işi həyata keçirməkdən mane olursa o işi tərk etməyin eybi yoxdur. Həzrət İsanın məsuliyyət və işi və onun əhəmiyyəti ailə həyatı qurmaqdan daha üstün idi və bu işi təyin etmək də onun öz ixtiyarında idi ki, Allahın Peyğəmbəridir.
S: Məsihilərin bu mövzuda etiqadları
Ustad Mütəhhəri bu barədə belə yazır: Məsihilər müxalif bir etiqadı məzhəb aləminə daxil etmirlər ki, həzrət İsanın ailəsinin olmamasının illəti bu olmuşdur ki, qadın günah amili və kiçik şeytandır. Ailə qurmaq və cinsi məsələlər insanın İlahi əxlaq və mənəviyyata çatmasına mane olur. Onların etiqadına əsasən kişi özü- özlüyündə günah etmir və qadın kişik şeytan olduğu üçün kişini vəsvəsə edir və onu günaha doğru zövq verir. Məsihilərin etiqadına əsasən, Adəm, şeytan və Həvvanın qissəsi bu əsasla başlamışdır ki, şeytan həzrət Adəmə vəsvəsə edə bilmirdi və Həvvanı aldatmaqla həzrət Adəmi aldatmaqda vasitə yaratdı.
Tarix boyu həmişə bu cür olmuşdur. Böyük şeytan qadını, qadın isə kişini vəsvəsə edir. Bir sözlə Adəm Şeytan və Həvvanın dastanı bu cür canlanmışdır. Amma Quran tamamıyla bunun əksini deyir: Quran Adəm və Şeytanın dastanına işarə etdikdə, həzrət Adəmi əsl, Həvvanı isə onun davamçısı olduğunu bildirir. Bəzi məzhəblərin bu barədə yalan uydurub açıqlamaları ki, insanın üsyan və günah etməsi, şeytanın qadını vəsvəsə və onun vasitəsiylə kişini öz yolundan çıxarması düzgün deyil bəlkə şeytan onların hər ikisinə yalan and içib onları aldatdı, bunun üçün də Adəm və Həvvanın səhvə düşmələri hər ikisi bərabər şəkildə idilər və birinin digərindən üstün olması açıqlanmamışdır.
Mümkündür bunun üçün də Quran pak və təmiz kimilərin kənarında pakizə qadınların adlarını qeyd etmişdir və bəzi yerlərdə qadınınməqamını daha yüksək bilir.[10]
Bu nöqtəyə də işarə etmək lazımdır ki, bu məsələ Məsihilərin öz arasında da ixtilaflı bir məsələdir. Onlardan bir dəstəsi ustad Mütəhhərinin sözünün qarşısında qərar tutub hətta qadının təlaq verilməsini haram bilmişdirlər. Həzrət İsanın ailə qurmaması və keçmiş və rahiblərin onun yolunu davam etmələrinin başqa bir illəti olduğunu bildirirlər.
D: İlahi övliyaların bəzi işlərdə ümumi camaatdan fərqli olmaları.
Digər məsələlərdən biri də bufur ki, ona diqqət yetirmək lazımdır, mümkündür İlahi övliyaların cəmiyyətdə məxsus mövqeyə sahib olduqları üçün bəzi işlər Allah Taala və ya onların öz tərəflərindən xüsusi əhəmiyyət daşıyır ki, digər insanlardan tələb olunmur: Misal üçün gecə namazının Peyğəmbərlər üçün vacib olması,[11] həzrət Əlinin (ə) şəxsi həyatındakı zahidliyi, o halda ki, həzrət buyurur: Bu cür yaşamağa sizin gücünüz çatmaz və sizdən bunu istəməyiblər.[12] Bunun üçün də mümkündür həzrət İsanın evlilik həyatı qurmaması bu cür məsələlərdən olsun.
[1] - Rəd surəsi, ayə 38.
[2] - Evliliyin əhəmiyyətindən daha əlavə məlumat əldə etmək üçün sual 1300 (sayt 1283) evliliyin fəlsəfəsinə müraciət edin.
[3] - Evliliyin ilk mərhələdə müstəhəb olması və o zaman haram olur ki, insan harama düşsün.
[4] - Məclisi Məhəmməd Baqir, Biharul- ənvar, cild 14, səh 338, hədis 15, Əl- Vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri.
[5] - Həmin, cild 67, səh 314, 19- cu hədisin davamı.
[6] - Təğğabin surəsi, ayə 14- 15.
[7] - İbni Mənzur, Lisanul- Ərəb, cild 2, səh 492, Darul- fikr, Beyrut 1414 hicri qəməri.
[8] - Vasiti Zubeydi, Seyyid Murtəza, Tağul Ərus min cəvahiril Qamus, cild 4, səh 98, Darul- fikr. Beyrut,1414 hicri qəməri.
[9] - Təbərsi, Əhməd ibni Əli, Əl- ehticac, cild 1, səh 225. Murtəza nəşriyyatı, Müqəddəs Məşhəd şəhəri. 1403 hicri qəməri.
[10] - Bax. Mütəhhəri, Murtəza, Məcmueye asar, cild 17, səh 402, Sədra nəşriyyatı, Qum 1383, hicri şəmsi.
[11] - Tusi, Məhəmməd ibni Həsən, Təhzibul- əhkam, cild 2, səh 242, hədis 28. Darul- kitab Əl- İslamiyyə, Tehran 1365. Hicri şəmsi.
[12] - Bax. İmam Əli (ə) Nəhcül- bəlağə, səh 52. Darul hicrət nəşriyyatı, Qum.