Ətraflı axtarış
Baxanların
11099
İnternetə qoyma tarixi: 2011/02/14
Sualın xülasəsi
Nə üçün "Əhli- beyt" deyəndə bir neçə nəfər nəzərdə tutulur?
Sual
Nə üçün "Əhli- beyt" deyəndə bir neçə nəfər nəzərdə tutulur?
Qısa cavab

"Əhli- beyt" deyəndə, peyğəmbər (s) ailəsindən əsas beş nəfər; həzrət peyğəmbər (s), Əli (ə), Fatimə (s) imam Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulur.

Bununla da əsas səbəbi şiə və sünni hədisçiləri tərəfindən nəql olunmuş çox sayda olan hədisıərdir. Həmçinin bu hədis, əhli sünnənin yetmiş və şiənin yetmişdən çox ən etibarlı mənbələrində nəql olunmuşdur. Bundan əlavə bəzi Quran ayələri vardır ki, Əhli- beyt peyğəmbərin bütün yaxınlarına deyil, əksinə yuxarıda adlarını qeyd etdiyimiz insanların olduğunu təsdiq edir.

Ətreaflı cavab

"Əhli- beyt" sözü Quran, hədis və kəlam (sxolostika) elmi terminində "peyğəmbərlərin ailə"si mənasında işlədilir. Bu söz yalnız bir dəfə Qurani- kərimin Əhzab surəsinin 33- cü ayəsində işlədilmişdir.

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا»

"Həqiqətən Allah peyğəmbər ailəsindən bütün günahı və çirkinliyi pak etmək istəyir.

"Əhl" sözünün kökü, lüğətdə ünsiyyət və yaxınlıq mənasını verir.[1] "Beyt" sözü isə bir yerdə və məkanda sakin olmaq ev mənasında işlədilir.[2]

Əhli- beyt sözü isə lüğətdə birlikdə yaxınlıq, qohumluq və kiminləsə qohum olmaq mənasını verir.[3] Amma ümumilikdə "Əhli- beyt" Sözü olduqca geniş məna daşıyır və qohumluq, din, nəsil, məskən, şəhər və vətən mənalarında işlədilir.[4]

"Əhli- beyt" sözü kəlam, (sxolostika) hədis və Quran elmləri terminində tamami ilə yuxarıda qeyd etdiyimiz mənalardan fərqli olaraq peyğəmbər (s) və bir neçə imama şamil olur. bunun da əsas səbəbi əvvəldə qeyd etdiyimiz kimi bəzi ayələr və çox sayda olan rəvayərlərdir. Əhzab surəsinin 33- cü ayəsində gəlmiş "Əhli- beyt" Sözü barəsində isə bəzi təfsirçilərin və sxolostların (mütəkəllim, teoloq) fərqli nəzərləri vardır ki, aşağıdakılardan ibarətdir:

1.      Bəzi əhli- sünnət təfsirçilərinin inancına əsasən ayədəki "əhli- beyt" sözü peyğəmbərlərin qadınlarına (həyat yoldaşları) aiddir. Onların iddiasına əsasən bu ayədən əvvəlki və sonrakı ayələr bunu çatdırır. Çünki, ayənin əvvəli və axırı peyğəmbərin qadınlarından söhbət açır.

Bundan əlavə bu nəzərin təsdiqi üçün İbni Abbasdan, Əkrəmədən, Məqatildən, ibni cübeyrdən və ibni Saibdən hədislər nəql edirlər. buna nümunə olaraq Əkrəmədən (sünni alimi) belə hədis nəql edirlər ki, "bir gün Əkrəmə bazara gəlir və fəryad çəkərkən deyir: "Peyğəmbərin əhli- beyti, onun arvadlarıdır; hər kəsin bu barədə çəkki varsa mən onunla mübahisə və mübahilə edə bilərəm.[5]

Bəzi əhli- sünnət təfsirçiləri və bütün şiə alimləri bu nəzəri rədd edərək yazırlar:

"Əgər ayə peyğəmbərin qadınlarına aid olsaydı (ərəb dili qramatikasına əsasən) ayədə olan şəxs əvəzlikləri cəm qadın cinsində olmalıydı. Yəni belə :

«انما یرید الله لیذهب عنکن الرجس اهل البیت و یطهرکن تطهیراً»

Amma əksinə biz ayədə olan şəxs əvəzliklərinin kişi cinsinə aid olduğunu müşahidə edirik

(عنکم و یطهرکم)

Deməli ayədə işlənən Əhli- beyt sözündən Allah Taalanın məqsədi peyğəmbərin qadınları seyil. Yuxarıda qeyd etdiyimiz hədisə gəldikdə isə o cümlədən bu Hiyan, İbn Kəsir və sair.

Bu hadisi İbn Abbasa nisbət verilməsini düzgün saymamışlar, İbni Kəsir bu barədə deyir: Əgər bu rəvayətdən "təthir" ayəsinə nazil olma səbəbi kimi istifadə olunsa, qəbul etmək lar. Amma belə deyilsəki, bu ayədə olan "Əhli- beyt" kəlməsindən mən peyğəmbərin (s) qadınlarıdır yanılmış olarıq. Çünki, bu nəzəri rədd edən rəvayətlər daha çox olur.[6] Əlbəttə bunu da qeyd edək ki, ibni Kəsirin bu sözü "ayə peyğəmbərin arvadlarının isməti və paklığı üçün nazil olub" olduqca yanlışdır. Çünki, bu söz həm ayənin əsil hədəfi və cəhətləri ilə və həm də onun (ibn kəsir) söylədiyi rəvayətlə müxalifdir.

2.      Bəzi əhli sünnət təfsirçiləri isə ayədə olan "Əhli- beyt" sözündən məqsəd reyğəmbərlərin qadınları ilə bərabər peyğəmbərin özü və Əli, Fatimə, Həsən, Hüseynin (s) olduğunu iddia edirlər.[7] Bunu da qeyd edək ki, bu nəzərin iddiaçıları heç bir hədisə istinad etmədən bunu söyləyirlər.

3.      Təfsirçilərin bir qismi isə bu fikidədirlər ki, ayə ümumi xarakterlidir. Yəni həm peyğəmbərlərə, həm də ona yaxın olan hər bir kəsə, hətta qulam və kənizlərə belə aiddir. Səğləbi bu barədə belə deyir: "Bu ayə bütün bəni- Haşimə və ya bəni- Haşimin möminlərinə aiddir,[8] Bu nəzər də həmçinin heç bir tarixi sübut və dəlilə əsalanmır.

4.      Bir dəstə təfsirçilər isə ayə barəsində belə deyirlər: "Ayədə olan Əhli- sünnə "Əhli- beyt" kəlməsi ola bilsin o insanlara şamil olsun ki, onlara sədəqə vermək haramdır. Əlbəttə onlar bu nəzəri söyləməklə Zeyd ibn Ərqəmin hədisinə istinad edirlər. hədisdə deyilir:

"Zeyd ibni Ərqəmədən soruşurlar "Əhli- beyt deyəndə kimlər nəzərdə tutulur; peyğəmbərin (s) arvadları da bu dəstədəndirlərmi?

O deyir: Bəli qadınlarda Əhli- beytdən hesab olunur.

Amma əhli beytə aid olan kəslərə sədəqə haramdır. Yəni, o kəslər əhli- beytdən sayılır ki, onlara sədəqə haram olsun. Deməli, Əlinin (ə) Əqilin, Abbasın və Cəfərin ailəsi əhli- beytə şamil olur.[9] Əbul Futuhun bəyanına əsasən bu nəzərin heç bir tarixi əsasə yoxdur.[10]

5.      Bütün şiə təfsirçilərinin və bir çox əhli sünnə alimlərinin nəzəri budur ki, ayədəki Əhli- beyt kəlməsi yalnız, peyğəmbərə (s), Əliyə (ə), Fatiməyə (s), imamHəsən və Hüseyn (ə)- a şamil olur.

Bundan əlavə, bütün imamlar, həmçinin Ummu Sələmə, Ayişə, Əbu əid Xedri, ibni Abbas və bir çox səhabələr də bu fikirdədirlər ki, əhli- beyt kəlməsindən məqsəd məhz peyğəmbər (s), Əli (ə), Fatimə (s), imam Həsən və Hüseyn (ə)- dır.

Amma mümkündür belə bir sual zehnimizə gəlsin ki, necə olur ki, ayədə peyğəmbərin qadınlarından danışılarkən birdən birə "Əhli- beyt" mövzusuna toxunulur? Bir halda ki, əhli- beytdən məqsəd peyğəmbərin qadınları deyil.

Bu suala alimlər müxalif cavablar vermişlər ki, onların bəzisini burada qeyd edirik:

1). Mərhum Təbərisi buna cavab olaraq deyir:

Qurani- kərimdə belə məsələlər olduqca çoxdur.

Bundan əlavə ərəb dili fəsahətinə əsasən bunun nümunəsi şerlərdə və başqa ədəbiyyatlarda da müşahidə etmək olar.[11]

2). Mərhum Əllamə Təba- əbai bu sualı belə cavablandırır: "Bizim heç bir dəlilimiz yoxdur ki, bu ayənin

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»

O biri ayələrlə bir nazil olmasını iddia edək, əksinə bir çox hədislərə istinad etməklə deyə bilərik ki, bu ayə özündən qabaqkı ayələrdən fərqli bir vaxtda nazil olub. Amma peyğəmbərin əmri və ya ondan sonra ayələri Qurana yerləşdirən zaman "təthir" ayəsini də indiki yerinə yerləşdiriblər.[12]

3). Nümunə təfsirində isə bu sualın cavabında belə deyilir:

Qurani- kərim peyğəmbərin (s) qadınlarına bunu demək istəyir ki, "siz elə bir ailədə yaşayırsınız ki, onların bir qismi məsum və günahsızdırlar. O kəslər ki, məsumluq və ismət ağacının altında kölgənəcək tapıb, gərək hamıdan çox diqqətli olmalı və unutmamalıdırlar ki, məsumlar ailəsində yaşamağın ağır məsuliyyəti vardır.[13]

4). Olduqca geniş surətdə bu ayənin (təthir) şənində hədislər nəql olunmuşdur ki, onun qismlərini aşağıda qeyd edirik:

A). Ayənin nazil olunma səbəblərini açıqlayan və əhli- beytin kim olduğunu bəyan edən hədislər.[14]

B). Kəsa hədisini təsdiq edən hədislər, Əbu Səid Xıdrıdan, Malik ibni Ənəsdən, ibni Abbasdan, Əbül Hömrədən və Əbu Börzədən çoxlu hədislər nəql olunmuşdur ki, kəsa (əba) macərasından sonra "təthir" ayəsi nazil oldu. Peyğəmbər bundan sonra 9 ay müddətində davamlı olaraq hər gün sübh namazı vaxtı həzrət Əlinin (ə) və Fatimənin paqısını döyər və belə deyərdi:

"Salam olsun sizə, Allahın rəhməti və bərəkəti sizə şamil olsun, namazdır! Namaz Allahın rəhmətidir" Sonra isə təthir ayəsini tilavət edərdi.[15]

"Əhqaqul həqq"in[16] şəhərində bu məsələ əhli sünnətin yetmişdən çox tanınmış mənbəsində qeyd olmuşdur. (Əlbəttə şiə mənbələri saysızdır)[17]

Deməli bu mövzu rəvayət baxımından sübut olunur ki, ayədəki "Əhli- beyt" sözündən məqsəd peyğəmbərin arvadları deyil, əksinə peyğəmbərin özü, Əli (ə) Fatimə (s), Həsən və Hüseyn (ə)- dır. Amma ayrı bir sual da oluna bilər ki, nə üçün "Əhli- beyt" kəlməsi bütün imamlara şamil edilir:

(Yəni imam Səccaddan (ə) imam Zaman (ə)- a kimi).

Cavab: Qurani- kərimin Əhli- beytin (ə) məqamı haqqında bu qədər təkidlə danışmasının əsasə hikməti budur ki. insanlar gərək öz təkamül yollarında onları özlərinə nümunə seçsinlər. Çünki, Qurani kərimin göndərilməsində əsasə hədəf insanların hidayətidir.

«الم * ذلک الکتاب لاریب فیه هدی للمتقین»[18]

Əgər bu və bu kimi ayələrə diqqət yetirib fikrə dalsaq yuxarıda qeyd etdiyimiz mətləbi daha da aydın və açıq şəkildə başa düşüb təsdiq edərik. Çünki, bütün imamlar ümmətin başçısı və onların hidayətçisi olaraq gəlmişlər. bu səbəbdən də "Əhli- beyt" kəlməsi onlara aid edilir. İslam peyğəmbəri olan Məhəmməd (s), Allah tərəfindən göndərilmiş hidayətçi, təfsirçi və heç bir zaman misli görünməmiş bir şəxsiyyət idi. Amma bu ulu şəxsiyyət özündən sonra insanları hidayət edən, onların qüsursuz müraciət ocağı olan kimsələri müəyyən və təsdiq edərkən, "Əhli- beyt" kəlməsindən istifadə edir.

Məsələn: "Səqəleyn" hədisində buyurulur:

"Mən sizin aranızda iki ən qiymətli gövhəri əmanət qoyuram.

Biri Allahın kitabı (Quran), o biri də Əhli- beytimi. Əgər bu iki əmanətə sığnaraq öz yolunuzu davam etdirsəniz heç vaxt yolunuzu itirməyəcək və Allaha tərəf gedəcəksiniz. Bu iki əmanət heç vaxt bir- birlərindən ayrılmayacaqlar. Qiyamət günündə kövsər hövzunun yanında mənə qovuşacaqlar."[19]

"Səfinə" (gəmi) hədisində də insanların nicatından danışarkən "Əhli- beyt" kəlməsindən istifadə etmişdir.

"Həqiqətən mənim Əhli- beytim Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat tapar. Amma onunla müxalifətçilik edən qərq olar."[20]

Əlavə mütaliələr üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz.

Əhli- beyt (ə) və Şura surəsinin 23- cü ayəsi, (məvəddət ayəsi, sual 11050 (sayt 10925

Peyğəmbərin Əhli- beyti, sual 833 (sayt 902)

Əhli- beytin misdaqları sual 1247

Əhli- beytin kəsa sahibi olması, sual 11057(sayt, 10923



[1] - Misbahul munir, Fiyumi, səhifə 28

[2] - Misbahul munir, Fiyumi, səhifə 68

[3] - Misbahul munir, Fiyumi, səhifə 68

[4] - Müfradat Rağib, İsfəhani, səhifə 29

[5] - Təbəri, Cameul bəyan, cild 22, səhifə 7 Təfsiril Quranil əzim, cild 6, səhifə,365

[6] - Təfsir ibn kəsir, cild 5, səhifə 452- 453

[7] - Fəxrəddin Razi, kəbir təfsiri, cild 25, səhifə 209, Beyzari, ənvarul tənzil, cild 4, səhifə 163, Əbu Hiyan, Əlbəhrul muhit, cild 7, səhifə 233

[8] - Qortobi, Əlcameul- əhkamul Quran, cild 14, səhifə 183, Alusi, ruhul məani, 14, 22

[9] - Əbu Hiyan, əl bəhrul Muhit, cild 7, səhifə 231- 232

[10] - Əbul Futuhul Razi, Rövzul cinan və Ruhul cinan, cild 15, səhifə 421

[11] - Məcməül bəyan, cild 7, səhifə 560

[12] - Əl- mizan, cild 16, səhifə 312

[13] - Numunə təfsiri, cild 17, səhifə 295

[14] - Təbəri, cild 22, səhifə 6- 7, Qortobi, cild 14, səhifə 183, Hakim, cild 2, səhifə 416,

146, Buxari, Əl- tarix, cild 1, səhifə 69- 70, Termizi, Əlsünən, cild 5, səhifə 663

[15] - Təbəri, cild 22, səhifə 5- 6, Buxari, Əlkəni, səhifə 25- 26, Əhməd ibni Hənbəl, müsnəd cild 3, səhifə 259, Həskani, Şəvahidul tənzil, cild 2, səhifə 11- 15, Siyuti, İdarul mənsur, cild 6, səhifə 606- 607

[16] - Məşəri, cild 2, səhifə 502- 547, cild 9, səhifə 2- 91

[17] - Əli Rəfii, Ələmrüddəşti, şenaxtnameye Əhli- beyt, səhifə 301- 307

[18] - Bəqərə surəsi, ayə 1- 2

[19] - Səhih Termizi, cild 2, səhifə 380, Əhməd ibn Hənbəl, müstənəd cild 3, səhifə 17

[20] - Hakim, Müstədrək səhiheyn, cild 2, səhifə 432, firuzabadi, Fəzailul xəmsə cild 2, səhifə 65

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün bəzi məclislərdə imam Hüseyn (əleyhis-salam)-ın məzlumluğu təsvir olunur?
    7338 Dahilərin sirəsi 2012/04/19
    Qeyd olunmalıdır ki, imam Hüseyn (əleyhis-salam)-ın şəhadətindən əvvəl və sonra varid olan müsibətlər öz-özlüyündə o həzrətdən məzlum bir çöhrənin təqdim olunmasına səbəb olur. İmam Hüseyn (əleyhis-salam) barəsində işlənən “məzlum” kəlməsinin təhlilindən belə nəticə alırıq ki, o həzrət üçün təsvir olunan məzlumiyyət “zəif və zülmü qəbul edən bir ...
  • Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
    12291 Təfsir 2012/02/15
    Lüğət kitabları, rəvayətlər təfsirçilərin kəlamlsrında "səməd" kəlməsi üçün, çoxlu mənalar qeyd olubdur. Ona görə də bu qısa məqalədə bir neçə nümunə hər üç dəstədən (lüğət, rəvayət və təfsir) açıqlayır.A). Rağib müfrədatda deyir: Səməd ağa və böyük ...
  • Əgər bir kəsə həcc vacib olarsa və getmək zamanı olduqda xəstədir. Bu həcci ümrəyə çevirmək və bir neçə nəfərlə getmək olarmı?
    5537 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hər bir aqil və həddi bulluğa çatmış şəxsə həccin vacib olması üçün müstəti[1] olmalıdır. Bu şərt ödənildikdə həcconun üçün vacib olur. Yəni, həccin başlanğıc şərtləri ödənilməlidir ki, həcc vacib olsun. [2] Məsələn: Əgər həccə getmək üçün növbəyə yazılma imkanı vardırsa, ilk ...
  • Hər bir insanın ekizinin (həmyaşıdının) olması düzgündürmü?
    6838 Hədis elmləri 2012/01/08
    İnsanların ekizinin olması barədə bir neçə rəvayət vardır.Rəvayətlərdə gəlibdir ki, Allah- Taala İblisə buyurdu: Oxşarını sənə vermədən heç bir adama övlad vermərəm. Hər bir adamın Şeytani oxşarı vardır.[1]Başqa bir rəvayətdə gəlibdir ki, Peyğəmbər (s) ...
  • Rizq (ruzi) barəsində nə kimi rəvayətlər vardır? Halal ruzini hansı yollarla əldə etmək olar? Ruzinin artması üçün hansı dualar vardır?
    18578 Əməli əxlaq 2012/04/09
    Ruzini maddi nümunələrdə həsr edən adi camaatın təsəvvürünün əksinə olaraq, rəvayətlərdə ruzi kəlməsi geniş mənalara malikdir və Allahın verdiyi bütün nemətlərə şamildir – istər maddi nemətlər olsun, istərsə də mənəvi. Bununla belə, maddi ruzilər barəsində də bir çox rəvayətlər vardır ki, ətraflı cavabda onların bir neçəsi qeyd ...
  • İmam camaat namazın rükətlərinin sayında səhv edərlən, məmumların vəzifəsi nədir?
    6827 Nizamlar hüquq və əhkam 2011/05/05
    Əgər imam camaat namazın rükətlərinin sayında şəkk etsə, ya namazı səhv qılsa və məmun namazın rükətlərinin sayında yəqini olsa, bunu imam camaata anlada və onu rükətlərin sayı və vəzifəsindən xəbərdar edə bilər.[1] Amma bu xəbərdarlıq elə formada olmalıdır ki, namazın batil olmasına səbəb olmamalıdır. Məsələn, əllə işarə, Allahu ...
  • Имам Заманла (әҹ) әлагә вә рабитә јаратмаг олармы?
    7530 Nizamlar hüquq və əhkam 2010/11/22
    Үмумијјәтлә, бир-бирини танымајан ики нәфәр арасында әлагә вә рабитә өз-өзлүјүндә мүмкүн дејилдир. Әксинә, ики тәрәфдән һәр биринин гаршы тәрәфә елми вә билији олдуғундан сонра бир-биринә әлагә вә мәһәббәт јарандыгдан сонра бу бағлылығын гурулмасы мүмкүндүр. Јәни, ики тәрәфин бир-биринә гаршы олан мәһәббәт вә еһтирамы ...
  • Əli (ə) hansı xütbədə, özündən qabaq üç xəlifənin xilafətə (xəlifəliyə) yetişməsi keyfiyyətini izah edir?
    9809 Hədis elmləri 2012/01/09
    Əli (ə) Nəhcül- bəlağənin üçüncü xütbəsində özündən qabaq üç xəlifənin xilafətə yetişməsi keyfiyyəti barədə söz açır və o həzrətin (ə) (xütbənin sonunda) buyurduqlarından istifadə etməklə bu xütbə, "şiqşiqiyyə" adı ilə tanınıbdır.Şiqşiqiyyə xütbəsi, xilafət barəsində imam Əlinin (ə) şikayətlərinə, onun (xilafətin) əldən getməsi qarşılğında İmamın (ə) səbrinə və sonda camaatın ...
  • Səcdəyə getdiyimiz zaman hansı üzv əvvəl yerə dəyməlidir?
    6394 Nizamlar hüquq və əhkam 2012/02/09
    Səcdə namazın vacib hissələrindəndir və vacib və müstəhəm şərait və hissələrə malikdir; o yerlər ki, səcdədə müstəhəb hesab olur, odur ki, kişi səcdəyə getdiyi zaman ilk növbədə əllərini, qadın isə əvvəl dizlərini yerə qoymalıdır.[1]
  • Qadınların məscidlərdə iştirak etməsi barəsində İslamın nəzəri nədir?
    7703 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/18
    Birinci rəvayətdə məqsəd budur ki, məscid namaz qılmaq və sair ibadətlər üçün ən yaxşı yer olsa da, qadınlar üçün ən yaxşı məscid onların evidir. Çünki belə olan halda naməhrəmlərlə qaynayıb-qarışmazlar. Bu rəvayət qadınların məscidlərdə iştirakını haram hesab etmir. İkinci rəvayətdə buyurulur ki, onlar məsciddə iştirak etmək istədikləri zaman mane olmayın. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164865 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164487 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119919 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113999 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111208 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94274 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54940 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54761 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45958 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...