Ətraflı axtarış
Baxanların
13160
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Quran nəzərindən İblislə şeytanın fərqi nədir?
Sual
Quran nəzərindən İblisin şeytanla fərqi nədən ibarətdir?
Qısa cavab

Quran ayələrinə əsasən İblis cinlərdən biridir ki, çox ibadət etdiyindən məlaikələrlə ilə bir səviyyədə qərar tutmuşdu. Amma Adəm (əleyhis-salam)-ın xilqətindən sonra Allahın əmr və göstərişi qarşısında üsyankarlıq edərək səcdə etmədiyindən, ilahi dərgahdan qovuldu. Şeytan haqq ilə müxalif olan hər növ tüğyançı varlığa deyilir – istər insanlardan olsun, istər cinlərdən, istərsə də heyvanlardan. İblisi ilahi göstərişlərlə müxalifət və tüğyan etdiyinə görə onu “şeytan” adlandırırlar. Deməli, şeytan həm İblisə, həm də ondan qeyrilərinə aid edilə bilən ümumi bir addır.

Ətreaflı cavab

Cavabı əldə etmək üçün iki kəlməni: şeytan və İblis kəlmələrini bəyan etmək lazımdır.

Şeytan:

Ərəb dilində şeytan sözü müxalifət mənasına olan “şə-tə-nə” kökündən alınmışdır və tüğyançı və müxalif bir varlığa deyilir, istər insanlardan olsun, istər cinlərdən, istərsə də heyvanlardan.[1] Bu kəlmə üç cür işlədilmişdir:

1. “Əlif-lam” artiklı olmadan tək halda və “şeytan” kəlməsi kimi. Bu halda məqsəd qeyri-müəyyən bir şeytan olub cin və insanlardan olan şeytanların hər birinə aid edilə bilər. Aşağıdakı ayə kimi:

وَ مَنْ یَعْشُ عَنْ ذِکْرِ الرَّحْمنِ نُقَیِّضْ لَهُ شَیْطاناً فَهُوَ لَهُ قَرینٌ

“Hər kəs Allahın zikrindən üz döndərsə, onun yanına bir şeytan göndərərik ki, daim onunla yanaşı olar.”[2]

2. Şeytan kəlməsi əlif-lam artikli ilə birlikdə və tək halda. Bu zaman əksər hallarda xüsusi mənada olan İblis mənasına gəlmişdir. O cümlədən, aşağıdakı ayə:

یا بَنی‏ آدَمَ لا یَفْتِنَنَّکُمُ الشَّیْطانُ کَما أَخْرَجَ أَبَوَیْکُمْ مِنَ الْجَنَّةِ

“Ey Adəm övladları! Şeytan sizi əsla aldatmasın! Necə ki, sizin ata-ananızı (aldadaraq) behiştdən çıxartdı.”[3]

Bəzi hallarda da ümumi mənaya gəlmişdir. Aşağıdakı ayə kimi:

الشَّیْطانُ یَعِدُکُمُ الْفَقْرَ وَ یَأْمُرُکُمْ بِالْفَحْشاء...

“Şeytan sizi fəqirlik və yoxsulluqla qorxudur, sizi pis və yaramaz işlərə doğru çağırır.”[4]

Bu ayədəki “şeytan” kəlməsinin əvvəlində əlif-lam artiklı ümumi mənaya – cins mənasında işlədilmişdir. Çünki fəqirlikdən qorxutmaq, şəriətə zidd olan işlərə dəvət etmək bəzən insan növündən olan şeytanların vasitəsi ilə də edilir.

3. Cəm halında olan “şəyatin” kəlməsi. Bu da göstərir ki, şeytanın çox müxtəlif nümunələri vardır. Çünki əgər şeytan kəlməsi İblis üçün xüsusi ad (isim) olsaydı, tək halda işlədilməli idi. Bundan əlavə, bəzi ayələrdə “şəyatin” kəlməsindən sonra şeytan cinsinin ixtilaflarına da işarə edilmişdir. Misal üçün aşağıdakı ayə:

وَ کَذلِکَ جَعَلْنا لِکُلِّ نَبِیٍّ عَدُوًّا شَیاطینَ الْإِنْسِ وَ الْجِن

“Biz beləcə hər bir peyğəmbər üçün insan və cinlərdən olan düşmən – şeytanlar qərar verdik.”[5]

 

İblis:

İblis qəm-qüssə mənasına olan və ümidsizliyin şiddətini, son həddini göstərən “iblas” kəlməsindən alınmışdır. Allah-taala buyurur:

وَ یَوْمَ تَقُومُ السَّاعَةُ یُبْلِسُ الْمُجْرِمُون

“Qiyamət bərqərar olan gün yaramaz əməl görənlər qəm-qüssəli və ümidsiz olarlar.”[6]

İblisi buna görə belə adlandırmışlar ki, Allahın rəhmətindən tamamilə naümid olmuşdur. Səbəbi də Onun göstərişləri qarşısında inadkarlıq və tüğyan etməsi idi.

Quran bu barədə buyurur: “Yada salın o zamanı ki, mələklərə dedik: “Adəm üçün səcdə edin!” İblisdən başqa onların hamısı səcdə etdi; o, cinlərdən idi. (Bu işi ilə) Pərvərdigarının fərmanından xaric oldu.”[7]

Allah-taala ondan soruşdu: “Ey İblis! Öz qüdrətimlə yaratdığım bir məxluq qarşısında səcdə etməyinə nə mane olmuşdur?! Təkəbbür etdinmi, yoxsa hamıdan üstün idin?! (Özünü hamıdan üstün hesab etdin?!)” İblis cavabında dedi: “Mən ondan üstünəm, çünki məni atəşdən, onu isə palçıqdan xəlq etmişsən.”[8] Burada Allah-taala onun (mələklərin sırasından) çıxarılmasına əmr etdi[9] və onu mələklərdən ayırdı.[10] Əlbəttə, əvvəlcədən də mələk növündən deyildi. Amma Allah dərgahına yaxınlaşdığına, həddindən artıq itaət və bəndəlik etdiyinə görə mələklərlə bir cərgədə qərar tutmuşdu.[11]

İmam Riza (əleyhis-salam) buyurur: “İblisin adı Hərəs (yaxud Haris) idi. Amma Allahın rəhmətindən məyus və naümid olduğuna görə İblis adlandırılmışdır.”[12]

“Futuhati Məkkiyyə” kitabının müəllifi İbni Ərəbi İblisin belə adlandırılması ilə əlaqədar yazır: “Şeytan adlandırılan ilk şəxs Haris idi. Allah-taalada onu iblas etdi – yəni Öz rəhmətindən məyus etdi.”[13]

Quranda buyurulur: “Allah-taala onu mələklərin cərgəsindən ayırdığı zaman ərz etdi: “Pərvərdigara! Məxluqatı (Qiyamətdə) diriltdiyin vaxta qədər mənə möhlət ver.” Allah-taala buyurdu: “Sənə müəyyən olunmuş bir günə qədər möhlət verildi.”[14]

İblis həmin vaxta qədər sağ qalacağına əmin olduqdan sonra dedi: “Allahım! Sənin izzətinə and olsun ki, bütün insanları azdıracağam – yalnız xalis olan bəndələrindən başqa.”[15]

Məhz bundan sonra Adəm övladının qəddar düşməninə çevrildi. Allah-taalanın Öz bəndələrinə etdiyi ciddi tövsiyələrindən biri bu idi: “Həqiqətən Şeytan (İblis) sizin düşməninizdir, belə isə, onu düşmən hesab edin!”[16]

Əlbəttə, bütün şeytanlar İblisin göstərişlərinə tabe və onun əmr və fərmanları altındadır. Qurani-kərim bu qrupu Şeytanın (İblisin) partiyası (hizbi) və dəstəsi adlandırır: “Şeytan (İblis) onlara hakim kəsildi, sonra Allahın yadını onların qəlbindən çıxartdı. Onlar Şeytanın hizbləridir. Agah olun ki, yalnız Şeytanın hizbi ziyana uğrayar.”[17]

Nəticə

İblis Şeytanın xüsusi adıdır, o, itaətsizlik etdiyinə görə Allah dərgahından qovulmuşdur. Şeytanın ümumi bir məfhumu da vardır və hər növ tüğyançı varlığa deyilir. Bu da həm İblisə, həm də cin və insanlardan, hətta heyvanlardan olan digər şeytanlara da şamildir.



[1] “Əl-müncid” lüğəti

[2] “Zuxruf” surəsi, ayə: 36

[3] “Əraf” surəsi, ayə: 27

[4] “Bəqərə” surəsi, ayə: 268

[5] “Ənam” surəsi, ayə: 112

[6] “Rum” surəsi, ayə: 12, “Müfrədat”, Rağib İsfahani

[7] “Kəhf” surəsi, ayə: 50:

وَ إِذْ قُلْنَا لِلْمَلَئکَةِ اسْجُدُواْ لاَِدَمَ فَسَجَدُواْ إِلَّا إِبْلِیسَ کاَنَ مِنَ الْجِنّ‏ِ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ...

[8] “Sad” surəsi, ayə: 75-76:

قَالَ یَإِبْلِیسُ مَا مَنَعَکَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِیَدَىَّ أَسْتَکْبرَْتَ أَمْ کُنتَ مِنَ الْعَالِین‏ * قَالَ أَنَا خَیرٌْ مِّنْهُ خَلَقْتَنىِ مِن نَّارٍ وَ خَلَقْتَهُ مِن طِینٍ

[9] “Sad” surəsi, ayə: 77-78:

قَالَ فَاخْرُجْ مِنهَْا فَإِنَّکَ رَجِیمٌ * وَ إِنَّ عَلَیْکَ لَعْنَتىِ إِلىَ‏ یَوْمِ الدِّینِ

[10] “ "Təfsiri nümunə", 19-cu cild, səh. 341

[11] “ "Təfsiri nümunə", 12-ci cild, səh. 462

[12] “Səfinətul-bihar”, 1-ci cild, səh. 99

[13] “Əl-futuhatul-Məkkiyyə”, İbni Ərəbi, 1-ci cild, səh. 134

[14] “Sad” surəsi, ayə: 79-81

[15] “Sad” surəsi, ayə: 82-83

[16] “Fatir” surəsi, ayə: 6

[17] “Mücadilə” surəsi, ayə: 19

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Öz iradəmizi necə gücləndirək?
    13294 Əməli əxlaq 2011/04/13
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...
  • Qurani- kərimdə müsəlman hansı mənanı daşıyır?
    26255 Təfsir 2011/05/30
    Quran terminində, müsəlman Allahın göstərişləri bərabərində tam şəkildə təslim olmaq və hər növ şərik qoşmaqdan kənar olub Allahın birliyini qəbul edib Allahdan başqasını pərəstiş etməmək deməkdir. Buna görə ki, Qurani- kərim həzrət İbrahimi () müsəlman tanıtdırır.Allah yanında həqiqi din İslam dinidir " ان ...
  • Quranla ünsiyyətdə olub, ona məhəbbət göstərməyin yolu nədir?
    6362 Əməli əxlaq 2011/10/24
    ƏgərQuranıntilavətiilahiniyyətlə, təfəkkürvəonaəməlləbirlikdəolsaöz-özünəQuranlainsanınarasında
  • Digər bir şəxsə sili vurmağın və üzün qızarması və yaxud qaralmasının diyəsi nə qədərdir?
    5624 Hüdud, Qisas və diyat 2014/01/30
    A və B, bu mövzuda, göstərici: « Üzə sili vurmağın diyəsi» sual 3269- u mütaliə edin. Başa zərər yetirilərsə, sağlam və yaxud əlil insanın qarşılığı təyin edilir.[1] Sili vurmaq və bunun kimilərin diyəsi, kişi və qadın, böyük və kiçik, o cümlədən bədən üzvləri arasında ...
  • Bizim iqtisadiyyatımız hansı əsasda dövr edir: sərmayə, istehsal, dəllallıq?
    6415 Nizamlar (Qurluşlar) 2012/06/23
    İslamda iqtisadiyyatın müstəqil və müstəsna mahiyyəti vardır. Onun meyar və dəyərləri Quran, sünnət, icma və əqldən əldə olunur. İslami iqtisadiyyatın müxtəlif əsasları vardır ki, onların ən mühümləri aşağıdakılardan ibarətdir: normal halda olmaq, ədalət, istehsal, sərmayənin və sərvətin dövriyyəyə buraxılması. Bunların arasında ədalət islam iqtisadiyyatında mühüm bir prinsip ...
  • Əgər bir kəsə həcc vacib olarsa və getmək zamanı olduqda xəstədir. Bu həcci ümrəyə çevirmək və bir neçə nəfərlə getmək olarmı?
    5477 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hər bir aqil və həddi bulluğa çatmış şəxsə həccin vacib olması üçün müstəti[1] olmalıdır. Bu şərt ödənildikdə həcconun üçün vacib olur. Yəni, həccin başlanğıc şərtləri ödənilməlidir ki, həcc vacib olsun. [2] Məsələn: Əgər həccə getmək üçün növbəyə yazılma imkanı vardırsa, ilk ...
  • Axirətdəki korluq, hansı mənadadır?
    7594 Təfsir 2010/11/10
    Bu ayədə[i] və buna oxşar digər ayələrdə[ii] korluqdan məqsəd, dünyadakı cismani korluq deyil. Məqsəd budur ki, insan bilərəkdən özünü korluğa vura. Yəni Allahın vücudunun, Peyğəmbər (s)- in və Allahın vəlisinin (ə) haqq olmasının cilvələrini görməsinə və haqq və həqiqətə yetişməsinə ...
  • Səfərə çıxmaqın, qəsr namazının və şəhərin sonunun meyar və sərhədlərini izah edin
    8618 Nizamlar hüquq və əhkam 2012/05/19
    Böyük mərcə təqlidləri bu suala aşağıdakı kimi cavab vermişlər: Həzrət ayətullah ul üzma Xamenei: 1. Səkkiz fərsəx[1] olan yolla getmək istəsəniz namazı şikəstə qılınız və əgər səkkiz fərsəx olmayan yolla getsəniz namazı bütöv qılmalısınız. 2. Əvvəl səkkiz fərsəxi ...
  • Qərb fəlsəfəsində həyatın mənası nədir?
    11015 فلسفه غرب 2012/03/14
    Müasir dövrdə ən mühüm və aktual fəlsəfi mövzulardan biri də “həyatın mənası”dır. Bu ünvan barədə bir sıra suallar irəli çəkilir, o cümlədən: Həyatın müəyyən və konkret bir hədəfi və məqsədi vardır, ya yox? Həyat dəyərlidir, ya yox? Özlərinin xüsusi maraq və şəraitlərində insanların həyata dair müstəqil bir ...
  • اَنْتَ تَقْضِي دَيْنِي “Sən mənim borclarımı ödəyəcəksən” hədisi borclu olmağı xoşagəlməz hal hesab edən rəvayətlərlə ziddiyyətlidirmi?
    5962 Əməli əxlaq 2012/04/09
    Lüğət və Quranda “dəyn” kəlməsi borc mənasına gəlmişdir. Bu hədisdə də “dəyn”in zahiri mənası olan borc nəzərdə tutulur. Amma görəsən, bu rəvayət borc etməyin məzəmməti ilə əlaqədar məsumlardan nəql olunan sair rəvayətlərlə təzadlıdırmı? Sualda da qeyd olunduğu kimi, bəzi rəvayətlərdə borc almaq qadağan edilmişdir. Digər tərəfdən də, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164669 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163715 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119730 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113674 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110510 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94028 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54837 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54095 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46127 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45743 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...