Please Wait
17130
Rəcət imamiyyə şiəsinin etiqad bəslədiklərindən biridir. Rəcət ölümdən sonra və axirətdən qabaq dünyaya qayıtmaq mənasındadır. Rəcət imam Zaman (ə. c. ) zühur etdikdən bir az sonra və həzrətin şəhadəti və qiyamətin bərpa olmasından qabaq baş verəcək.
Rəcət hamıya aid deyil. Rəcət yalnız xalis möminə və tam müşrikə aiddir.
"Rəcət" lüğətdə qayıtmaq mənasındadır.[1] Elmi termində isə bu mənayadır ki, insanların bir dəstəsi (xalis mömin və müşrik) öləndən sonra və qiyamət qopmamışdan qabaq, yenidən bu dünyaya qayıdacaqlar.
Rəcətə etiqadlı olmaq, çoxlu ayə və rəvayətlərə istinad edən əhli- beyt məzhəbinin etiqad etdiklərindəndir.
Ayə və rəvayətlərdə rəcətin baş verməsi:
A). Ayələr:
Quran ayələrində düşünməklə nəticə almaq olar ki, Quranı- kərim rəcət məsələsinin iki formasına işarə etmişdir:
Bir: Rəcətin gələcəkdə baş verəcəyinə işarə edən ayələr: Nəml surəsinin 82- ci ayəsi kimi ki, Allah bu ayədə buyurur: "O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə- dəstə yığarıq. Sonra onlar (bir yerə cəm edilib məhşərə) sürüklənərlər. Böyük alimlərin çoxu bu ayəni rəcət və yaxşı və pis insanların bir dəstəsinin bu dünyaya qiyamətdən qabaq qayıtması məsələsinə işarə etdiyini bildirirlər. çünki əgər qiyamətin özünə işarə etsəydi, ""من کل امة فوجا"" (hər cəmiyyətdən bir dəstə) deməsi düzgün olmazdı. Ona görə ki, qiyamətdə hamı məhşur olacaq. Necə ki, Quran kəhf surəsinin 47- ci ayəsində deyir: "Biz onları məhşur edərik və heç bir kəsi buraxmayacağıq."
İki: Qabaqkı ümmətlərdə baş vermiş hadisələrə işarə edən ayələr ki, əslində bir növ rəcət sayılır. Bu ayələr kimi:
1. Bəqərə surəsinin 259- cu ayəsi bir peyğəmbər barəsindədir ki, bir abadlığın yanından keşirdi və onun divarları sökülüb və şəhər əhlinin cəsəd və sümükləri hər yana səpələnmişdi. Özü- özündən soruşdu, Allah bunları öləndən sonra necə dirildəcək. Allah onu yüz il öldürdü. Sonra diriltdi və ona dedi: Burda nəqədər dayanıbsan? Ərz etdi: Bir gün ya da yarım gün. Buyurdu: Xeyr. Sən yüz ildir ki buradasan.[2] Bu peyğəmbərlərin Üzeyr ya digərinin olması fərq eləmir. Mühüm Quranın bu dünyada öləndən sonra həyatın barəsində açıq buyurmuşdur.[3]
2. Bəqərə surəsinin 243- cü ayəsi, digər bir xalq barəsində danışır ki, onlar ölümdən qorxduqları üçün (Təfsir alimlərinin dediyinə əsasən, taun xəstəliyi bəhanəsilə döyüş meydanında iştirak etmədilər) evlərindən çıxdılar. Allah onlara ölüm əmrini verdi. Sonra onları diriltdi.[4]
3. Bəqərə surəsinin 55 və 56- cı ayələri Bəni israil barəsində buyurur ki, onların bir dəstəsi Allahı görmək istədiklərini tələb etdikdən sonra, ölümcül ildırıma düçar oldular və öldülər. Sonra, Allah onları, onun nemətinin şükrünü yerinə yetirmək üçün, yenidən həyata qaytardı.[5]
4. Maidə surəsinin 110- cu ayəsi İsa (ə)- nin möcüzələrini sayarkən buyurur: "Sən ölüləri mənim əmrimlə dirildirdin."[6] Bu ayə bunu çatdırır ki, Məsih (ə) öz möcüzəsindən (ölüləri diriltmək) istifadə etdi. İndiki zaman felindən (təxrucu) istifadə etmək, onun təkrar olmasına dəlildir. Bunun özü bəziləri üçün bir növ sayılır.
5. Bəqərə surəsinin 73- cü ayəsi öldürülmüş bir nəfər barəsindədir. Bəni- israildə onun qatilini tapmaq üçün mübahisə yaranmışdı. Quran belə deyir: "Əmr verildi məxsus xüsusiyyətləri olan bir inəyin başını kəssinlər və dirilməsi üçün onun bir hissəsini öldürülmüşün bədəninə vursunlar (və qatil özünü tanıtdırsın və ixtilaf sona çatsın).[7]
Bu beş yerdən əlavə, digər hadisələr də Quranda gözə çarpır. Əshabi- kəhf əhvalatı kimi ki, o da rəcətə oxşayır. İbrahim (ə)- in dörd quşunun əhvalatı ki, başlarını kəsdikdən sonra yenidən dirildilər, ta insanların məadının mümkünlüyünü ona göstərsin ki, rəcət məsələsində də diqqətə layiqdir.[8]
B). Rəvayətlər:
İmam Sadiq (ə) rəcət barəsində buyurur: "And olsun Allaha ki, gündüzlər və gecələr qurtarmaz ta Allah ölüləri dirildər, diriləri öldürər, haqqı öz əhlinə qaytarar və özünün bəyəndiyi dini möhkəmləndirər və dünyaya hakim edər."
Həmçinin Məmun imam Rza (ə)- a ərz etdi: Ey Əbəl- həsən rəcət barəsində sizin fikriniz nədir?
Həzrət buyurdu: "Rəcət haqdır. Qabaqkı ümmətlərdə də olubdur və Quran onun barəsində danışıb və peyğəmbər (s) buyurubdur: "Keçmiş ümmətlərdə olan bütün şeylər, bu ümmətdə də eyniformada qabağa gedəcək."[9]
Əlbəttə bu barədə rəvayətlər çoxdur, amma qısa olaraq bu iki rəvayətlə kifayətlənirik.
Ağıl və fəlsəfə baxımından rəcətin baş verməsi.
Burada rəcət məsələsinin hikmət və fəlsəfəsinin necəsinə işarə etməyimiz lazımdır:
- Təkamülə yetişmək.
Dünya aləmi istedadların kamilləşmək yeridir. Varlıqları özündə tərbiyələndirib istənilən təkamülə yetişmək üçün, axirətə yetişmək üçün yaradılıbdır.
Amma xalis möminlərin bəzisi maneələr və qeyri təbii ölülərə görə, bu mənəvi yolu davam etdirməkdən qaldıqlarına görə, həkim Allahın hikməti onların dünyaya qayıdıb və təkamül səfərlərini sona çatdırmalarını tələb edir. Necə ki, İmam Sadiq (ə) buyurur: "Öldürülən hər bir mömin yenidən yaşayıb və təbii ölümlə ölmək üçün dünyaya qayıdar. Və ölən hər mömin öldürülmək üçün (və şəhidlik savabına yetişmək) dünyaya qayıdar.[10]
- Dünya cəzası.
Bu dünyada o qədər insanlar olubdir ki, müxtəlif formalarda bütün hüquqlarından məhrum olub və məzlumcasına və haqları alınmadan öldürülüblər:
Rəcətin hikmətlərindən biri budur ki, Allah hər iki tərəfi məzlum şəxsin özünün öz əliylə zalımdan intiqamını alması üçün dünyaya qaytarar. İmam Kazim (ə) buyurur: "Ölən insanlar intiqamlarını almaq üçün dünyaya qayıdacaqlar. Kim bir əziyyət olubsa, onun formasında qisas edər. hər kəsə qəzəb olubsa, onun formasında intiqam alar. Öldürülən hər kəs, qatili öz əli ilə öldürər. Ona görə onlar öz qanunlarının əvəzini çıxmaq üçün, onların düşmənləri də qayıdarlar. Onları öldürəndən sonra, otuz ay yaşayarlar, sonra hamısı bir gecədə ölərlər ki, öz qanlarının intiqamını alıb, qəlbləri şəfa tapıb və düşmənləri cəhənnəmin ən ağır əzablarına düçar olarlar."[11]
Buna əsasən, bu iki dəstənin qayıtmasından məqsəd, birinci dəstə üçün bir təkamül toplusunun kamilləşməsi və ikinci dəstə üçün zillətin ən aşağı dərəcəsinə yuvarlanmaqdır. Diqqət etmək lazımdır ki, rəcət ümumi deyil. Xalis möminlərə və tam kafirlərə məxsusdur. Necə ki imam Sadiq (ə) buyurur:
"Rəcət ümumi deyil. Kamil imana və xalis şirkə yetişən insanlara məxsusdur."[12]
Bu iki məsələnin rəcət əsas hikmətlərindən olması məlum olur.
- Dinə kömək və dünyəvi ədalət hökümətini təşkil etməkdə iştirak:
Çoxlu ayə və rəvayətlərdən istifadə olur ki, islam dini və ilahi ədalət höküməti ali Məhəmməd (s)- in qaiminin qüdrətli əli ilə, dünyanı tutacaq. Allah buyurur: "Həqiqətən biz elçilərimizə və möminlərə dünyada və şahidlərin qalxdığı gün kömək edəcəyik."[13]
Bu ayədən istifadə olur ki, bu köməklik fərdi formada deyil, qurup şəklində olacaq. Belə kömək hələ baş verməyib, amma gələcəkdə baş verəcəkdir. Çünki ilahi vədə ola bilməz ki, baş verməsin. Ona görə də imam Sadiq (ə) həmin ayənin təfsirində buyurur: "And olsun Allaha bu kömək rəcətdədir. Çünki peyğəmbər və imamların çoxu dünyada öldürüldülər və heç kəs onlara kömək etmədi. Bu məsələ rəcətdə baş verəcək."[14]
Həmçinin imam Baqir (ə) "و الذی ارسل..." " Yəni o həmin şəxsdir ki, öz elçisini haqq dinlə onu bütün dinlərə qalib etmək üçün, bəşərin hidayəti üçün göndərdi, "ayəsinin təfsirində buyurdu: " یظهره الله عزوجل فی الرجعة" Yəni Allah haqq dini rəcətə digər dinlərə üstün edəcək.[15]
Rəcətin baş vermə zamanı.
Bu barədə rəvayətlərimiz var ki, rəcət imam Zamanın zühurundan bir az sonra, o həzrətin şəhadətindən və qiyamətin bərpa olunmasından qabaq baş verəcək.
İmam Sadiq (ə) bu barədə buyurur: "aim (ə. c. )- in qiyam zamanı yetişən zaman, cəmadiül- axır ayında və rəcəb ayından on gün, elə yağış yağacaq ki, camaat onun kimisini görməyiblər. Sonra Allah o yağış vasitəsi ilə möminlərim qəbrlərindəki sümük və ətlərini inkişaf etdirər. Elə bil onların cəhinə[16] tərəfdən gəlmələrini və toz- torpağın onların tüklərini tərpətmədiyini görürəm."[17]
Axır sözümüz budur ki, rəvayətlərə əsasən ilk rəcət edən şəxs həzrət Seyyidüş- şühəda (ə)- dır. O imamın özündən belə nəql olub: "Yer parçalanıb və ondan çölə çıxan ilk şəxs mənəm. Bu hadisə Əmirəl- möminin (ə) rəcəti və bizim qaimin qiyamı ilə eyni zamanda olacaq."[18]
Bu məzmunda imam Sadiq (ə)- dan rəvayət nəql olub ki, buyurur: "Dünyaya qayıdan ilk şəxs Hüseyn ibn Əli (ə)- dır. O, qədər hpkmranlıq edər ki, qocalığından qaşları gözlərinin üstünə tökülər.[19]
[1] - Muinin lüğət kitabı. Cild 2, səh 1640
[2] - Bəqərə surəsi, ayə 259
[3] - "فاماته الله ماة عام ثم بعثه".
[4] - "فقال لهم الله موتوا ثم احیاهم".
[5] - "ثم بعثناکم من بعد موتکم لعلکم تشکرون".
[6] - "و اذ تخرج الموتى باذنى".
[7] - "فقلنا اضربوه ببعضها کذلک یحیى الله الموتى و یریکم آیاته لعلکم تعقلون".
[8] - Təfsiri nümunə, cild 15, səh 547- 557
[9] - Uyuni əxbar- rza (ə), 2/201/ 1. Mizanul- hikmədən nəql ilə, hədis nömrə 6924 və
926
[10] - Bihar, cild 53, səh 40
[11] - Dəvani, Əli, Məhdi moud, tərcümə, cild 13, səh 1188, Darul- kitabul- insaniyyə, cild
7
[12] - Zəmiri , Məhəmməd Rza, rəcət, səh 55, Movud nəşriyyatı Tehran, səh 2, 1380
[13] - Mömin, surəsi, ayə 10
[14] - Yəzdi Hairi, Şeyx Əli, İlzamun- nasib, Qum, Haqq görən mətbut müəssisəsi, 1397
[15] - Bihar, cild 53, səh 64
[16] - Cəhinə: Yer adıdır. Bu yer Mədinədən uzaqdır. Bu addaqəbilə adı da var. Məcməül- bəhreyn, cild 6, səh 230.
[17] - Mizanul- hikmə, hədis nömrə, 6928
[18] - Mizanul- hikmə, hədis nömrə 6937
[19] - Mizanul- hikmə, hədis nömrə, 6935