Ətraflı axtarış
Baxanların
21147
İnternetə qoyma tarixi: 2011/06/28
Sualın xülasəsi
"Əhli-beyt" kimə deyilir?
Sual
"Əhli-beyt" nə deməkdir?
Qısa cavab

"Əhli-beyt" kəlməsi Quran, hədis və ilahiyyat termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur.

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا»

Şiə təfsirçilərinin hamısı, həmçinin əhli-sünnə təfsirçilərinin əksəriyyəti – şahidlərə, qərinələrə və peyğəmbərdən (s), İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Səccad və digər imamlardan (ə), həmçinin Ümmi Sələmə, Aişə, Əbu Səid Xidri, İbn Abbas və digər səhabələrdən nəql olunan bir çox rəvayətə istinadən - "Təthir" ayəsi "Əshabi-Kisa"nın, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən, Hüseyn (ə) ehtiramına nazil olmasına və "Əhli-beyt"in bu beş nəfər olduğuna dərin etiqadlıdırlar.

Həmçinin şiə və əhli-sünnə tərəfindən nəql olunan bir çox hədislərdə bu termin digər imamlara, yəni İmam Əli ibn əl-Hüseyndən (İmam Səccad) (ə) İmam Zamanadək (ə.c.) olan imamlara da aiddir.

Ətreaflı cavab

"Əhli-beyt" kəlməsi Quran, hədis və İslam sxolastika termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur: "Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-beytindən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində - pak etmək istəyir".

Lüğətdə "Əhl"in kökü, üns və yaxınlıq mənasındadır.[1] "Beyt" isə məskən və gecələməkl üçün yer mənasındadır.[2] "Əhli-beyt" əsl mənada onunla get-gəl edən fərdin yaxınları mənasındadır.[3] Amma ümumi mənada bütün qohumluqda, dində, yaşadığı yerdə, vətən və şəhərdə bir fərdlə şərik olan bütün insanlara da aid edilir.[4]

Amma sxolastiklərin, hədisşünasların və Quran təfsirçilərinin termonologiya üzrə mütəxəssisləri Quran-kərimdə keçən "Əhli-beyt" terminini xüsusi formada işlədiblər. Ona görə ki, bu əsasda Peyğəmbərdən (s) və şiə imamlarından (ə) çoxlu hədis sadir olmasına və buna əsasəndə Quranın sözügedən cümləsinin xüsusi izaha ehtiyacı olduğuna etiqadlıdırlar. Xüsusi izahın kimlərə aid olması haqqında təfsirçilər, hədisşünaslar və sxolastiklər arasında fikir ayrılığı mövcuddur:

1)- Bəzi əhli-sünnə təfsirçiləri Peyğəmbərin həyat yoldaşları haqqında olan əvvəlki və sonrakı cümlələrin analogiyasına əsasən bu ayə yalnız Peyğəmbərin həyat yoldaşları barəsində olduğuna inanırlar. Onlar bu versiyanın təsdiqində İbn Abbasdan nəql olunan – Əkrəmə, Məqatil, İbn Cəbir və İbn Saib onu nəql etmişlər - rəvayətə istinad edərək yazırlar: "Əkrəmə bazarda fəryad edərək əhli-beytin yalnız Peyğəmbərin (s) qadınları olduğunu və kiminsə bunu inkar edəcəyi təqdirdə onunla bir-birilərini qarğışlamaya hazır olduğunu deyirdi".[5]

Bəzi əhli-sünnə və şiə təfsirçilərinin hamısı bu versiyanı tənqid edərək demişlər:

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»

"Əgər bu ayədə "əhli-beyt"də məqsəd Peyğəmbərin qadınlarıdırsa, ondan öncəki və sonrakı ibarələr (onlarda "cəmi-müənnəs" üçüncü şəxsin cəmi, qadın cinsinə müraciət şəxs əvəzliyindən istifadə edilmişdir) kimi bu ayədə də "ənkunnə" və yutəhhirəkunnə" gəlməli idi. Halbuki bu cür deyil. Bu ayədə "cəmi-müzəkkər", yəni üçüncü şəxsin cəminə, kişi cinsinə müraciət şəxs əvəzliyindən istifadə olunmuşdur. Bu da müraciətin qadınlara ünvanlanmadığını göstərir.

Həmçinin onlar sözügedən hədisə istinadı da tənqid atəşinə tutmuşlar. O cümlədən Əbu Həyyan Ğərnati - əhli-sünnə alimlərindəndir – hədisin İbn Abbasla əlaqəsi düzgün olmadığını yazır. İbn Kəsir də deyir: "Əgər bu hədisdə məqsəd "təthir" ayəsinin Peyğəmbərin (s) qadınlarının şəninə nazil olmasıdırsa, bu doğrudur. Lakin əgər məqsəd ayənin təsdiqi yalnız Peyğəmbərin (s) qadınlarıdırsa, bu söz düzgün deyil. Çünki çoxlu rəvayət bu versiyanı rədd edir".[6]

Əlbəttə, necə ki, işarə etdik İbn Kəsirin "Ayənin Peyğəmbərin (s) qadınlarının şəninə nazil olması" cümləsi də düzgün deyil. Birincisi: Bu söz ayələrin metoduna ziddir. İkicisi: İbn Kəsir mövcud müxalif ayələri təsdiq etmişdir.

2)- Əhli-sünnə təfsirçilərindən digər bir qrup ayədəki "əhli-beyt"də məqsəd Peyğəmbərin (s) qadınları və həmçinin Əli, Fatimə, Həsən, Hüseyn (ə) olmasına etiqad bəsləyirlər.[7] Qeyd etməliyik ki, bu versiyanın tərəfdarları sübut kimi heç bir hədisə istinad etməmişlər.

3)- Bəzi digər təfsirçilər deyirlər: "Ayənin zahiri ümumi mənadadır və Peyğəmbərin (s) bütün ailəsinə; qadınlarına, övladlarına, yaxınlarına, hətta qul və kənizlərinə də aiddir". Süləbi deyir: "Bütün Bəni-Haşim nəslinə və ya Bəni-Haşim möminlərinə də aiddir".[8] Bu versiya da heç bir rəvayətə söykənmir.

4)- Bir qrup təfsirçilər də "əhli-beyt"in sədəqə verilməsi haram olan kəslər olmasına işarə etmişlər və bu versiya Zeyd ibn Ərqəmdən rəvayət olunan bir hədisə əsaslanır. Ondan soruşdular: "Peyğəmbərin (s) Əhli-beyti kimlərdir və Peyğəmbərin (s) qadınları da buna aid edilirmi?" Zeyd dedi: "Qadınlar "əhli-beyt"dəndirlər. Lakin Peyğəmbərin (s) Əhli-beyti sədəqə verilməsi haram olan şəxslərdir. Yəni, Əli, Əqil, Cəfər və Abbas ailəsi".[9] Əbu əl-Futuh Razinin dediyinə görə bu versiya da nadir və istinadsızdır.

5)- Şiə təfsirçilərinin hamısı, əhli-sünnə təfsirçilərinin isə əksəriyyəti – şahidlərə, qərinələrə və peyğəmbərdən (s), İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Səccad və digər imamlardan (ə), həmçinin Ümmi Sələmə, Aişə, Əbu Səid Xidri, İbn Abbas və digər səhabələrdən nəql olunan bir çox rəvayətə istinadən - "Təthir" ayəsi "Əshabi-Kisa"nın, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən, Hüseyn (ə) ehtiramına nazil olmasına və "Əhli-beyt"in bu beş nəfər olduğuna dərin etiqadlıdırlar.

Zehnə gələn yeganə sual budur ki, necə ola bilər ki, Peyğəmbər (s) qadınlarının vəzifələri haqda gedən müzakirənin ortasında onlara aid olmayan məzmundan söz açılır?

Bu sualın bir neçə cavabı var və o cavablara işarə edirik:

a.             Təbərsi deyir: "Quranda ayələrin bir-birinin yanında gəlməsi və müxtəlif mövzularda söz deməsi yalnız bu xüsusda deyil. Quran belə hadisələrlə zəngindir. Habelə fəsih ərəb söz və şeirində bu cür çoxlu nümunələrə rast gəlmək olur".[10]

b.            Əllamə Təbatəbai digər bir cavab əlavə edərək demişdir:

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»

"Bu ibarənin ("Təthir" ayəsinin) ondan əvvəlki və sonrakı ayələrlə birgə nazil olmasına heç bir sübut yoxdur. Bəlkə rəvayətlərdən bu bəxşin ayrı nazil olması, Peyğəmbərin (s) göstərişi əsasında ya da Peyğəmbərin (s) vəfatından sonra Quran ayələrinin toplanması zamanı bu ayələrin kənarında yerləşdirilməsi istifadə olunur".[11]

c.             "Təfsiri-Nümunə", kitabında belə gəlmişdir: "Bu suala üçüncü cavab olaraq demək olar ki, Quran Peyğəmbərin (s) qadınlarına demək istəyir: "Siz elə bir ailənin üzvüsünüz ki, onların bəziləri məsumdurlar. İsmət ağacının kölgəsində və məsumlar ocağında qərar tutan şəxs, başqalarına nisbətdə özünə çox nəzarət etməli və beş pak məsumdan ibarət ailəylə əlaqəsinin olduğunu unutmamalıdır. Bu məqam onun üçün ağır məsuliyyətlər yaradır, Allah və bəndələri ondan daha çox şey gözləyirlər".[12]

"Təthir" ayəsinin məqsədi, ayənin enmə səbəbi haqqında çoxlu rəvayətlər vardır və onlar bir neçə qrupa bölünürlər:

A.            "Təthir" ayəsinin məqsədi, enmə səbəbi və "əhli-beyt" termini beşlikdən ibarət Ali-Əba barəsində olduğunu deyən hədislər.[13]

B.            "Hədisi-Kisa" rəvayətini təsdiq edən hədislər; Əbu Səid Xidri, Ənəs ibn Malik, İbn Abbas, Əbu əl-Humra və Əbu Bərəzədən nəql olunan hədislər. Hədisdə, "Kisa" hadisəsindən və "Təthir" ayəsinin nüzulundan sonra Peyğəmbər (s) ya bir ay, ya qırx gün, ya altı ay, ya da doqquz ay müddətində sübh namazı vaxtı və ya beş namaz vaxtlarında davamlı olaraq Əli (ə) və Fatimənin (s) evinə gedərək buyururdu:

«السلام علیکم اهل البیت و رحمة الله و برکاته، الصلاة یرحمکم الله»

"Allahın salamı, rəhməti və bərəkəti Əhli-beytin üzərinə olsun! Namaz vaxtıdır! Allah sizə mərhəmət etsin". Sonra "Təthir" ayəsini oxuyardı.[14]

Bu barədə "Əhqaq əl-həqq"[15] kitabının şərhində əhli-sünnənin yetmişdən artıq məşhur mənbəsi toplanmışdır. Şiə mənbəsi isə bundan daha çoxdur.[16]

Deməli, "Əhzab" surəsinin 33-cü ayəsindəki "əhli-beyt"in Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseynə (ə) aid olması rəvayət baxımından qətidir.

Bu kəlmə (əhli-beyt) rəvayətlərdə digər imamlara; yəni, İmam Əli ibn Hüseyndən İmam Zamanadək (ə) olan imamlara da aiddir.

Əbu Səid Xidri Peyğəmbərdən (s) rəvayət edir ki, Həzrət (s) buyurdu: "Mən iki qiymətli şeyi sizin aranızda qoyuram; Biri göydən yerə uzanan ip Allahın kitabı, digəri isə mənim Əhli-beytim, ailəmdir və bunlar qiyamətə qədər bir-birindən ayrılmayaclar".[17]

Əbu Ğəffari deyir: Peyğəmbər (s) buyurdu: "Mənim Əhli-beytimin misalı, Nuhun gəmisi misalındadır. Hər kəs ona süvar olsa, nicat tapacaqdır. Buna riayət etməyən qərq olacaqdır".[18]

Həzrət Əli (ə) buyurur: Allahın Rəsulu (s) buyurdu: "Mən iki dəyərli şeyi sizin aranızda əmanət qoyuram. Onlar Allahın kitabı və Əhli-beytimdir ki, qiyamətədək (bir əlin iki barmağı kimi) bir-birindən ayrılmayacaqlar". Cabir soruşdu: "Ey Allahın Rəsulu (s)! Sənin ailən və Əhli-beytin kimlərdir?" Həzrət (s) buyurdu: "Əli, Fatimə, Həsən, Hüseyn (ə) və Hüseynin nəslindən qiyamətədək gələcək imamlardır".[19]

Həzrət Əli (ə) buyurdu:

«انما یرید اللّه لیذهب عنکم الرجس اهل البیت ...»

"Mən Ümmi Sələmin evində, Peyğəmbərin (s) yanında olduğum zaman "Təthir" ayəsi nazil oldu. Peyğəmbər (s) mənə buyurdu: "Bu ayə sənin, övladların Həsən, Hüseyn və sənin nəslindən olacaq imamlar barəsində nazil olmuşdur". Dedim: "Ey Allahın Rəsulu (s)! Səndən sonra neçə nəfər imam gələcəkdir?" Həzrət buyurdu: "Səndən sonra Həsən (ə), ondan sonra Hüseyn (ə), ondan sonra övladı Əli (ə), ondan sonra övladı Məhəmməd (ə), ondan sonra övladı Cəfər (ə), ondan sonra övladı Musa (ə), ondan sonra övladı Əli (ə), ondan sonra övladı Məhəmməd (ə), ondan sonra övladı Əli (ə), ondan sonra övladı Həsən (ə), ondan sonra övladı Höccət (ə.c.) imamətə yetişəcəklər. Onların adları bu ardıcıllıqla ərşin ayağına yazılmışdır. Allahdan soruşdum bunlar kimlərdir? Buyurdu: "Səndən sonra gələcək pak, məsum imamlardır və onların düşmənləri lənətlənmişdir".[20]

Bir çox başqa hədislər də vardır ki, "əhli-beyt"i şiənin on iki imamına aid edir. Sözügedən hədislərdə İmam Sadiq (ə) və digər imamlar (ə) özlərini "əhli-beyt" adlandırmış və gizlətmədən Əhli-beyt olduqlarını açıqlamışlar.[21]

Quranı-kərimin Əhli-beytin yüksək tezislərini təkid və israrla elan etməsinin fəlsəfəsi, ümmətin kamal və hidayət yolunda onlara təqlid etmələridir (Ona görə ki, Quranın əsil hədəfi insanların hidayətidir: "Əlif, Lam, Mim. Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır").[22] Şiə imamları ümmətin lider və hidayətçiləri olduqları üçün bu aspektdən "əhli-beyt" ünvanı onlara aid edilmişdir. Peyğəmbər (s) Qurani-kərimin həqiqi təfsirçisi və şərhçisi olaraq imamət məqamını və özündən sonrakı dini liderləri tanıtdırmaq istəmiş, buna görə də "əhli-beyt" kəlməsindən istifadə etmişdir.

Ətraflı məlumat üçün aşağıdakı göstəricilərə müraciət edin:

-               Peyğəmbərin (s) Əhli-beyti, sual: 833 və 1249

-               Əhli-beytin (ə) hədəf və rolu, sual: 900

 



[1] - "Misbah əl-Münir", Fiyumi, səh. 28

[2] - Yenə orada, səh 68

[3] - Yenə orada

[4] - "Müfrədat əl-əlfaz Quran", səh. 29 Rağibi İsfahani

[5] - "Cami əl-bəyan fi təfsir əl-Quran", c.22, səh. 7. Təbəri

[6] - "Təfsir əl-Quran əl-Əzim", c.5, səh. 452-453. İbn Kəsir

[7] - "Təfsiri-Kəbir", c.25, səh. 209. Fəxrəddin Razi; "Ənvar əl-tənzil və əsrar əl-təvil", c.4, səh. 163. Beyzavi; "Əl-Bəhr əl-mühit fi əl-təfsir", c.7, səh. 232. Əbu Həyyan.

[8] - "Əl-Cami əl-əhkam əl-Quran", c.14, səh. 183. Qirtəbi; "Ruh əl-Məani", c.22, səh. 14. Alusi

[9] - "Əl-Bəhr əl-mühit fi əl-təfsir", c.7, səh. 231-232. Əbu Həyyan.

[10] - "Məcmə əl-bəyan", c.7, səh. 560. Təbərsi

[11] - "Əl-Mizan", c. 16, səh. 312. Əllamə Təbatəbai; "Təfsiri-Kəbir", c.25, səh.209. Fəxrəddin; "Ənvar əl-tənzil və əsrar əl-təvil", c.4, səh. 16. Beyzavi; "Əl-Bəhr əl-mühit fi əl-təfsir", c.7, səh. 232. Əbu Həyyan; "Əl-Cami əl-əhkam əl-Quran", c.14, səh. 183. Qirtəbi; "Ruh əl-Məani", c.22, səh. 14. Alusi; "Əl-Bəhr əl-mühit fi əl-təfsir", c.7, səh. 231-232. Əbu Həyyan; "Məcmə əl-bəyan", c.7, səh. 560. Təbərsi

[12] - "Təfsiri-Nümunə", c.17, səh. 295

[13] - "Cami əl-bəyan fi təfsir əl-Quran", c.22, səh. 6-7. Təbəri; "Əl-Cami əl-əhkam əl-Quran", c.14, səh. 183. Qirtəbi; "Əl-Müstədrək", c.7, səh. 416 və 3146, Hakim; "ət-Tarix", c.2, səh. 69-70, Buxari; "Sünən", c.5, səh. 663, Tirmizi

[14] - "Cami əl-bəyan fi təfsir əl-Quran", c.22, səh. 5-6, Təbəri; "əl-Kəni", səh. 25-26, Buxari; "Müsnəd", c3, səh. 259, Əhməd ibn Hənbəl; "Şəvahid ət-Tənzil", c.2, səh. 11-15, Həskani; "Dar əl-Mənsur", c.6, səh. 606-607, Süyuti

[15] - "Əhqaq əl-həqq"in şərhi, c.2, səh. 502-547 və c.9, səh. 2-91, Mərəşi

[16] - Bu məqalənin müxtəlif yerlərində, "Əhli-beytin (ə) tərifnaməsi Əli Rəfiyi Əllamrud Dəştinin qələmi ilə" kitabından, səh. 301-308. istifadə olunmuşdur. Geniş məlumat üçün bu kitaba müraciət olunsun.

[17] - "Səhihi-Tirmizi" c.5, səh. 663, "Əhli-beyt ən-Nəbi" mədhi babında, hədis: 3788

[18] - "Müstədrək əs-Səhihin", c.3, səh. 150, Hakim; "Mizan əl-İtidal", c.1, səh. 224, Zəhəbi

[19] - "Bihar əl-ənvar", c.23, səh. 147

[20] - "Bihar əl-ənvar", c. 36, səh. 336, hədis: 199

[21] - "Əl-Kafi", c.1, səh. 349, hədis: 6

[22] - "Bəqərə", 1-2

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Вилајәти-фәгиһин шәраити нәдир?
    7847 Nizamlar hüquq və əhkam 2010/02/06
    Исламда рәһбәрлијин әсаслары бунлардан ибарәтдир: фәгиһлик, әдаләт вә ислам ҹәмијјәтини идарә етмәк гүдрәти. Иран Ислам Республикаснын конститусијасынын 109-ҹу маддәсиндә бу үч шәртә ишарә олунуб.Рәһбәрин шәраит вә сифәтләри:
  • Müsəlmanların tarixi nə vaxtdan başlanmışdır?
    6591 تاريخ کلام 2012/04/09
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in besətindən sonra, habelə islamın coğrafi sərhədləri Ərəbistan yarımadasının bir hissəsində olduğu zaman və müsəlmanların əlaqələrinin cüzi və mühüm ümumi hadisələrin az olduğuna görə bir müddət zamanı bilmək üçün tarixin başlanğıcının və hadisələrin baş vermə zamanının müqayisə olmaması heç bir problem yaratmırdı. İkinci ...
  • Quran və rəvayətlərdə həzrət Xızır (ə) barəsində bəhs olunmuşdurmu?
    24494 تاريخ بزرگان 2011/11/21
    Qurani- kərimdə bir başa olaraq həzrət Xəzər (ə)- ın adı gəlməmişdir bəlkə bu ünvanla: " عَبْداً مِنْ عِبادِنا آتَیْناهُ رَحْمَةً مِنْ عِنْدِنا وَ عَلَّمْناهُ مِنْ لَدُنَّا عِلْماً" [i] ki, onun elm və bəndəlik məqamını açıqlayır və Musa ibni İmranın müəllimi olaraq ondan yad edilmişdir. Bir çox rəvayətlərdə böyük ...
  • Tükümün tökülməsinə görə, yapşqanla başıma parik qoymağa məcbur olmuşam. Mənim dəstəmaz və qüslümün hökmü nədir?
    5355 Nizamlar hüquq və əhkam 2012/03/11
    Həzrət Ayətullah əl- uzma Hadəvi Tehrani (damət bərəkatuh)- nin cavabı belədir: Əkilmiş tük, təbii inkişaf edən olsa və bədənin hissəsi sayılsa, şəxsin tük, təbii və inkişaf edən olsa və bədənin hissəsi sayılsa, şəxsin tükü hökmündədir. Əkilmiş tük, inkişafsız təbii ya süni liflər ...
  • Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi nədən ibarətdir?
    6633 شهادت امام علی ع 2014/05/18
    Qədr gecəsi, Qurani-Kərimdə məqamına təkid olunmuş ən mühüm zamanlardan biridir və bu gecənin mənəvi məqamı haqqında çox hədislər vardır. Qədr surəsində belə bir xüsusi məqamın səbəbinə o cümlədən, Quranın[1] və mələklərin[2] nazil olması işarə olunur. Quran-Kərimdə bu gecə başdan-başa mənəviyyətlə dolu ...
  • “Аллаһын илк јаратдығы әглдир” – сөзүнүн мәнасы нәдир?
    7127 İslam fəlsəfəsi 2010/10/13
    Фәлсәфи терминолоҝијада әгл (шәриәт вә Гуранда дејилән мәләк дә адландырмаг олар) елә бир субстансијадыр (ҝөвһәрдир) ки, һәм затән (өзлүјүндә) вә һәм дә фелән (ишдә)  мүҹәррәддир. Јәни, затән мадди олмајыб, ишләрини һәјата кечирмәкдә бәдән кими мадди аләтә еһтиајҹы јохдур. Әлбәттә бу там мүҹәррәд варлығы ...
  • Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
    5630 Qədim kəlam 2012/06/23
    Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.
  • Fiqhi hökmlərin fəlsəfəsi haqqında sual etmək olarmı?
    7648 Əhkam və hüquq fəlsəfəsi 2015/08/01
    Bu sualın cavabı aşağadakı mövzuda cavablınır; 1.İlahi hökmlərin həmişə məsləhətlər və fəsadları nəzərə almaqla olduğuna görə heç vaxt hansısa hökm heç bir səbəb olmadan halal və ya haram və vacib ola bilməz. Heç də belə deiyl ki, ilahi hökmlər heç bir meyar və hikmət olmadan bəşəriyyətə gəlmiş ...
  • Rəvayət vardır ki, Allah- Taala Fatimənin paklığına xatir onun övladlarını cəhənnəmə aparmaz. Xahiş edirik onu təhlil edin.
    6043 Hədis elmləri 2012/01/08
    Bu rəvayət şiə və Əhli- sünnə kitablarında vardır və onu nəql edən ravilərin və mənbələrin çoxluğu ona etimad etməyə dəlildir.Amma bu qeyri- müəyyənlik həmişə olubdur ki, bu hədisin genişliyi və əhatə dairəsi hara kimidir? Başqa rəvayətlərə əsasən bu nəticəyə gəlmək olar ki, ancaq həzrət Zəhranın (s.ə.) vasitəsiz övladları o ...
  • Kimlər cənnətə daxil olacaq?
    12008 Qədim kəlam 2011/02/14
    Bir çox Quan ayələrində tədqiqat aparıldığı zaman, bu nəticəni əldə etmək olur ki, cənnət Allahın insanlara verdiyi bir vədədir. Cənnət o insanlara nəsib olur ki, "müttəqi" "mömin" Allahın və onun rəsulunun göstərişlərini tamamlaya yerinə yetirsin. Bu cür insan səadətə çatmış və xoşbəxt insandır. Allahın və həzrət rəsul əkrəmin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163757 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158583 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118631 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111664 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    104931 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92425 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54038 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    48841 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44789 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44212 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...